ANA SƏHİFƏ / YAZARLAR

ALLAHIN İŞİ

Bir Allaha qalıb...

31648    |   2016-12-16 15:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hərdən oturub öz-özümə fikirləşirəm. Və fikirləşəndə də az qala havalanıram. Havalananda da özümü, sözümü bilmirəm. Lap açığını desəm, dəhşətə gəlirəm, qorxuya düşürəm. Bilirsiniz niyə? Ona görə ki, bu yazını oxuduğunuz ana qədər Yer üzündə mövcud olan bütün insanlar üzünü Ona tutur… əlini Ona açır… ümidini Ona bağlayır. Və ən dəhşətlisi budu ki, üzünü Ona tutan, əlini Ona açan, ümidini Ona bağlayan insanların hamısı eyni diləyi diləmir, eyni istəyi ummur… eyni məsləkə qulluq etmir və…

Və ən dəhşətlisi odur ki, bu yazını oxuduğunuz ana qədər yer üzündə mövcud olan insanların yarısı qovulur… yarısı söyülür… yarısı döyülür… yarısı xəstə… yarısı şikəst… yarısı zəlildi… yarısı dəlidi… yarısı ağıllıdı… yarısı əliqabarlıdı… yarısı zehin adamı… yarısı ürəyi dolu… yarısı cibi dolu… yarısı da əzələ adamıdı… İndi təsəvvür edin ki, bu qədər insanın hamısı eyni anda əlini Ona açıb. Döyən də kömək umur, döyülən də kömək umur, söyəndə kömək umur, söyülən də kömək umur, xəstə də kömək umur, həkim də kömək umur, zəlil də, əlil də, çörəyə, suya ehtiyacı olan da, işsizi də, hətta ixtirasını həyata tətbiq etmək istəyən alim də Ondan umacaqlıdı. Bax, bu qədər umacağın içərisindən baş çıxarmaq, Allah haqqı, Allaha çox çətindi. Mənim inancıma görə Allahın işi elə bir Allahın özünə qalıb. Ayrı kimsənin ona yardım edəcəyinə iynə ucu boyda da olsa ümidim yoxdu. Deyə bilərsiniz ki, bəs mələklər? Razılaşmıram sizinlə, qardaşım, bacım. Mələklər tapşırıq yerinə yetirir… mələklər iş icraçısıdı, loru dildə desək, ona görə biz onlardan heç nə ummuruq, heç nə istəmirik. Eləcə mələkliklərində qalsınlar bəs edər. Və mən…

Hə, mən ona görə yazını belə başladım ki, indi mən də umuram. Özü də bir gün, beş gün, iyirmi il bundan öncəkindən daha çox umuram. Çünki bıçaq sümüyə dirənib. Başımın üstündəki xəncər elə başımı üzmək ərəfəsindədi. Üzmək istəyən də Allahın bəndəsidi, üzülən də. Üzmək istəyənin ikinci bir adı da var - məmurdu. Üzülən isə qaçqın, yersiz-yurdsuz, sadəcə, sözü-sözə düzməyi bacaran birisi…

Hə, mən Ondan bir şey umuram. O da yuvadı, daxmadı, sığınacaqdı. Çünki mənim gecəqondumu, mənim özülsüz yuvamı qışın bu oğlan çağında, şaxtanın həyatı dondurduğu bir məqamda sökmək istəyənlər kəsib qapımın ağzını. Onların işə saldığı texnikanın nəriltisi yeri də silkələyir. Amma mən bu silkələnən yerdən hara gedəcəyimi bilmirəm, kimə üz tutacağımı bilmirəm, bir Ondan başqa. Çünki üz tutduğum ziyalılar da, millət vəkilləri də, hətta münasibətim olan dövlət adamları da sadəcə bir kəlmə dedilər:

- Çətin məsələdi! Biz də baş aça bilmirik…

Bəli, indi özünüz fikirləşin, Xankəndidən, Şuşadan, Tuğdan, Füzulidən, maddi və mənəvi dünyasını itirə-itirə Beyləqana, ordan Bakıya gəlib çıxmış birisinin Bakıda da son ümidini itirməsi nə deməkdir? Əslində mən düzgün ifadə eləmədim. Öncə saydığım yerldərdə mənim ümidimi, mənim haqqımı ermənilər, yəni düşmən əlimdən aldı. Bəs Bakıda? Burda nə baş verir? Deyirlər dövlətə lazımdı. Başa düşürəm. Biz də bu dövlət üçün çalışırq. Lazımdı, götürsün. Amma nəyi götürürsə, onun sahibi olanı, onun üstündə yaşayanı da düşünsün, ona da bir münasib, yaşamağa imkan verə biləcək, 9 nəfərin heç olmasa yanaşı uzanıb gecəni səhər edə biləcək yer göstərsinlər. Başqa bir istək, başqa bir dilək ki, yoxdu!.. Amma çox təəssüf ki, nə hava şəraitini, nə ailəni, nə yaşanan stressi kimsə düşünmür, kimsə dəyərləndirmir. Bax, o da ümidi öldürür, inamı öldürür, güvənci sarsıdır, əl-qol boşalır, ayaq yer tutmur. Yalnız dilinlə, gözünlə Allaha yalvarırsan, ondan umursan. Özü də Yer üzündəki bütün insanların umduğu bir vaxtda. Özünüz düşünün, özünüz deyin. Belə olan halda Allah mənim səsimi eşidə bilərmi? Ümumiyyətlə, səsim gedib ona çatarmı?..

Elə bu məqamda əlimi açdığım, bütün ümidimi bağladığım ünvandan gileylənirəm, özü də misralarla.

Silmə gözümün yaşın,

Təsəlli gərək deyil…

Məni öldürən sənsən,

Öldürən fələk deyil -

Allah!


İçimdə göyrətdiyim

Ümidi budayırsan.

Sən məni öyrətdiyin

Dünyanı odlayırsan -

Allah!


Canım tükdən asılıb

Anım bircə addımdan…

Əlinlə nə yazılıb

Sil, sən mənim adımdan -

Allah!


Qoyma daha yaşayım,

Qoyma asi olum mən!

Uduzdum bu döyüşü

Olammadım qazi mən -

Allah…


***

Hə, öncə dedim ki, hamı Ondan umur, hamı Onu köməyə çağırır. Və mən də hamının içərisində bir zərrəyəm, bir nöqtəyəm, bu zərrəni, bu nöqtəni görmək, eşitmək bilirəm ki, çətin məsələdi, ağır işdi. Amma yenə səsimi çıxarıram… amma yenə ümidimi kəsmirəm və içimdə olan ən pak, ən halal, elə Onun özünün verdiyi böyük sevgiylə tuturam ətəyindən. Kirpiklərimi isladan, yanaqlarımda cığır salan, amma heç kəsin görmədiyi damlaları ürəyimdə yerbəyer etməyə çalışıram. Çünki o damlalar ürəyimdə qana çevrilir. Ürəyim qan içində olur, qan içində çapalayır, döyünür. Və mən də qana bələnmiş, qanım qaşığa qoyulmuş bir Allah bəndəsi kimi Yer üzündə sözü keçən, hökmü işləyən ən böyük səlahiyyət sahiblərinə üzümü tuturam, rica edirəm, özümü toparlayıb hətta bütün sözləri ütüdən keçirib sakit-sakit dilək diləyirəm:

- Haqqımı tapdamağa icazə verməyin! Haqqımı qorumaqda mənə kömək olun! Haqqın yanında olun! Allahı başınızın üstündə görün! Axı siz haqqı qorumaq üçün ən uca mərtəbələrdə oturmusunuz. Bu qış günü küçəyə atılmağıma, yuvasız qalmağıma göz yummayın, icazə verməyin!

Mən bu yaşadıqlarımı öz içimdə az qala milyard dəfə söz-söz, nöqtə-nöqtə təkrarlamışam. Bunu içimdə Allahıma da oxumuşam. Bunu Sənə də söyləmişəm, Sənə də duydurmuşam. Və üzümü Allahıma da, Sənə də tutub nələr yaşadığımı, necə yaşadığımı, niyə yaşadığımı söyləməyə cəsarət etmişəm. Və sonda gözlədiyim cavabın ləngiməsindən pərişan olub yazmışam ki:

Sən havasan canımda,

Hər günümdə, anımda.

Sən olmasan yanımda -

Ölərəm…


Sən həm sevinc, həm də qəm,

Allah göndərən həmdəm…

Təbəssümün olsa kəm -

Ölərəm…


Sənə ruhun diliylə

Nə and içim gülüm mən -

İnandıra bilim mən,

Ölərəm!


İndi bayırda çox sərt bir hava var. Necə deyərlər, şaxta kef eləyir. Mən evin adamlarını, uşaqları, nəvələri sökülmək qorxusunu yaşayan evdən bayıra buraxmıram. Öncə ona görə ki, evi sökmək istəyənlər bəlkə içəridəki uşaqlara rəhm etdilər. Onlara bir yuva tapana qədər möhlət verdilər. İkincisi, uşaqları soyuqdan, şaxtadan qorumaq istəyimdi. Deməli, bir az köklü fikirləşəndə uşaqlara ev həm yaşamaq, həm soyuqdan qorunmaq üçün çox lazımdı. Hətta zəruri tələbatdı. Mənə nə var ki, səhər az qala tülkü tayadan düşməmiş gəlirəm iş otağıma. Axşam da tülkü tayaya qalxanda gedirəm gecəqonduma. Və beləcə, bir ömrü əridirəm şam kimi faydalı, ya faydasız. Bunun qiymətini Allah verəcək, buna şübhəm yoxdu. Sadəcə, indi meydanda tək qalmağım, səsimin eşidilməməsi, qardaş, dost deyənlərin gözə görünməməsi və nəhayət, haqqın tapdalanması ağrıdır məni. Təbii ki, mən kimin gücünün hara qədər olduğunu yaxşı bilirəm. Kimin hansı daşı qaldıra biləcəyindən də xəbərim var. Amma daşı qaldıra bilməyənlərin ən azından məsləhət vermək və yaxud problemi ictimailəşdirmək, daha səlahiyyətli yerlərə çatdırmaq imkanı məndən ki, çoxdu. Bax, bu məqamda çat verən ürəyimin, təpəmdən çıxıb göyə bülənd olan tüstümün acısı yaşamaq ümidimi sarsıdır…

Deyə bilərsiniz ki, hər kəs gücünə, yorğanına görə yaşamağı seçim etməlidi. Mən bunları gözəl anlayıram və birbaşa kimsəni də qınamıram, kimsədən də incimirəm. Sadəcə, hamının eyni durumda olmağı, hamının görüntü yaratmağını qavraya bilmirəm, dərk edə bilmirəm. Anlamıram ki, niyə hamı özü deyil? Niyə hamı göründüyü kimi yaşamır, olmur? Nə isə…

Hə, bu dünyada ən ağır, ən çətin yalnız Allahın baş aça biləcəyi iş, elə Allahın işidi. Mən o işin sahibinə, yəni Allahıma üzümü tuturam. Hər kəsə, həmçinin sənə eşitdirəcək bir pıçıltıyla deyirəm:

Mənə

sən bir damla ümid

bağışla, yaşayım…

kipriyindən qopan

yağışla yaşayım…

mənim

adımı adıyla

bir ömrün dadıyla

sevdiyim qadınla

naxışla, yaşayım!

Mənə,

qapı açdın dinə

Allah, eşq ver yenə!-

ömür boyu sənə

alqışla yaşayım!

Hə, mən bəlkə də bu yazımla kimlərinsə əhvalını pozdum… kimlərinsə vaxtını əlindən aldım… və bəlkə də kimlərinsə yarasını qanatdım. Bilmirəm, hər halda günah sayılacaq nəsə etdimsə, o günahı mənim adıma yazın, mənə qaytarıb göndərin. Mən onsuz da bu dünyanın Cənnətini yaşamışam. Doğulduğum Qarabağda, gəncliyim keçən bir bölgədə Cənnət payımı kifayət qədər istifadə etmişəm. Qalıb cəhənnəm payım. Onu da artıq yaşamağa necə deyərlər, start verilib. Nə vaxtsa yadınıza düşsəm, nə vaxtsa yanınızda görmək istəsəniz axtarmayın. Çünki sizin olmadığınız yerdə olacam və o yerdə ancaq mən ağılda, mən durumda, mənim içimi öz içi bilənlər yaşayırlar. Və o yerin adı Cəhənnəmdi! Siz də ordan uzaq durun. Mənə cəhənnəmi yaşadanlar və məndə cəhənnəm sevdası yaradanlar bilsin, bir də mən. Və həmin o bilənlərə də demək istəyirəm ki:

Ölüb getmək istədim -

Cəhənnəm bağlı oldu…

Özüm tək istəyim də -

Sinəsi dağlı oldu…


Əl açdığım dinmədi,

Göydən mələk enmədi.

Səsim geri dönmədi -

Bilim cavab nə oldu?..


Alnımı sürtüb buza,

Yaramı qoydum duza.

Məni öldürən qıza -

Görən savab nə oldu?!


Bu da belə. Yenə deyirəm, yenə yazıram, yenə həmin fikirdə qalıram. Həqiqətən Allahın işi çox ağırdı, çox çətindi və Allahın işi elə Allahın özünə qalıb!

Əbülfət MƏDƏTOĞLU


İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK