ANA SƏHİFƏ / YAZARLAR

SEVGİNİN QARA HEYKƏLİ

Fəridə RƏHİMLİ

30058    |   2016-12-06 13:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gecə saat üç idi. Acı tüstüdən nəfəsinin kəsildiyini, boğazındakı göynərtini hiss edib yuxudan ayıldı. Ətrafda tüstü-dumandan heç bir şey görünmürdü. Bir anlıq anlaqsız vəziyyətdə ətrafa baxdı, sonra hövlnak yerindən sıçrayıb, şirin yuxuda olan həyat yoldaşını oyandırdı. İlk ağıllarına gələn uşaqlar oldu. Artıq səs-küydən uşaqlar da oyanmış, qorxudan, həyəcandan alacalanmış gözlərini ümidlə atalarına dikmişdilər. Bu an onların gözündə dünyada ən güclü, hər şeyə qadir insan yalnız ataları idi. Ata başını itirmişdi. Qapıdan başlamış od oraya yaxınlaşmağa imkan vermirdi...

Əsasən Cəbrayıl və Füzuli rayonlarından olan məcburi köçkünlərin yaşadığı bu binanın tikintisi elə başlar-başlamaz yarımçıq qalmışdı. 1989-1990-cı illərdə yaradılmış kooperativlərdən birinin inşa etməli olduğu binanın zirzəmisindən başqa heç nəyi yox idi. 1993-cü ildə Bakıya axışan məcburi köçkünlərin bir hissəsi bu cür yarımçıq tikililərə sığınmağa vadar olmuşdu. Lakin o vaxtdan bəri burada heç bir kommunal xarakterli iş aparılıb, elektrik, qaz, su xətləri kortəbii formada çəkilib və heç bir texniki şərtə cavab verməyib.

Qaçqınlar məskunlaşdıqları zirzəminin söküləcəyi, yeni evlərə köçürüləcəkləri vədlərinə inanaraq 23 ildi ki, gözləyirdilər. Tez-tez yöndəmsiz elektrik xətlərində qısaqapanmalar olur, alışır, insanlar tökülüb birtəhər söndürürdülər. O gecə isə... güclü külək əsir, qaçqınlar soyuqdan qorunmaq üçün taxtadan, kardondan, təsadüfi əllərinə keçən aliminium listlərdən evin açıq yerlərini tutduqlarından onların taqqıltısı ilə küləyin vıyıltısı bir-birinə qarışırdı. Burda qiyamət qopsa, kimsənin kimsədən xəbəri olmazdı...

...Çıxmaq üçün bircə yer vardı, onu da od almışdı. Nəfəs aldıqca acı tüstü ciyərlərinə dolur, huşlarını itirəcək qədər ağrı, göynərti verirdi. Üstəlik bayırdan, artıq oyanmış qonşuların da haray-həşirlə bağırmaları onların çıxa bilmək ümidlərini tamam üzmüşdü. Bunu düşünüb, ani qərarla zirzəminin bir küncündə düzəltdikləri hamama qaçdılar. Məqsədləri özlərini suyla isladaraq yanğından qorunmaq idi. Amma gecənin bu saatında Allahın da unutduğu bu qaçqın daxmasının hamamında o qədər su nə gəzirdi... Qorxuyla, təlaşla bir-birlərinə baxdılar. Seymur bu dəqiqə dünyanın ən çarəsiz kişisiydi...

Tüstü hamamı da bürümüşdü. Artıq nəfəs almaq mümkün deyildi. Çarəsizlikdən Seymur da, Cəvahir də Fərhad, Elşad kimi bağırmağa başladılar. Dörd çarəsiz insanın ah-naləsi, çığırtısı, bağırtısı özlərini, evlərini yanğından xilas etmək təlaşında olan qonşuların bağrını dəlirdi. Amma hər kəs öz hayında idi. Bir-iki vedrə su tapıb yanğının üstünə atanlar oldu. Amma güclü küləyin və amansız odun qarşısında bu, mənasız idi. Bu məmləktin yanğınsöndürənləri isə, əksər vaxt olduğu kimi, yanıb külə dönmüşlərə sabunlu su vurmaq üçün gəldilər. Bu dəfə onlara külək və yöndəmsiz tikilmiş gecəqondular da "yardım etdi". Sanki külək də bu, yurd-yuvasından qovulmuş binəvaların qəsdinə durmuşdu...

Əlacları yerdən-göydən kəsilən ata-ana balalarnı qucaqlayıb hamamda eləcə çarəsiz-çarəsiz oturdular. Dörd ürəyin çırpıntısını dördü də duyurdu... Ümid sonda ölür deyirdilər, amma onların ümidləri özlərindən əvvəl ölmüşdü...

Tüstüdən acışan gözləri ağladıqca daha da acışırdı. Cəvahirin, - Seymur, öləcəyik?- sualı Seymurun ər qürurunu, kişi mətanətini bir az da əzdi. - Qorxma, Allah kömək olar, cavabını o qədər inamsız dedi ki, sanki - Hə, ölürük, Cəvahir, bu sonumuzdu! - kimi səsləndi gəlinin qulaqlarında. Dördüncü sinifdə oxuyan Elşadı və altıncı sinifdə oxuyan Fərhadı qucaqlayaraq, qorxmayın, indi yanğınsöndürənlər gəlib, bizi xilas edəcəklər, deyərək, onların ürəklərində ümid qığılcımı yandırmağa çalışdılar. Amma uşaqlara da artıq hər şey bəlli idi. Atalarını heç belə çarəsiz, gözü yaşlı görməmişdilər. Xilas olmalarına bir qığılcım qədər ümidləri vardısa, o qığılcımı da atalarının göz yaşları söndürdü... Seymurla Cəvahir onları bərk-bərk qucaqlayıb ikisi bir-birinə sarıldılar. Artıq özlərinin xilas olacağına ümid qalmamışdı. Düşündülər ki, özləri yansalar da, uşaqlar xilas olsunlar. Dayanma gücləri çatdığı qədər onları oddan öz bədənləri ilə qorumağa çalışırdılar. Alov onlara yaxınlaşdıqca dərilərini, ətlərini qarsan oddan göynəyən bədənləri dözülməz ağrıdan taqətdən düşsə də, balalarını buraxmır, daha sıx sarılırdılar. Artıq dəhşətli yanıqdan bayılma həddində idilər. Gözləri görə-görə yanan bədən hissələrinin iyi özlərini vəhşətə gətirirdi. - Bizdən keçdi Seymur, uşaqları qoruyaq!!!, - ananın son nəfəsi idi. Hər iksiin kömürə dönmüş qollarının arasından uşaqları sarsan od dəhşətdən bayılan uşaqlara da aman vermədi...

Xilasedicilər gələndə artıq qonşuları dəhşətə gətirən bağırtılar kəsilmişdi. Yanğınsöndürənlər gördükləri mənzərədən donub qalmışdılar - insan sevgisinin - ana-bala, ata-övlad, ər-arvad bağlılığının yaddaşlardan silinməyən qara heykəli hamamın küncündə tüstülənirdi!!!

... Ayılıb özlərini ağrısız-acısız görəndə təəccüblə bir-birlərinə baxdılar. Seymur, biz xilas olduq! Bax, uşaqlar da yanımızdadır. Çox şükür, dördümüz də bir yerdəyik. Biz hardayıq? Nə gözəl yerlərdi buralar. Bax, axşam yatmamışdan əvvəl sən "Xəbərlər"də işıq, qaz, nəqliyyat pulunun artmasından, problemlərdən, bazardakı işlərinin kasadlığından danışıb, dilxor olmuşdun. Gördün, o dilxorçuluq yoxdu, nə qədər huzur var içimizdə, o problemlər də artıq mənasız görünür. Dünyadakı qayğılarımız nə qədər mənasızmış. Pul, sərvət toplayanlar, onun hərisliyini yaşayanlar nə qədər anlamsız bir istəkdə olduqlarını bura gəlincə anlayacaqlar və onda artıq gec olacaq!!! Ölüm buysa, nədən biz həmişə ondan qorxmuşuq? Əsl azadlıq da, huzur, rahatlıq da burdaymış ki... demək ki, eşitdiklərimiz doğruymuş, - odda yananlar, suda boğulanlar Cənnətə düşürmüşlər. Şükür olsun Allahımıza, bizə şəhidlik nəsib etdi. O möhnətdən, əziyyətdən bu rahatlığa düşmək üçün görəsən, hansı savabları etdik biz? Bax, Fərhadla Elşada, necə qayğısızdılar! Qüssələnmə, Seymur, anan Ülkərin ürəyinə bizdən əvvəl də qardaş dağı, bala dağı vurulduğunu bilirəm. Atan Əkbər müəllimin yurd həsrətindən, bala dağından infarkt keçirdiyinin şahidi oldum. Amma onlar bizim hansı məqamda olduğumuzu bilsələr, bizim halımıza yox, öz günlərinə ağlayarlar! Doğrudur, onları bizim faciə ilə dünyamızı dəyişməmiz zaman-zaman yandıracaq, amma Allah böyükdür, onların qəlbinə səbr verəcək.

...Kəndimizin qəbiristanlığında boy sırasıyla düzülmüş dörd qəbir də artdı...

P.S. "Bu gün Bakının Nizami rayonunda Elşən Süleymanov küçəsində yerləşən yarımçıq tikilidə baş vermiş dəhşətli yanğın bir ailəni məhv etdi. Gənc ata-ana və 2 körpə övladı yanaraq öldü"...




İmza:

YAZARIN ARXİVİ

2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-07-17
2018-07-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK