Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | ÜMİD ÖLƏNDƏ Adalet.az | ÜMİD ÖLƏNDƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ÜMİD ÖLƏNDƏ

Fəridə RƏHİMLİ

16289    |   2017-01-27 17:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İntihar bir şəxsin öz həyatından bezməsi, imtina etməsi, ümidini, yaşamaq həvəsini itirməsidir. Əksər vaxt həyat özü bizdən imtina edir və o an bu həyata gərək olmadığımızı anlayırıq.

Hər kəsin həyatında bir dəfə də olsa intihara cəhd, yaxud intihar barədə düşünmə mütləq olur. Bunun çoxlu sayda səbəbləri var. İntihar haqda bir neçə yazılarım olub, çünki insanın, könüllü olaraq yaşamından, ona əmanət verilən həyatından imtina etməsi, daha açıq desəm, həyata tüpürərək getmək istəməsi qəti bir addımdır və bu addımı atmaq cəsarət tələb edir. Son anda insanın kimi düşünməsi, ümumiyyətlə nə düşünməsi ilə həmişə maraqlanmışam. Gəldiyim nəticə odur ki, o an insan heç nəyi düşünmür, sadəcə bu iyrəncliklərdən qurtulmağa tələsir. Acıq vermək, dərs vermək, peşman etmək, üsyan etmək olur məqsədi.

Həmişə düşünmüşəm ki, psixoloqlar psixoloji cəhətdən başqalarına nisbətən daha güclü olan insanlardır. Hər ağır situasiyadan çıxmaq bacarıqları var. Bəzən kəskin depressiyaya düşən insanları o kritik durumdan qurtarma qabiliyyətinə malik olurlar. Onların özlərinə əminlikləri başqalarının həyat eşqini özünə qaytarır.

Ancaq intihar hadisələri nə əvvəlinci, nə də sonuncudur. Həyat varsa, ölüm də var. Həyat eşqi varsa, ondan yorulmaq, bezmək də qaçılmazdır. Aydın məsələdir ki, intihar insanın özü tərəfindən yaşamına son qoyulmasıdır. Amma həm də insanın başqası tərəfindən öldürülməsidir. Yəni, bir insanı bu qədər həyata nifrət edəcək, bezəcək hala çatdıran da insanlardır, deməli onu öldürən təkcə özü deyil, cəmiyyətdir. Düşünək ki, bu gün hərəkətlərimizlə, sözümüzlə, təbəssümümüzlə neçə insanı sevindirmişik. Yaxud nifrətimiz, kin-küdurətimiz, paxıllığımız, acı-zəhər sözlərimizlə, yersiz təkəbbürümüzlə neçəsini həyatdan küsdürmüşük - "öldürmüşük”.

Bir psixoloqun ölümü başqa ölümlərdən fərqləndi məncə. Çünki onun ölümü başqalarının ümidinin ölməsi, öldürülməsidir. O, buna razı olacaq insan deyildi. Bəlkə də də bunu düşünsəydi, bir anlıq vaz keçərdi fikrindən. Əlbəttə, həmin an həyat şirin görünmür, əzab, əziyyət görünür. Tezliklə bu əzabdan qurtarmağa çalışırsan. Sanki ölüm bu əzabların sonu olacaqmış kimi... İnsanların əksəriyyətinə bu ölüm şok təəsiri bağışladı. Sağlığında insanlara bir qədər diqqət yetirsək, dinləsək, halına acısaq, yardım etməyə çalışsaq, bəlkə də insanın öz şirin həyatına son qoymasının qarşısı alınar.

G.Əhmədova jurnalist İ.Əliyevlə söhbətində bildirib ki, D.Rzayevi bir neçə ildir tanıyır: "... Elə şeylər var ki, onlar mətbuata danışılmır. Həm də onun xatirəsini incitmək istəməzdim. Bircə onu demək istəyirəm ki, çox yaxşı insan, yaxşı dost və əsl ziyalı idi. Millətimizin qızıl fondundan getdi və düşünürəm ki, görəsən, onun yerini doldura biləcək kimsə varmı? Onun intiharında bizim hamımızın günahı var. Bəlkə də biz onu tək qoymamalıydıq. Həmişə ancaq təklikdən şikayətlənirdi. Deyirdim ki, tənha deyilsən, evlənərsən, övladların, bacıların, anan var, daha nə istəyirsən? Övladlarıyla da görüşə bilirdi.

İntihara meyilli olduğunu hiss etdirirdi. Yenidən ailə qurmaq istəyirdi, tək qalmaqdan heç xoşu gəlmirdi. Onunla birlikdə çalışmağa qərar verəndə yeni ildən əvvəl idi. Dekabrda bir-iki dəfə getdim. Dedim ki, bir az səbrli ol, müalicə alım, özümü səliqəyə salım, sonra var gücümüzlə başlayaq. Ondan sonra görüşməmişdik".

"Səhhətində problem var idi?" sualını Gülər Əhmədova belə cavablandırıb: "Ruhunda, psixologiyasında problem olan insanın səhhətində də problem olur. Psixologiyası sağlam olan insanın immuniteti o qədər güclü olar ki, hamı xəstələnər, o xəstələnməz. Onun yanına pasient gəlirdi, çox vaxt təmənnasız qəbul edirdi, baxmırdı ki, vaxtı gedir. O da yer haqqı verirdi axı. Saat hesabına pul alsın anlayışı yox idi. Təmənnasız insan idi. Məni ən çox yandıran odur ki, belə adamları itiririk. Azərbaycanda yeganə adam idi ki, onun imzasıyla olan arayışlar beynəlxalq səviyyədə qəbul olunurdu. Bəzən təsəlli üçün bir mənfi cəhətini yadıma salmaq istəyirəm ki, sakitləşim, xatırlaya bilmirəm. Neçə illər ərzində ondan bir dəfə artıq hərəkət görmədim. Desəm ki, qardaşım, oğlum qədər çox istəyirəm, az olar. Deyirlər, insan var ki, insanların naxışıdır. O da insanların naxışıydı".

Bəli, belə bir insanın çarəsizliklə bitən ömrü, bəlkə cəsarətlə, etirazla...

Jurnalda işləyərkən insan psixologiyası haqda bir rubrikamız vardı. Oxucu suallarına cavab vermək üçün tanınmış psixoloqlarla əlaqə saxlayar, məsləhətləşib, fikirlərini soruşardıq. O çox sakit, səmimi danışığı ilə bizim sevimlimiz idi. Telefonda danışsaq da, üzünü televiziya ekranlarından görürdük. Telefon nömrəsi telefonumda sahibsiz qalır...

Psixoloq intihar edirsə, bu, onun məsləhətlərinə ehtiyacı olan insanlara həddən artıq mənfi təsir edir. Cəmiyyətdəki ruh düşkünlüyü, insanların ümidsizliyi, məchul, heç bir yaxşı şey vəd etməyən gələcəyin qorxulu xofu, üstəgəl cəmiyyətin bu durumunu anlayıb, insanların içlərindəki sönük işığı alovlandırmağı bacaran bir qüvvənin – psixologiyanın ruh düşgünlüyü insanlığa sarsıdıcı zərbədir. Ümid öləndə yaşamaq çətinləşir. Ə.Mədətoğlunun şeirində deyildiyi kimi:

Səs qırılır, söz tapdanır,

Söndürülən köz tapdanır,

Yol gözləyən göz tapdanır –

Ümid öləndə...


Ağ qaraya ləkə olur,

Dərd sevincə təkə olur,

Nağıl duzsuz kökə olur –

Ümid öləndə...


Daşın çapıq yeri kəsir,

İrəli, həm geri kəsir...

Ürəyi dipdiri kəsir –

Ümid öləndə...




İmza:

YAZARIN ARXİVİ

2018-12-08 : ZƏRURƏT
2018-11-24 : ALO...
2018-11-08 : PALÇIQ VANNASI
2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-12-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Ay Ənvər səni niyə əsgərliyə aparmadılar?
- Gözüm zəif görür, ona görə. Bax misal üçün sən o divara vurulmuş xırda mismarı görürsən?
- Hansı mismar?
- Bax o sarı divara vurulmuş mismar.
- Hardadı, mən görmürəm.
- Əşşi, yaxşı bax da. Düz bax görəcəksən .
- Hə,hə indi gördüm .
- Ay sağ ol. Amma mən o mismarı görmürəm.




digər lətifələr
ARXİV
FACEBOOK