"Excelsior Hotel & Spa Baku" otelində Baku Fashion Nights layihəsinin nümayişi keçirildi

87292    |   2016-12-23 16:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Excelsior Hotel & Spa Baku" otelində Baku Fashion Nights moda layihəsinin nümayişi keçirildi. Tədbir çərçivəsində Azərbaycan dizaynerlərinin Yeni il qabağı Fashion Bazaar yarmarkası keçirildi. Baku Fashion Nights tədbiri 2014-cü ildən başlayaraq ildə iki dəfə keçirilir və Azərbaycan dizaynerlərini birləşdirən, həmçinin ölkənin moda sənaesində yeni adları tanıdan böyük layihədir.

Adalet.az xəbər verir ki, tədbir çərçivəsində Yeni il qabağı Fashion Bazaar satış yarmarkası keçirildi, yarmarkada qonaqlar özlərinə Azərbaycan dizaynerlərindən geyim, aksesuar və bəzək əşyaları əldə edə bildilər. Yarmarkada geyim və aksesuarların seçimi kifayət qədər müxtəlif idi, burada müəllif geyimlərindən əlavə, əl işi olan Venesiya maskaları, əl çantaları, gümüş və dağ büllurundan hazırlanmış bəzək əşyaları, keramika məhsulları və təbii kosmetika təqdim olunub.

Tədbir Yeni il qabağı əhval ruhiyyəsində keçirildi və qonaqlara maraqlı proqram təqdim olundu. Nümayiş dizayner Gulum Əsədullayevin "Somnia" adlı kolleksiyası ilə açıldı. Sonra Yekatirina Eren və Liana Allahverdiyevanın birgə "Fashion lab" adlı kolleksiyalarının nümayişi oldu.

Dizayner Nətgiz Muxtarova "NRGZ” marka adı altında "Ornamento" adlı geyim kolleksiyasını təqdim etdi. Renara Şəmsiyeva cins parçadan hazırlanmış geyimlərdən ibarət "Seminollar" adlı kolleksiyanı nümayiş etdirdi. Sonra modelyer-dizayner Əminə Cəfər "Şah" adlı kolleksiyanı təqdim etdi. Həmçinin, dizayner Elnarə Mirsəlimova əl işləri olan bəzək və aksesuarları təqdim etdi. Öz növbəsində, Oksana Barxatova Azərbaycan Fashion Week-də böyük uğur qazanan kolleksiyasını nümayiş etdi. Moda nümayişi axşamı Əməkdar İncəsənət Xadimi, Azərbaycanın modelyer-dizayneri Fəxriyyə Xələfovanın "Cazibədar rənglər" kolleksiyası ilə başa çatdı. Dəb tədbirinin təşkilatçıları FMS Models model agentliyi, "Baku Fashion Night” təşkilatı, xanım Lyubov Qutorova-Poyraz və "Excelsior Hotel & Spa Baku” oteli oldu.




İmza:
SON XƏBƏRLƏR
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK