2017-ci ilin trend görünüşü: Bu il nə geyinək?

496443    |   2017-01-22 10:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2017-ci il özünəqayıdış ili olaraq moda sektorunda bir iz qoyacaq.

Adalet.az xəbər verir ki, Dünya Rəng və Konsepsiya Birliyi olan "İntercolor” da təqdimat mərasimində bu il təbiət, romantizm, kənd yaşayışı, rəqəmsal və virtual yaşam konsepsiyalarının üstünlük təşkil edəcəyini bildirib. Bu il xüsusi diqqət çəkən konsepsiyalardan biri isə "inner self” – "daxili mən”dir. Dinclik və daxili xoşbəxtlik fəlsəfəsini əsas tutan konsepsiyada daha çox təbii rənglərə üstünlük verilib. Həsir, bambıq, kətan kimi nəfəs alan parçalarda soyuq rənglər-boz, krem, bənövşəyi, yaşıl və mavinin tonlarına rast gələcəyik.

Dünyanın başqa bir məşhur şirkəti "Pantone” bu ilin əsas rənginin yaşıl olduğunu bildirib. Şirkət rəsmisi rəngin seçilmə səbəbini belə açıqlayıb: "Biz necə bir dünyada yaşadığımızı bilirik: stressli və gərgin. Bu, ümid rəngidir”.

"Pantone” rəng institutunun fikirlərinə əsaslanan modelyer Fəxriyə Xələfova da 2017-ci ilin kolleksiyalarında zümrüd və bənövşəyi rəngin daha çox əks olunduğunu bildirib:

"2017-ci ilin ən maraqlı xüsusiyyəti odur ki, kontras rənglərin bir yerdə, geyim ansamblında öz yerini tapması müşahidə olunur. Ənənəvi kontras rənglər, məsələn qara-qırmızı, ağ-qara, bənövşəyi ilə açıq və ya tünd bənövşəyi, berj tonla ağ tonlar gözəl kombinasiya yaradır. 2017-ci ildə geyim ansamblında bir və ya iki rəng az görünəcək. 4-5, hətta 7 rəng bir yerdə ola bilər. Bu isə qeyri-adi görünə bilər. Üslub kimi klassikadan uzaqlaşma var. Klassik ikililər, pencək-ətək, pencək-bluz, pencək-şalvar biznes-ledi stilindən çıxıb kütləviləşdi. Lakin artıq avanqard geyim tərzinə meyl edəcəyik. Avanqard o deməkdir ki, məsələn, adi bluz ola bilər, amma orada hansısa detal olsun. Tutaq ki, pencəkdə yaxasında, cib qapaqlarında maraqlı dekor ola bilər, praporsiyalar dəyişə bilər”.

Bundan başqa, "Altuzarra”, "DKNY”, "Armani” kimi məşhur markaların kolleksiyalarında çox vaxt üstünlük verilən buz və gecə mavisi bu il bir çox markanın kolleksiyalarını bəzəyəcək. Yaz və yay aylarında isə sarı və yaşıl rənglərin çalarlarına rast gələcəyik.

"Lacoste”, "Michael” brendləri isə bu ilin təbiət konsepsiyasını əsas tutaraq daha çox yaşıl rəngə üstünlük verəcək. Son illər dəbdən düşməyən qızılı və gümüşü rənglər bu il də trend olmağı bacarıb.

Bu il daha çox şalvar və üst geyimlərində canlı və fərqli rənglərə yer veriləcək. 2016-17 qış sezonunda pudra rəngli paltolar üstünlük təşkil edir.

Bəs rənglərdən başqa bu ilin əsas trendləri nələrdir?

60-70-ci illərin zərif qadını yenidən qayıdır. İncə işləmələr, tül və valanlarla bəzədilmiş libaslar bu il yenidən dəbdədir. Siluetinə güvənən xanımlar incə asqılı, şəffaf libaslardan geninə-boluna istifadə edə bilər.

Bu il geyimlərdə daha böyük çiçək basqıları üstünlük təşkil edəcək. Bununla yanaşı, iş qadınları üçün əvəzedilməz olan "sport-şıq” üslubu bu il də öz yerini qoruyur. Bu rahat geyim üslubunda daha çox 3 rəngin birləşməsindən, aksesuar olaraq isə saat və üzüklərdən istifadə olunur.

Son olaraq hər zaman ekranlarda gördüyümüz yerli məşhurların trendlərə necə ayaq uydurduğuna nəzər salaq. Çox zaman klassik və səliqəli geyinən məşhurlarımız nədənsə ilin trend rəng və aksesuarlarına nadir halda üz tuturlar. Ancaq Hüsniyə Məhərrəmova, Dilarə Kazımova, Kəmalə Priyeva və Zamiq Hüseynov zövqlü geyinməklə yanaşı, ilin trendləri ilə də ayaqlaşmağı bacarır.



İmza:
SON XƏBƏRLƏR
2017-10-21


VİDEO
YAZARLAR
Seyfəddin Altaylı
Əbülfət MƏDƏTOĞLU
Nicat Novruzoğlu
Oğuz Ayvaz
Əbdürrəhim bəy Haqverdiyev
Fəridə RƏHİMLİ
Əlövsət Bəşirli
FAİQ QİSMƏTOĞLU
Cəlil Məmmədquluzadə
İradə TUNCAY
Məzahir Əhmədoğlu





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Atletiko"ya qalib gələcəkmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
İki satıcı öz fırıldaqlarından məharətlə danışır:
-Bilirsən, mən bir axmağa kivi adı ilə kartof satmışam.
-Eh, bu nədi ki, mən birinə doğurçu adı ilə oyuncaq tutuquşu satmışam.
-Bunun nəyi qəribədi ki?
-Mən sonra ona quş üçün yemək də satmışam.




digər lətifələr
ARXİV
FACEBOOK