viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | İran səfəri uğurlu alınıb Adalet.az | İran səfəri uğurlu alınıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

İran səfəri uğurlu alınıb

13253    |   2016-12-17 00:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Lənkəran Dövlət Dram Teatrı İran İslam Respublikasından qastrol səfərindən qayıdıb. Təəssüratlarını bizimlə bölüşən teatrın direktoru Tofiq Heydərov qonşu ölkəyə növbəti səfəri uğurlu hesab edir: "Biz İranın Rəşt şəhərinə Bəhram Beyzayinin "İlan Sultan" tamaşası ilə getmişdik. Dekabrın 1-də qastrol səfərinin açılış mərasimi oldu. Mərasimdə İranın Gilan vilayətinin Mədəniyyət İdarəsinin rəisi Firuz Fazili və Rəşt şəhərinin meri Məhəmmədəli Sabitqədəm çıxış edərək iki ölkə arasında mədəni əlaqələri genişləndirməyin vacibliyindən danışdılar. Gilan vilayətinin mədəniyyət rəisi isə çıxışı zamanı İran inqilabından sonra onların birinci dəfə xarici ölkə teatrını öz yerlərində qəbul etdiyini bildirdi. İranın bir sıra rəsmi dövlət xadimlərinin qatıldığı mərasimdə mənə də çıxış etmək şəraiti yaradıldı və mən Azərbaycan-İran əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini, bu cür mədəni görüşlərin iki dost xalq arasında müstəsna əhəmiyyət daşıdığını vurğuladım.
Bizim teatrın repertuarında möhkəmlənən "İlan Sultan" əsərinə ötən ilin dekabrında iranlı rejissor Xeyrullah Təğiyənipur quruluş verib. Bu ilin yanvarında isə biz bu tamaşa ilə İran İslam Respublikasında keçirilən 34-cü Beynəlxalq Fəcr Teatr Festivalı çərçivəsində iki dəfə Təbrizdə, bir dəfə isə Məşhəd şəhərində çıxış etmişik. Dünyanın 30-a yaxın sənət kollektivlərinin iştirak etdikləri bu maraqlı festivalda tamaşamız böyük uğur qazandı. Bizə festivalın diplomu və xatirə hədiyyəsi təqdim olundu. Tamaşanın quruluşçu rejissoru Xeyrullah Təğiyənipur isə "Ən yaxşı rejissor işi" nominasiyasının qalibi seçildi.
Qastrol səfərindən öncə iranlı həmkarlarımızla danışıqlar aparılarkən onlar israrla "İlan Sultan" tamaşasını bir daha gətirib oynamağımızı xahiş etdilər. Biz də böyük məmnuniyyətlə həmin tamaşa ilə 6 gün Rəşt şəhərində çıxış etdik. İki gəncin saf məhəbbətindən bəhs edən bu səhnə əsərində Əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Səyyad Əliyev, Aynur Əhmədova, Qızılgül Quliyeva, Miraslan Ağayev, Əlibala Əsgərov, Emin Fərzullayev, Tərlan Abdullayev, Emil Rzayev, Şəbnəm Hüseynova, Nizami Qurbanov və digərləri öz rollarını hər dəfə yüksək şövqlə oynamaqla, üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyi bacardılar. Bir sözlə, tamaşamız iranlı teatrsevərlər tərəfindən yüksək hərarətlə qarşılandı. Hər dəfə tamaşa zalında təkcə rəştlilərə deyil, İranın Tehran, Ənzəli, Ərdəbil, Astara və digər şəhərlərindən gəlmiş sənətsevərlərə də rast gəlmək olurdu. Dekabrın 7-ə kimi davam edən səfər müddətində teatrımızın truppası həmçinin Ü.Hacıbəyovun "Olanlardan-keçənlərdən" tamaşası ilə Rəşt şəhərində keçirilən "Meydan tamaşaları" festivalına da qatıldı.
Qastrol səfərinin bağlanış mərasimi də böyük coşqu ilə keçdi. Səhnədə Azərbaycan və İranın dövlət bayraqları dalğalandırıldı. Yaradıcı heyətimizə diplom və xatirə hədiyyələri təqdim edildi". Lənkəran teatrı Rəşt şəhərində olduğu müddətdə İranın Tehran və Ərdəbil şəhərlərindən də qastrol dəvətləri alıb.
Tofiq Heydərov kollektivin yaradıcılıq planlarından da danışıb: "Yeni -126-cı mövsümə sentyabrın 24-də Əli Vəlioğlunun "Əsrlərin harayı" tamaşası ilə başlamışıq. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi bu səhnə əsərində qədim Azərbaycan dövlətinin yaranması, yurd sevgisi, bu dövlətin daim azad və firavan şəraitdə bərqərar olması, eləcə də qədim türk hökmdarının səhvi ucbatından həmin dövlətin dağılıb parçalanması kimi məsələlərdən bəhs olunur.
Noyabrın əvvəllərində isə "YUĞ" Dövlət Teatrının baş rejissoru Gümrah Ömərin quruluşunda M.F.Axundzadənin "Hacı Qara" komediyasının tamaşasını sənətsevərlərə təqdim etdik. Bir müddət öncə teatrımızın quruluşçu rejissoru Adil Zeynalov Abdulla Şaiqin "Qoç Polad" əsəri üzərində işini başa çatdırıb. Hazırda teatrda paralel olaraq daha iki səhnə əsərinin - italyan dramaturqu Lüidji Lunarinin "Üç nəfər yelləncəkdə" və H.Andersenin "Qar Kraliça" əsərləri üzərində də iş gedir. Növbət il üçün repertuar planımıza Rövşən Ağayevin "Bir gecənin nağılı", J.B.Bolyerin "Jorj Danden", Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" və M.Musabəylinin "Toy səyahəti" əsərlərini də daxil etmişik".



İmza:ETİBAR

Heydər Əliyev Mərkəzinin parkında Faiq Ağayevin konserti keçirilib

Ulduz Məcidzadə Əvəz Zeynallı ilə "Baş redaktorun qonağı" layihəsində

Bakıda sürücülərin peşəkarlıq səviyyəsinin artırılması üçün təlimlər keçirilir

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

Siz bilərsiniz, BMT-də Azərbaycan nümayəndəliyi var?

Gürcüstandan qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlanıb

Əli Əhmədov : Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görür

Atəşkəs snayper tüfənglərlə 19 dəfə pozulub

Azərbaycanda ərəb dilinin tədrisi ilə bağlı keçirilmiş konfransın materialları nəşr olunub

Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var - Nazir müavini (FOTO)

Cocuq Mərcanlı kənd məktəbinin ilk buraxılış məzunu: BDU-ya qəbul olmayanda elə bilirsən imtahandan kəsilmisən (FOTO)

Sabah 40 dərəcə isti olacaq

SON XƏBƏRLƏR
2019-08-24
2019-08-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK