ANA SƏHİFƏ / YAZARLAR

Əl vurmayın...

Fəridə RƏHİMLİ

22624    |   2017-02-03 16:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Baxmayaraq ki, bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü aprelin 18-i qeyd olunur, fikirlərimi söyləmək üçün o vaxta qədər gözləməyə səbrim çatmadı. Çünki, gözümüzün önündə məhv olub gedən qiymətli abidələrimizin taleyi bir vətəndaş kimi ürəyimi parçalayır, əsəblərimi gərir. Bir millət olaraq laqeydlik, unutqanlıq qanımıza işləyərək bizi çox şeylərdən məhrum edib. Bizim əhəmiyyət verməyərək adi saydığımız çox nəsnələrdən azğın qonşularımız, öz adlarına çıxaraq, zaman-zaman bəhrələnib. Onda yuxudan ayılıb, duyuq düşmüşük ki, ay aman, bizim hansısa xalçamız, qədim yurd yerlərimizdən tapılaraq tarixi faktlarla qeydiyyata alınmış hansısa bir qədim əşyamız, yaxud bir unudulmuş oyun, musiqi, bayatı, halavar, ağı, dastan... və sair bizə məxsus olduğunu sandığımız artıq başqalarının "halal mal”ıdır.

Məni ən çox incidən, bir vətəndaş kimi qüruruma toxunan – hər gördüyümdə, xatırladığımda səbəbkarlara lənət oxuduğum bir acımız - İçərişəhər abidəmizin gözgörəti məhvə doğru getməsidir.

İçərişəhər haqqında vikipediyadakılar: ""İçərişəhər” xalq arasında həm də"Qala”və ya sadəcə"Qədim şəhər”kimi tanınan tarixi kvartal Bakının ən qədim hissəsi, həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsiolan İçərişəhər, yaxşı qorunmuş qala divarlarıilə əhatə olunub. 221 m² sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır. Qoruq ərazisi hələ tunc dövründən məskunlaşmışdır.Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, artıq VIII-IX əsrlər ərazisində İçərişəhər ərazisi sıx məskunlaşmış, burada sənətkarlıq və ticarət inkişaf etmişdir. XV əsrdəŞirvanşahların öz iqamətgahlarınıŞamaxıdanBakıya köçürməsindən sonra İçərişəhərin həyatında "kristallaşma” dövrü başlamışdır.1748-1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhərBakı xanlığının paytaxtı olmuşdur.1806-cı illərdə Bakının ruslar tərəfindən işğal edilməsi və neft bumunun yaşanmasından sonra (XIX əsrin sonları-XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesi başlamış, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşmağa başlamışdır.

İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri -Qız qalasıŞirvanşahlar saray kompleksiAzərbaycan memarlığının inciləri hesab edirlər.Bunlardan başqa qoruq ərazisində onlarla tarixi-memarlıq abidələri – məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri yerləşir, bir neçə muzey, səfirlik, otel, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir. 1977-ci ildə İçərişəhər tarix-memarlıq qoruğu elan edilib,2000-ci ildə isə, Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdəUNESCOÜmumdünya İrsiSiyahısına daxil edilmişdir. İçərişəhər Azərbaycandan ÜİS daxil edilmiş ilk obyektdir.

Bəli, qoruq, inci, üstü açıq muzey və sair deyirik, amma bu qoruğu necə qoruyuruq? Qoruq, adından da məlum olduğu kimi qorumaq sözündəndir. Elə isə xarici səfirlikərin bizim qoruğumuzda nə işi var? Bəs deyilmi başa keçirdiklərimizin başımızdan vurduqları? Qoruq dediyimiz qapalı məkan olmalıdır, incimizi, tariximizi öyrənmək istəyənlərin, maraq göstərənlərin yalnız icazəylə ziyarəti təşkil olunmalıdır. Son vaxtlar şəhərimiz tikinti şəhərinə çevrilib və bu tikintilərin hər birinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin icazəsi ilə olduğuna şübhəm var. Çünki Qız Qalasının, Şirvanşahlar sarayının çox yaxınında "cam balkonlu” iaşə obyektlərinin tikintisi bunu düşünməyə əsas verir. Bu qədim incilər demək olar ki, göydələnlərin arasında "boğulur”. Acgözlüklə mənimsənilən torpaqlarlar, pul qazanmaq hərisliyi bu abidələrin "itməsinə” səbəb olub. Şirvanşahlar sarayı ilə Qız qalası arasındakı məsafəni o qədimliyə uyğun vəziyyətdə saxlamaq daha doğru olmazdımı? O abidələrin yaxınlığında aparılan tikintilərdə işlədilən texnikalar qədimliyimizi, soy-kökümüzü qazmırmı? Özümüz özümüzə düşmənsək, kənarda niyə düşmən, səbəbkar axtarırıq? Tikin, sökün, dağıdın, qazanın, heç olmasa abidələrimizə bir az yer saxlayın! Onlara toxunmayın!

İlk insan məskənimiz olan Azıxın taleyi necədir? Tarixən onu da özününküləşdirməyə çalışan erməni ordan tapılan eşşək kəlləsini babasının kəlləsi adıyla dünyaya sırımağa çalışarkən biz nə edirik?..

Buna təəssüflənən, amma mənim kimi, əlindən heç bir şey gəlmədən yanıb-yaxılan, tüstüsü təpəsindən çıxan milyonlarla insanımız var. Amma bu işə birbaşa cavabdeh olan, vəzifə borcu, məslək borcu, vicdan borcu olanlar nə fikirləşirlər bu barədə?

Hər dəfə Şirvanşahlar sarayını ziyarət edərkən gerçəkdən o qədimliyə gedib gəlirəm. O abidə, onun hər daşı, pilləkəni, quyusu, yay-qış odaları, daş sənduqələr, qədim yazılı qəbir daşlar, məscidi, hamamı... insanı özündən alıb, keçmişə geyimiylə, qanunuyla, şahı, nökər-qaravaşıyla olan saraya aparır. Ordan geri dönəndə özümü şahın sarayından dönmüş kimi hiss edirəm. Baxmayaraq ki, oradakı əşyalar da tam ürəkaçan səviyyədə deyil...

Bu gözəlliyə necə laqeyd qalmaq olar? Axı, pulla satılıb-alınmayan, qiyməti heç bir əndazəyə sığmayan dəyərlər də var!

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü 1983-cü ildə UNESCO-nun yanında Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının Beynəlxalq Assambleyası tərəfindən təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Çox qədim zamanlardan başlayaraq bəşər övladının bu dünyada yaşayışı nəinki izsiz ötməyib, əksinə, o, özündən sonrakı nəsillərə çox şeylər söyləyəcək maddi və mənəvi mədəniyyət qoyub gedib. Hər xalqın keçmişi, həyat tərzi, yaşayışı onun tarixi abidələrində təcəssüm olunur. Bəziləri bu günümüzə tam gəlib çatıb, bəzilərindən xarabalıqlar qalıb, bəziləri yalnız nağıllarda, əfsanələrdə yaşayır. Təbii fəlakətlər, müharibələr, "bərpa” adı altında məqsədli dəyişmələr, dağıdılma və nəhayət, zaman kimi səbəblər buna səbəb olub.

İnsanın yaratdığı abidələr, yaşadığı yerlər zahirən dilsiz olsa da, mövcud durumu ilə bizlərə çox şey söyləyir. İnsan bu abidələrdən çox şirləri oxuya bilər. Abidələr və tarixi yerlər öz görkəmləri ilə xalqlara hər an kimliyini, nəyə qadir olduğunu xatırladır, Vətən sevgisi və ona sadiqlik kimi ülvi hissləri aşılayır. Bizim bugünkü hərisliyimiz də Qız Qalasının küncə qısılmış vəziyyəti ilə gələcəyə xəbər aparacaq. Lənətləmi, rəhmətləmi xatırlanmaq istəyirsiniz? Bu ülvi hisslərimizi korlamağa haqqınız varmı? Onsuz da dörd tərəfdən Vətənimizə baxan gözlər hər an bu gözəl diyarı parçalamağa hazırdır. Barı siz, keçmişimizin, dilimizin, dinimizin, adət-ənənəmizin olduğunu sübut edən abidələrimizə toxunmayın!!!




İmza:

YAZARIN ARXİVİ

2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-01-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK