ANA SƏHİFƏ / YAZARLAR

SÖZÜN ƏTRİ

Faiq QİSMƏTOĞLU

29977    |   2016-12-09 13:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünyada elə insanlar var ki, onlar dağdan ağır olurlar. Yəni bu insanlar öz oturuşu, duruşu, yerişi və ağayanalığıyla başqalarından tamamilə seçilirlər. Bu adamları tək öz qohum-əqrabası deyil, həm də el-oba çox istəyir. Çünki bu dağdan ağır adamlar həmişə qeyri-adi hərəkətləriylə el-obaya, dost- tanışa hörmət gətiriblər. Hətta birinin işini heç kəs aşıra biləmyəndə, o dəqiqə yada bu dağdan ağır kişilər düşüblər. Və dağdan ağır kişilər də qabağa düşərək dağdan ağır işi aşırıblar…

Biz Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyanda çox istedadlı tələbə dostlarımız vardı. Və bu dostlar bayaq dediyimiz kimi, başqalarından öz əməli-saleh işləri, istedadları və cəmiyyətdəki mövqeləri ilə fərqlənirdilər. Biz birinci kursda oxuyanda bizdən yuxarıda təhsil alan və tez-tez efirlərdə, mətbuat səhifələrində imzaları və özləri görünən istedadlı tələbələrə qibtə ilə baxardıq. Belələrindən biri də Ziyəddin Sultanov idi. Ziyəddin Sultanov tək yazılarıyla, istedadıyla başqalarından seçilmirdi. O həm də ağayanalığı, ağır oturub batman gəlməyi və ən nəhayət, ağsaqqallara məxsus sambalıyla fərqlənirdi. Elə ki, tələbə dostlarımızdan birinin işi alınmayanda və daha doğrusu, kəsiri olanda o dəqiqə yadlarına Ziyəddin Sultanov düşərdi. Və onlar Ziyəddin müəllimim tapardılar, ona dərdlərini deyərdilər, o da qabağa düşüb heç kimin həll edə bilmədiyi məsələni yoluna qoyardı və heç kəsdən də bir təmənna, adi quru «çox sağ ol» da ummazdı.

Image result for Ziyəddin Sultanov

Fakültəyə gələndə dağ boyda ağır bir insana bənzəyirdi. Və hamı da istəyərdi onunla münasibət yaratsın, yoldaşlıq eləsin və heç olmasa salam versin. Ziyəddin Sultanov nə qədər ağayana, nə qədər samballı bir insandırsa, bir o qədər də sadə və səmimi ziyalıdı.

Bu sadəliyi də ona həmişə böyük hörmət, səmimiyyət və nüfuz gətirirdi. Ziyəddin Sultanov böyük mətuata qədəm qoyduğu ilk gündən Həsən bəy Zərdabinin, Mirzə Cəlilin yolu ilə gedib və heç vaxt ağa qara, qaraya da ağ deməyib. Elə hadisələrə bu cür obyektiv münasibət bəsləməyi də onun böyük jurnalistikada və mətbuatda nüfuzunu birə beş artırıb.

«Kommunist» qəzetində işləmək və orda yazı yazmaq hər jurnalistə nəsib olan iş deyildi. Amma Ziyəddin Sultanov «Kommunist» qəzetində özünün gözəl oçerkləri, zarisovkaları, korospondensiyaları, reportajları, felyetonları və müsahibələriylə böyük mətbuatda imzasını tanıtdara bilmişdi. O uzun müddət «Kommunist» qəzetində Qarabağ üzrə bölgə müxbiri vəzifəsini daşıyıb. Azərbaycan jurnalistikasının nüfuzunu qoruyan, ona şərəf gətirən və adını uca tutan barmaqla sayılası jurnalistlərdən biri olub Ziyəddin Sultanov. Hətta felyeton yazdığı adam belə obyektiv yazıya görə, Ziyəddin Sultanovdan inciməyib və ona qarşı qərəzli münasibət bəsləməyib. Ən azından ona görə ki, Ziyəddin Sultanov hər hansı tənqidi yazını, felyetonu qələmə alarkən öz vicdanının səsini eşidib və faktlara istinad edib. Məhz bu dəyərlərə və müqəddəs hisslərə söykəndiyinə görə də ona qələmi həmişə baş ucalığı və şərəf gətirib.

Bu gün Azərbaycan jurnalistikasında Ziyəddin Sultanov kimi öz sənətini sevən insanlara çox böyük ehtiyac duyulur. Ona görə ehtiyac duyulur ki, mətbuata son vaxtlar bu işdən xəbəri olmayan naşı insanlar darışıblar. Amma nə yaxşı ki, bu gün Azərbaycan mətbuatında Ziyəddin Sultanovlar var və bu Ziyəddin Sultanovların hesabına da Azərbaycan mətbuatı klassik ənənəsini və simasını qoruyub saxlaya bilib.

Hər jurnalistin işi deyil ki, o bütün janrlarda yazı qələmə almağı bacarsın. Mən tam cəsarətlə deyə bilərəm ki, Ziyəddin Sultanov o jurnalistlərdəndir ki, hər bir janrda gözəl yazılar yazıb və öz möhürünü vurub. Bu yazılar Azərbaycan mətbuat tarixinin obrazlı dildə demiş olsaq, «qızıl yazıları» adlana bilər. Çünki bu yazılarda həm gözəl dil və üslub, həm mövzuya qeyri-adi yanaşma tərzi, həm də gözəl bədii ifadələr öz əksini tapıb. Jurnalist o vaxt istəyinə nail olur ki, onun çox zəngin dünyagörüşü, mütaliəsi və həyata fərqli baxışı olur. Bax, dediyimiz bu nüanslar Ziyəddin Sultanovun bütün yazılarında qırmızı xətt kimi görünür.

Bu istedadlı yazar tək jurnalistik fəaliyyətlə məşğul olmayıb. Onun bir-birindən gözəl publisist yazıları, müxtəlif bədii yazıları vardır. Bu yazılar o qədər şirin, o qədər mənalıdır ki, onların bir çoxunu birnəfəsə oxumaq olur. Ziyəddin Sultanovun neçə-neçə kitabları işıq üzü görüb və bu kitabların hər birində bir dünya var. Onun hansı yazısını, hansı oçerkini, hansı məqaləsini oxusan, ordan Qarabağın ətrini, təmiz havasını, suyunu hiss edirsən. Hiss edərsən ki, Ziyəddin Qarabağın hər qarşı torpağına addım basıb, oranın nəfəsini, havasını duyub və yazılarına da bu nəfəsi, bu havanı gətirib…

O, hansı qəzetdə, hansı mətbuat orqanında işləyibsə, onun nüfuzunu artırıb. «Kommunist» qəzetində də, «Azəbaycan» qəzetində də və bu gün çalışdığı «Xalq» qəzetində də jurnalistikamıza böyük hörmət, böyük şöhrət və böyük sevgi gətirib. Bu böyük sevgini və böyük hörməti Ziyəddin Sultanov sanki bizlərə də aşılayır. Aşılayır ki, harda işləməyindən və çalışmağından asılı olmayaraq, jurnalist sənətinə hörmətlə yanaşaq.

Bir dəfə onunla Füzulidə görüşdük. Elə oldu ki, bir yerdə əyləşib yaxın dostlarla çörək də kəsdik. Stolumuzun arxasında əyləşənlər rayonumuzun sayılıb-seçilən insanları idi. Amma görürdüm ki, onlar hamısı Ziyəddin Sultanova çox qeyri-adi və qibtəylə baxırlar. Yaxın dostlarımdan biri dedi ki, mən belə ağayana, samballı jurnalist görməmişəm. Heç kimə əyilməyən və heç nədə gözü olmayan bu cür ziyalını görəndə yadıma Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə düşür. Və sən də nə yaxşı ki, belə bir istedadlı, ləyaqətli və ağayana jurnalistlə dostluq eləyirsən.

Belə bir deyim var: «Elin gözü tərəzidir». İstər müsbət cəhətini, istərsə də mənfi cəhətini camaat daha yaxşı görür. Və bəzəni biz elə fikirləşirik ki, hansısa səhv addımımızı kimsə nəzərdən qaçırır. Ancaq bu qətiyyən belə deyildir. Jurnalist həm də cəmiyyətin içində olan, onun bütün ağrılarını, acılarını yaşayan ictimai xadimdir. Yəni bizim hər bir hərəkətimiz cəmiyyət tərəfindən qiymətləndirilir. Və cəmiyyət də bizim müsbət və mənfi cəhətlərimizi görəndə istər-istəməz bunu həm xeyirdə, həm də şərdə danışırlar.

Sözümün canı ondan ibarətdir ki, bu gün Azərbaycan jurnalistikasında Ziyəddin Sultanov kimi yazarlara çox ehtiyac var. Çünki onlar əlinə qələm almamışdan öncə öz vicdanının səsini eşidirlər… Çünki onlar təmiz əxlaqa, təmiz əqidəyə və təmiz ürəyə xidmət edirlər... Və bu təmiz ürəkdə, təmiz əxlaqda heç vaxt qara düşüncələr ola bilməz. Və mən sevinirəm ki, nə yaxşı ki, bu gün jurnalistikamızda Ziyəddin Sultanov kimi dağ boyda ağayana yazar var…

Mən sevinirəm ki, cəmiyyətin böyük təbəqəsi bu cür yazarlara və istedadlara hörmətlə yanaşırlar. Və mən ona da sevinirəm ki, Ziyəddin Sultanov Azərbaycan mətbuatında öz sözünü demiş və öz möhürünü vurmuş jurnalistlərdəndir. Bir də ona sevinirəm ki, nə yaxşı ki, bu gün mətbuatımızda Ziyəddin Sultanovlar var və onlar haqqa, ədalətə və vicdanlı sözə xidmət eləyirlər və ömrü boyu da sözə xəyanət etməyiblər. Allah belə qələm sahiblərini, ürək sahiblərini hifz eləsin və onları qorusun!!!




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK