ANA SƏHİFƏ / MÜSAHİBƏ

"Gənclərimiz xürafata meyillidirlər"

Adalet.az-ın "Hər şeyə rəğmən" rubrikası təqdim edir

38451    |   2017-02-07 10:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər bir şəxsin motivasiyaya ehtiyacı var. İnsanlar müxtəlif olduğu kimi onların problemləri də fərqli olur. Lakin belə bir deyim var, dərdi verən çarəsini də verər. Zəif insanlar hər zaman çarə tapmaqda çətinlik çəkirlər, onları həyata bağlayan insalara ehtiyac duyurlar. Motivasiya verən şəxs sənin qardaşın da olar bilər, dostun da, ailən də. Lakin Universal təfəkkürlü və toplumda güc yarada biləcək motivatorlar cəmiyyətimizdə çox azdır. Çünki bu elə də asan bir iş deyil. Məhz rubrikamızın qonağı da Azərbaycanda tanınmış motivatırlardan biri olan Murad Məmmədovdur. Qonağımızın Adalet.az-a müsahibəsini təqdim edirik.

-Sizi motivasiya təlimçisi kimi tanıyırlar. Motivasiyaya daha çox fizki məhdudiyyətli gənclərimizin ehtiyacı olduğu halda təşkil etdiyiniz tədbirlərdə onlara demək olar ki, rast gəlinmir.

-Bu ona görədir ki, mən seminarlarımı və təlimlərimi sırf əlilliyi olan insalar üçün deyil, gənclər üçün təşkil edirəm. Gənclərin müəyyən işin öhdəsindən gəlmələri üçün bu seminarları təşkil etmişəm. Bəzən seminarlarımda yaşılı nəslin nümayəndələrini də görürəm. Doğrudur əlilliyi olan insanların seminarlarımda iştirakına çox az rast gəlirəm, bunun səbəbi ölkəmizdə əlilliyi olan şəxslərin evindən çıxıb şəhərdə rahat hərəkət etməsi üçün infrastruktur lazımı şəkildə qurulmamasıdır. Mən də istəyərəm ki, əlilliyi olan insanların seminarlarımda iştirakı tam təmin olunsun. Çünki ən çox onların bu cür motivasiya yönlü təlimlərə ehtiyacı var. Məhdudiyyət məsələsi olduqca insanın motivasiyaya daha çox tələbi olur. Ancaq təəssüf ki, bu cür məhdudiyyətlər ölkməmizdə çoxdur.

- Fiziki məhdudiyyəti olan çoxlu sayda gənclərimizin fəaliyyətini və istedadını üzə çıxarmaq və sırf onlar üçün motivasiya yönlü tədbirlər keçirmək kimi planlar varmı?

-Bir neçə reabilitasiya mərkəzlərində fiziki məhdudiyyətli gənclərimizə yönəlik seminarlarım olub. Ramanada yerləşən Reabilitasiyta və peşə Mərkəzində, Əhmədli qəsəbəsində yerləşən Reabilitasiya Mərkəzində dəfələrlə təlimlərim baş tutub. Mənim özümün daimi seminarlarla və mühazirələrlə çıxış etdiyim konkret məkan olmadığı üçün hələki bunu dəvətlərlə edirəm. İstənilən bir reabilitasiya mərkəzindən mənə dəvət gəlsə sırf onlar üçün bir şeylər fikirləşərəm. Hal hazırda konkret məkan yaratmaq şəxsi planımda yoxdur. Hal hazırda mən bunları sosial şəbəkələrdəki paylaşımlarımla edirəm.

-Gələcək planlarınız nədir? Yeni kitab gözlənilirmi?

-Həyatın bir qədər qarışıq və gözlənilməz hadisələrlə keçib. Davamlı sürprizlərlə qarşılaşmışam. Fiziki məhdudiyyətimlə bağlı isə gələcək üçün heç bir plan qurmamışam. Bu mənim xüsusiyyətimə çevrilib. Bu gün də fəaliyyət göstərdiyim sahələrə fokuslanıram. Harada varamsa orada ən mükəmməli olmağa çalışıram. Gördüyüm işlərdə daha peşəkar və birinclilərdən biri olmağa çalışıram. Planlarımdan biri isə odur ki, avtomobil almaq istəyirəm. Bunun zəruri edən başlıca səbəb isə ölkədə əlilliyi olan insanlar üçün infrastrukturun kifayət etməməsidir. O ki, qaldı kitabla bağlı, deyə bilərəm ki, ikinci kitab planda var. İlk kitabımın daha çox oxucuya çatmağını gözləyirəm. Bundan sonra ikici kitab barədə ideayaları həyata keçirəcəm. İkinci kitab bir qədər fərqli janrda insanlara motivasiya verəcək. Yəni əvvəlkindən fərqli olaraq bu kitab roman şəklində özünü biruzə verəcək.


- Nik Vujiçiç də yazdığı kitabları və təlimləri ilə dünyaya tanındı. Bu insan haqqında nə deyə bilərsiz?

-Nik Vujiçiç dünyaca məhşur motivatordur. Kifayət qədər potensiallı biridir. Məndən də çox məhdudiyyəti olmasına baxmayaraq o insan dünyaya sübut edib ki, insan güclü varlıqdır. İndinin özündə də minlərlə insana bunu sübut edir. Sadəcə Nik Vujiçiçlə mənim yanaşmalarım fərqlidir. O əksər hallarda din üzərindən insalara motivasiya verir. Hər bir şeyi din ilə, tanrı ilə əlaqələndirir. Təbii ki, mən də tanrını mövcudluğunu qəbul edirəm, lakin düşünürəm ki, hərtərəfli motivator olmaq üçün insan universal olmalıdır, sırf din üzərindən işləməməlidir. Çünki, motivasiyaya ehtiyacı olan insanların deisti də var ateisti də. Bu o demək deyil ki, o insan allaha inamırsa ölməli və yaxud öldürməlidir. Hər bir motivator peşəkardırsa motivasiya verməyə çalışmalıdır. Nik Vujiçiç özünün də qeyd etdiyi kimi rahibdir. Ola bilər ki, inancı olmayan insanlar da ondan motivasiya ala bilsin. Lakin yenə də deyirəm ki, mənə görə hər kəsə uyğun motivasiya verilməlidir. Sadəcə fərqimiz yanaşmalarımızdadır.

- Ümumiyyətlə fəaliyyətiniz bir gənc olaraq çox dərin və perspektivlidir. Azərbaycanda çoxlu sayda gənclərimiz aktiv fəaliyyətdən kənardadırlar. Sizcə onların düşüncələrini necə dəyişmək olar?

-Azərbaycandakı gənclərin düçüncələrini dəyişmək üçün ilk növbədə onları sosiallaşmaya yönəltməliyik, onlar çox aktiv həyat tərzi keçirməlidirlər. Bir insan nə qədər çox görsə o qədər çox olğunlaşır və kamilləşir. İnsan mümkün qədər fərqli şeylər yaşamlıdır. Düşünürəmki, bu gün gənclərimizin passiv olmasının səbəbi Monoton olmalarıdır, onlar daha çox sosial həyata qarışsalar, aktiv həyat tərzi keçirsələr avtomatik olaraq bir çox şeyi dərk edəcəklər. Təkcə gənclərin deyil, cəmiyyətin də sosiallaşması üçün maariflənmə başlıca şərtdir. Bu kitablarla, Məqalələrlə və digər vasitələrlə ola bilər. Fərdlərin və aktiv gənclərin səyi kifayət etmir, bu işdə dövlət də öz səylərini göstərməlidir.

- Gənclik potensialımızın hazırkı səviyyəəsini necə qiymətləndirirsiniz?

-Gənclik potensialımızın hazırkı səviyyəsi təəssüf ki, arzuolunan deyil. Çünki gənclər daha çox bəsit mövzular arxasınca qaçır və daha çox xürafata meyillidir. Lakin düşünürəm ki, son 6-7 ildir böyük dirçəliş hiss olunur. Maksimim 20-25 ildə bu düşüncələr özülərini daha model, daha olğun və daha səviyyəli düşüncələrlə əvəz edəcək.

- Və sonda insanı motivasiya edə biləcək ən güclü söz hansıdır sizcə?

-Əslində motivasiya müxtəlifdir. Kimisini pul qazanmağa, kimsini ailə qurmağa motivasiya etmək olar. Motivasiyanın şamil olunacağı durumlar çox fərqlidir. Hər duruma fərqli söz demək lazımdır. Məsələn, çoxlu pulu olub, lakin başqa problemi olan şəxlərə deyə bilmərəm ki, sən güclü varlıqsan istəsən çox pul qazana bilərsən. Çünki o adamın onsuzda çoxlu pulu var, onun pul qazanmağa ehtiyacı yoxdur.

-Təşəkkür edirəm

-Buyurun!

Rüfət Soltan




İmza:

Rafiq Əliyev: “Mənim həyat mayakım o olub” – Müsahibə

ARİF PAŞA: “Əbülfəz Elçibəy şəxsən mənə demişdi ki...”

"Azərbaycanın belinin kəməri Laçında, Kəlbəcərdə, Qubadlıda, Zəngilanda qırılıb..."

Aqil Abbas: “İki aydır dədən səni görmür, iki ay da sən dədəni görmə” - MÜSAHİBƏ

Alqış HƏSƏNOĞLU: “BU OĞRULARI İDARƏÇİLİYƏ KİM SIRIYIB?”

Azərbaycanlı yazıçı: “Oğlum İtaliyada virusa yoluxdu” – Müsahibə

Rafiq Əliyev: “Mən Allahsız alim tanımıram” – Müsahibə

Akademik Rasim Əliquliyev: “Pandemiya nə qədər ölümlərə səbəb olsa da, bizi ayıltdı” - MÜSAHİBƏ

İmişlidən Xızıya onlayn dərs - MÜSAHİBƏ

Dərdlərə dərman, xəstəyə məcun ŞUŞA... 28 illik yuxu

“Ədəbiyyatı jurnalistikaya uduzdurmaqla məşğulam” - MÜSAHİBƏ

Azərbaycan Prezidenti İlham Əliyev: 9 May - bizim ümumi Böyük Qələbə günümüzdür

SON XƏBƏRLƏR
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK