ANA SƏHİFƏ / YAZARLAR

YENİ İLDƏN NƏ GÖZLƏYƏK?

Seyfəddin Altaylı

17486    |   2016-12-30 15:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gələn yeni il qabağı hamı bir-birinə təbrik mesajları yollayır. Hər bir şəxs yeni ilə sanki Loğmanın ölümsüzlük dərmanını tapacaqmış kimi bir arzu ilə yüyürərək daxil olmaq istəyir, ancaq bununla yanaşı qocalmış dünyanın üzündəki qırışlara bir iz daha əlavə olunur. Dünya, əbədi sonluğa doğru öz arşınına görə bir addım daha yaxınlaşır, buna heç kəs fikir vermir. Varsa, yoxsa yeni il vəssalam… Dünya dediyimiz bu balaca planetdə indi allahsızlar, namərdlər, bəşəriyyət düşmənləri, insaf nədir bilməyən harınlamış azğın qüvvələr hökmrandır. Onlara görə bu məkanda hər bir şey güllük-gülüstanlıqdır, çünki hər bir şey ürəklərinə görədir. Yeni illə birlikdə dəyişən heç nə olmayacaq, onlar yenə gülə-oynaya ömürlər sürəcəklər, digər tərəfdə ehtiyac içində qarnını sancı doğrayanlar, cəhənnəm bombalarıyla ocaqları başlarına yıxılanlar, öz ölkəsini buraxıb tərki-vətən olanlar yenə ürək qanlarını udmalı olacaqlar. Haçana kimi…? Məlum deyil… 1993-cü ildə ABŞ İngiltərə və bəzi Avropa ölkələrini yanına alıb, "İraqda nüvə silahları var, Səddam dünyanın başın bəla aça bilər, ona mane olmalıyıq, Suriyada, Livyada, İraqda demokratiya yoxdur, ora demokratiya aparmalıyıq” deyərək Ərəb Baharını başlatdı. Ərəb Baharı, ərəbin cəhənnəmi oldu nəinki baharı-yazı. Sonra, Böyük Orta Doğu Projesi həyata keçirildi. ABŞ Türkiyəyə daim, "Biz terrorizmə qarşıyıq, İŞİD deyilən islamçı (?) terrorisdləri məhv edəcəyik, gəlin bizə kömək olun, əlli ölkə bizimlə müttəfiqdir” minvalında moizələr oxudu. Haçan ki, Türkiyə DEAŞ (İŞİD) ilə mübarizəyə başladı, ABŞ çəkilib bir kənara sakitləşdi. Sadəcə sakitləşmədi, bu dəfə PKK, PYD, YPG-yə göydən böyük paraşutlarla müasir silah-sursat endirdi. Bununla da kifayətlənmədi, onlara dərs keçdi və keçir. ABŞ-ın dövlət katibliyinin nümayəndəsi utanmadan jurnalistlərin qarşısında "Biz PYD, YPG, PKK-ya silah-sursat vermirik” deyə bəyanat yayır və üzü bir damcı da qızarmır. Halbuki onların həlikopterlərlə terrorçulara silah-sursat tökdüyü videoaparatlarla qeydə alınıb və dəfələrlə televiziya ekranlarında göstərilib. ABŞ-ın bu cür oyunları ilə yəni qarşılaşmırıq, onları çox öncələrdən tanıyırıq. ABŞ İngiltərənin 17-ci əsrdən etibarən həyata keçirdiyi oyunu davam etdirir yanlarında da ingilislər. 1977-ci ildə İstanbulda yaratdığım Dış Türklər Kültür və Yardımlaşma Dərnəyinin birinci qurultayında etdiyim çıxışda, qərbin Türkiyə ilə Türk dünyası arasına erməni və kürd xəncərini sancmağa çalışdığını, çalışacağını, Şah Rza Pəhləvinin 1960-cı illərdə həyata keçirdiyi Ağ İnqilabın da Güney Azərbaycanda ancaq İngiltərənin bu planına xidmət etdiyini, Kərkük Türkmənlərinə və Güney Azərbaycan Türklərinə yiyə durmağın Türkiyə və dolayı yolla da türk dünyası üçün vacib və stratəji bir məsələ olduğunu söyləmişdim. Bu sözlərim o vaxt "Hərgün” qəzetində də çap olunmuşdu, istəyən tapıb oxuya bilər. 1986-cı ildə CİA-nın çəkib dünyaya payladığı yeni Orta Şərq xəritəsi Avropada yaşayan bir dostum vasitəsilə əlimə keçdiyi zaman irəliki dövrlərdə nələrlə üzləşəcəyimizin nigarançılığını duymuşdum. O xəritədə Türkiyənin şərq tərəfi Mersin vilayətindən Qaradənizə, ortada Qızılırmaq çayının hardasa döngəsinə çatana kimi, İraq və Suriyanın şimal hissəsi, İranın da Təbriz də daxil olmaq şərtilə qüzey bölgələrinin tamamı Araz çayına kimi "kürdüstan?” kimi qələmə verilmişdi. Bu gün gəldiyimiz nöqtə göz qabağındadır. ABŞ-İngiltərə+Avropa İsrailin qarşısında bir irəliqarovul (forpost) ölkə kimi qondarma kürd dövlətini, Türkiyənin günəyində bir kürd koridoru yaratmaq, bu koridoru bir tərəfdən ermənistana, digər tərəfdən Ağdənizə kimi uzatmaq sonra da Türkiyəni və İranı parçalamaq fikrindədir. Onların yəgenə məqsədi budur. ABŞ, İngiltərə, Avropa Birliyi Türkiyənin müttəfiqi ola bilər, ancaq heç vaxt bizimlə dost olmadılar və olmayacaqlar. Bugün dünyaya ağalıq edənlərin yaradıb qarşımıza çıxartdığı kürdün düşməni PKK və İŞİD terror təşkilatları ilə yeridilən mübarizə ikinci Çanaqqala Döyüşləri kimidir. Türkiyə, dünyaya ağalıq edən qara qüvvələrə qarşı azadlıq mübarizəsi yeridir. Çanaqqala Döyüşlərindən Tanrının köməyi ilə nə cür üzü ağ çıxdıqsa, bundan da çıxacayıq heç kəsin şəkki olmasın. Bəli, öz göbək kordonumuzu özümüz kəsməliyik. Qurda deyiblər boynun niyə yoğundu, deyib öz işimi özüm görürəm. Türkiyə, xaricdə onlarla mübarizə yeridərkən daxildə də eyni mübarizəni davam etdirməyə məhkumdur. Türkiyənin yəganə bir xilas yolu vardır, o da Atatürkün izlədiyi siyasət yoludur. Məzhəbçilik və təriqətçilik Türkiyəni Allah eləməmiş məhvə aparar. Bu gün fətullahçıların (nurçular) etdiyini sabah mənzilçilərin, nəqşibəndiçilərin, süleymançıların, rüfaiçilərin etmiyəcəyinə kim zamin ola bilər? Ey müsəlmanlar Peyğəmbərimiz Hz. Məhəmməd hansı məzhəbə mənsubdu, hansı təriqəti mənimsəmişdi? Ey ağıl, ey idrak harda yatmısan, ayağa dur…




İmza:

YAZARIN ARXİVİ

2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2017-02-24


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Manatı görən olubmu?

Hə (76.92%)
Yox (23.08%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Məktəbdə valideyn iclasıdır, 

Sinif rəhbəri: - Ötən iclasda qərara aldıq ki, sinifi təmir eləyək. Təmiri maliyyələşdirmək üçün namizədlər Toğrulun, Talehin, Günelin və Nəzrinin ataları idi. Qalib ən varlı ata - Talehin atası oldu. 

 Talehin atası təəccüblə: - Niyə mən? Nəzrinin atası millət vəkilidi, Toğrulun atası icra başçısıdı, Günelin atası isə üç zavodun yiyəsidi. Mən yazıq bazarda alver edirəm. 

 Sinif rəhbəri: - Orası elədi. Amma vergi bəyənnaməsinə görə, ən varlı adam siz çıxdınız.



digər lətifələr
ARXİV
FACEBOOK