Adalet.az | AZƏRBAYCAN SEVDALI ŞƏHİD Adalet.az | AZƏRBAYCAN SEVDALI ŞƏHİD Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

AZƏRBAYCAN SEVDALI ŞƏHİD

Əbülfət MƏDƏTOĞLU

28621    |   2016-12-19 15:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Samir Kaçayev canı ilə bunu sübut etdi

Həmin axşamı unuda bilmirəm. Ona görə unuda bilmirəm ki, şəhərin mərkəzində, möhtəşəm bir binanın 16-cı mərtəbəsində, yəni Allaha, nisbətən yaxın bir yerdə hər kəs ondan danışırdı, hamı onu xatırlayırdı. Və mənə elə gəlirdi ki, o elə bizim aramızdadı, bizi görür, dinləyir. Xüsusilə, tədbiri açan millət vəkili, professor, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rəfael Hüseynovun birbaşa ona üz tutması məndə onun bu məclisdə olduğuna inamı bir az da artırdı. Çünki Rəfael müəllim ilk sözünü belə başladı:

- Xoş gördük! Axşamın xeyir Samir! Üzümü sənə tutub müraciət edirəm. Bilirəm ki, sən burdasan və bizi eşidirsən...

Bəli, məhz bu ilk kəlmələr mənim tədbirdən öncə gəzib tamaşa etdiyim fotoları, Samirin əl işlərini canlandırdı, onları hərəkətə gətirdi və başladım onlarla danışmağa. Gördüm ki, Şamaxıda, Çuxuryurdda dünyaya gələn, cəmi 22 il yaşayan bu yaraşıqlı oğlan başdan-ayağa nurdu, işıqdı. İstər bacısı ilə birlikdə nənəsinin dizləri üstündə oturduğu yerdə... istər arxadan atası Ziyad kişinin boynuna sarıldığı yerdə... istər anası Əminə xanımın qucağında... istər babası Camal kişiylə kabab çəkdiyi məqamda... istərsə də məhəllə uşaqlarıyla gülə-gülə şəkil çəkdirdiyi bağçada o, işıq kimi hamıdan fərqlənir, o, nur kimi diqqəti çəkir. Mən onun bütün şəkillərini bir-bir qarşısında dayanıb gözlərimə köçürməyə çalışdım. Daha doğrusu, Samirlə göz-gözə söhbət etmək istədim. Amma gördüm ki, nur yuvası olan bu gözlər mənim başımın üstündən çox-çox uzaqlara baxır. Elə nöqtələrə baxır ki, mən onları ancaq təxmin edirəm, ancaq duya bilirəm. Bax, onda anladım ki, Allah Ziyad kişi ilə Əminə xanıma onu nur kimi bağışlayıbmış. Və bu nur 22 yaşına gəlib çatanda artıq bir evin, bir kəndin yox, bir məmləkətin, bir ölkənin işığına çevrilib. Və başlayıb içindəki işığı Allahın verdiyi istedadla, qatlaşdığı zəhmətlə sənətə çevirməyə. İstedad və zəhmət Samiri elə tamamlayıb ki, o, 22 illik ömründə 30 rəssamlıq işi, heykəltaraş işi qoyub ortaya. Çox maraqlıdır ki, qəbul imtahanlarını da uğurla verən, Dövlət Rəssamlıq Akademiyasına daxil olan, bu Akademiyanın sevimli tələbəsi kimi hər kəsin- həm müəllimlərinin, həm də dünya şöhrətli heykəltaraş, xalq rəssamı, akademiyanın rektoru Ömər Eldarovun diqqətini çəkən Samir Kaçayev səmimiyyəti, qaynarlığı, ünsiyyəti ilə də bu sənət adamları üçün doğmalaışmışdı... bu müqəddəs ünvan üçün əziz bir insana çevrilmişdi. İstər çəkdiyi eskizlər, istər diplom işində əla qiymətə layiq görülən və xalq rəssamı, akademik Ömər Eldarovun yüksək dəyərləndirdiyi dahi Rodenin obrazı Samirin böyük və uğurlu gələcəyindən xəbər verirdi. Elə həmin axşam da "Xalqbank"ın 16-cı qatında hər kəs Samirin yarımçıq qalan arzularından da böyük gələcəyindən bir təəssüf hissi ilə söhbət açırdı.

Çıxış edənlər - həm akademik Ömər Eldarov, həm Samirin sevimli müəllimi professor, Əməkdar İncəsənət xadimi Akif Əsgərov və Samirin tələbə yoldaşları, dostları, valideyenləri, xüsusilə Müdafiə Nazirliyinin rəsmiləri öz çıxışlarında Samirin müxtəlif çalarlarını diqqətə təqdim edirdilər. Məlum olurdu ki, bu gənc heykəltaraş-rəssam təkcə ürəyini sənətinə verməyibmiş, o, ürəyini Azərbaycana, Vətən bağışlayıbmış. Ona görə də hərbi xidmətdə olanda da əsgər yoldaşlarının, zabitlərin həmişə diqqət mərkəzində olub. Ona xüsusi bir maraqla, hörmətlə, ehtiramla yanaşıblar. Onun yaradıcılıq dünyasından xəbər tutan hər kəs onu bir növü qorumaq üçün xidmətini sağ-salamat başa vurub geri dönməsi üçün qayğı göstəriblər. Amma sən demə, Samirin taleyinə yazılan və ürəyini bağışladığı Azərbaycan onu daha böyük bir mərtəbədə görürmüş, daha böyük ucalıqda ona yer ayırıbmış.

Mən Samirə həsr olunmuş "Samir Kaçayev" albom-kitabını vərəqləyəndə son səhifədə bir şəkil diqqətimi çəkdi. Samir bir yaşıl ormanda qollarını açıb sanki doğulduğu kəndi, bölgəni qucaqlamaq istəyir. Amma onun çöhrəsinə bir az da diqqət edəndə o təkcə Çuxuryurdu, Şamaxını deyil, o həm də bütün Azərbaycanı bağrına basmaq üçün açıb qollarını. Deməli, Samir bilib ki, o Vətənin sipərinə çevriləcək. O təkcə dayandığı səngəri deyil, mövqe tutduğu bölgəni deyil, həm də bütöv Azərbaycanı sinəsiylə qoruyacaqdı...


Mən həmin o şəklin üzbəüz səhifəsində bir qeydi də diqqətdən yayındıra bilmədim. Həmin qeydin müəllifi Rafiq Həşimov yazıb: "Yaradan ona böyük bir sevgi hədiyyə etmişdi. Kəndinə, doğma yurduna sevgi, anasına, atasına sevgi, bacısına sevgi, dostlarına sevgi, biliyə, hikmətə sevgi, həyata, insanlara sevgi... O qurub-yaratmaq istəyirdi... Samir Kaçayev Yaradanın ona bəxş etdiyi bütün qabiliyyətləri, arzuları, istəkləri və nəhayət, canını qurban verdi - Vətənə, Azərbaycana sevgiyə!"

Albom-kitabı vərəqlədikcə bir məqamı da xatırlayıram. O da həmişə özünün ictimaiyyətə təqdim etdiyi "Xalq əmanəti" layihəsi ilə seçilən "Xalqbank"ın gördüyü, reallaşdırdığı bir savab işin əhatə dairəsidi. Bir anlıq xatırlayıram. 2010-cu ildən start götürən "Xalq əmanəti" layihəsinin məqsədi 6 ildə Azərbaycanın çox dəyərli, sevilən və xalqın yaddaşında özünə abidə ucaldan aydınlarımızın yenidən xalqa tanıdılmasıdı. Bu mənada Məmməd Arazın, Hüseyn Arifin, Mikayıl Müşfiqin, Xəlil Rza Ulutürkün samballı kitabları, həmçinin xalq rəssamları Böyükağa Mirzəzadənin, Mikayıl Abdullayevin, Maral Rəhmanzadənin, Səttar Bəhlulzadənin, Xalid Səfərovun, Nadir Əbürrəhmanovun, eləcə də Mahmud Tağıyevin, Vəcihə Səmədovanın, Fazil Əliyevin və digərlərinin bir-birindən maraqlı, bir-birindən nəfis şəkildə işıq üzü görən əsərlərinin toplusudu. Mən tam səmimiyyətlə etiraf edirəm ki, bu cür kitablar, kitab-albomlar az-çox milli yanğısı, milli düşüncəsi olan hər kəs üçün çox önəmli, çox dəyərlidi. Bax, təkcə bu layihəyə görə "Xalqbank"ın, onun rəhbərliyinin xidmətlərini yüksək qiymətləndirmək olar. Çünki xalqın olan, xalqın əmanəti sayılan hər şey diqqətdə saxlanılır. Deməli, diqqətdə saxlanılan da yaşadılır, sevdirilir və təbliğ olunur.

Bəli, ötən həftənin son iş günü axşamı mən "Xalqbank"ın 16-cı qatında bu ilin aprel ayının ilk günündə torpaqlarımızın müdafiəsi uğurunda gedən döyüşdə şəhid olmuş 22 yaşlı Samir Kaçayevlə bağlı xatirələri dinlədim. Amma etiraf edim ki, o xatirələrin hamısının içərisində bir xətt xüsusi diqqət çəkirdi. O da qürur hissi idi. Gözüyaşlı ana da, kövrəlmiş tələbə yoldaşları, dostları da o qürur hissinin Samirin şəhidlik zirvəsində də əzəmətli olduğunu göstərirdi, əbədiyaşar olduğunu pıçıldayırdı. Mən Samirin atasının da, anasının da kədərini, itkisini anlayıram. Onların ürəklərindəki yaranı görürəm, duyuram. Amma atanın da, ananın da ürəklə dedikləri VƏTƏN SAĞ OLSUN! kəlməsini də bir çağırış kimi, bir qələbə sədası kimi yaşayıram. Bilirəm ki, bütün şəhidlərimizin valideynləri məhz qələbə arzusuyla, qələbə ümidiylə deyirlər VƏTƏN SAĞ OLSUN!. Biz də bu Vətənin sağ olması üçün Samirlərin keçdiyi yolu keçməyi bacarmalıyıq. Onda şəhidlərin ruhu da sevinəcək, onların valideynlərinin yaralı ürəkləri də. Bu gün isə onlara şəhidlərin əbədiyaşarlığını "Xalqbank" bir daha xatırlatdı.





İmza:

YAZARIN ARXİVİ

2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK