ANA SƏHİFƏ / YAZARLAR

O YAZ YAĞIŞI…

Faiq QİSMƏTOĞLU

18844    |   2016-11-04 14:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Çiçəklərin üstünə yağan yaz yağışından sanki çiçəklər üşüyürdü. Ürəyimdən keçirdi ki, bir şey olaydı, o çiçəklərin üstünə ataydım və çiçəklər üşüməyəydi. Amma Allah hər şeyi yoluna qoydu. Yağış kəsdi, gün çıxdı. Və çiçəklər yavaş-yavaş isinməyə başladı. Bir də yağış yağdı və bir də gün çıxdı. İstədim ləçəklərində su olan o çiçəkləri bağrıma basıb öpüm. Elə öpdüm də. Yadıma istedadlı şair Vahid Əzizin bu misraları düşdü:

Çiçəkləri öpdüyümü küləklər

Qaçıb yara bildirməsə yaxşıdı…

… Şeirin arxası yadımda deyil. Ancaq yadımda olan odur ki, 1982-ci ilin aprelin 1-i mən Radio zavoda çoxtirajlı «İmpuls» qəzetində işə çıxmaqla bağlı əmr almışdım. Həmin əmri də zavodun partiya komitəsinin katibi Telman müəllimin köməkliyi nəticəsində əldə eləyə bilmişdim. Çünki Telman müəllim omasaydı, çətin ki, Kamal Ramazanoviç əmrimi verəydi. O vaxtlar «İmpuls» qəzetinin redaktoru İdris Hacızadə başqa işə keçdiyinə görə, orda yer boşalmışdı. Məni də həmin xəbəri yaxın dostlarım, istedadlı şairlər Vaqif Bəhmənli və Ağacəfər Həsənli çatdırmışdılar. Elə onların xeyir-duası ilə həmin qəzetdə işə başladım…

Qəzetin redaktoru Elmira Salmanovaydı. Rus dilində çıxan nəşrin redaktoru isə Vialetta Strekalovaydı. Onun bir erməni müxbiri də vardı. Heç kimlə yola getmirdi. Mən işə başlayanda bir neçə dəfə söz atdı, sataşmaq istədi. Ancaq fikir vermədim. Hətta radio verlişlərinin redaktoru, quzu kimi yazıq Valentin Çaplıqinə də bu erməni qızı gün verib işıq vermirdi. Bir neçə ildən sonra o çıxıb getdi və bundan sonra biz rahat nəfəs aldıq…

Zavod hərbi müəssisə olduğuna görə, iş rejimi çox ciddi idi. Yəni biz vaxtından tez harasa getmək istəyəndə mütləq direktor müavinindən «uvalnitelni» almalıydıq. İş saat 8-də başlayıb saat 4-də bitirdi. Bir dəqiqə geciksəydin içəri keçə bilməzdin. Bax, belə ciddi rejimli bir müəsisədə qəzet çıxarırdıq. Bir-iki dəfə də partkoma dedik ki, bu rejimin bizə nə dəxli var? Biz ki, dəzgah, konveyer axasında çalışmırıq ki. qəzet buraxırıq, qəzetçilərə də azadlıq və sərbəstlik lazımdır.

Partkomumuz Azad Manaflı dedi ki, belə işləri yada salıb özünüzü dolaşığa salmayın. Bura hərbi zavoddur və bir rejimə də qulluq eləyir. Zavodun direktoru Kamal Ramazanoviç də parkomla yola getmirdi. Çünki partiya komitəsinin katibi Rayon Partiya Komitəsində təşkilat şöbəsinin müdiri işləmidi. Onu işdən «vurub» zavoda göndərmişdilər. Haqsızlığa da dözmürdü. Kamal Ramazanoviç də ümumiyyətlə bizim milləti çox sevmirdi. Onun oturub-durduğu adamların əksəriyyəti ermənilər və qeyri-millətlər idi. Bizi görəndə onu sanki allergiya tuturdu.

… Günlərin bir günü rus redaksiyasına bir oğlan gəldi: boylu-buxunlu, hündür və son dərəcə enerjili. Tanışlıqdan sonra məlum oldu ki, bu Emin Eminbəylidir. O bir müddət əvvəl hansısa mehmanxanada (onun diliylə demiş olsaq bibxanada) adminstrator işləmişdi. Hiss olunurdu ki, qəzet işindən xəbərsizdi. Rus dilini bilməyə-bilməyə rus bölməsində müxbir işləyirdi. Çox səmimi, zarafatcıl və şən oğlan idi Emin. Belələrinə qarabağlılar «itoynadan» deyirlər. Mən həddindən artıq ciddi, o isə duzlu, məzəli, zarafatcıl bir oğlan. Bir müddət keçdi, başqa bir oğlan da gəldi. O da Azərbaycan şöbəsində işləməyə başladı. Oğlanın da adı Yaqub Babayev idi. Kürdəmir Rayon Partiya Komitəsində işləmişdi. Bakıya gəlmişdi ki, özünə karyera qursun…

Bizə radiozavoda çoxları «üç müşkatyor» deyirdilər. Çünki hara gedirdik bir yerdə olurduq. Emin həddindən artıq məsuliyyətsiz adam idi. Amma buna baxmayaraq, riski çox sevirdi və istənilən işə qol qoyurdu və bu iş də həmişə alınırdı. Günlərin bir günü Vika məzuniyyətə çıxdı. Emin də onu əvəz eləməli oldu. O da gözünü yümub ağ kağıza qol çəkirdi. Deyirdi ki, onsuz da rus dilini yaxşı bilmirəm. Guya oxusam nə olacaq? Vika gedəndən üç gün sonra qəzeti Yaqub Babayevə tapşırıb özü də harasa ongünlüyə gəzməyə getdi…

Eminin yazılarının hamısını xalası oğlu Adilin rəhmətlik həyat yoldaşı yazardı. Ona görə də o məqalədə adı çəkilən əmək qabaqcıllarının əksəriyyətinin adını və soyadını Adil müəllim indi də əzbər bilir: Boris Qodunov, Viktor Babinkov, Anatoli Fralov, Mehdi Əliquliyev, İsa Musayev, Suqra Əzimova… Eşitdiyimizə görə, 85 yaşlı Anatoli Fralov bu gün də həmin müəssisədə işləyir…

Axı dedim Emin çox maraqlı oğlan idi və indi də maraqlı oğlandı. Bizdə çox işləmədi. Deyirdi ki, Paşanın köməkliyi ilə müəssisələrdən birində Komsomol komitəsinin katibi olacam. Bu iş alınmadı, amma bir də eşitdim ki, Emin «Bakı» və «Baku» axşam qəzetlərində müxbir vəzifəsinə işə düzəlib. Ümumiyyətlə, o hara getsəydi, üzünə qapılar həmişə taybatay açılardı. O mən idim ki, dənizə də getsəm, dəniz quruyardı. Yaqub Babayev də ondan bir il sonra «Sovet kəndi»nə işə düzəldi…

Bircə mən qaldım radio zavodda. Bir gün Emin üçüncü mərtəbədə otağımızda olarkən peşə məktəbinin 75 yaşlı müəllimi Qüdrət Həbiboviç redaksiyamıza gəldi. Başladı o ki, var bizi yıxıb-sürüməyə. Hətta Eminin redaktoru Vikanın da ünvanına nalayiq söz dedi. Emin də buna dözməyib ona hücum çəkdi. Əgər mən olmasaydım bəlkə də Emin əsəblərini cilovlaya bilməyib Qüdrət Həbiboviçi vurub öldürmüşdü. İndi də o vaxtları yada salanda Emin deyir ki, tüklərim biz-biz olur. Əgər sən olmasaydın, mən Qüdrət müəllimi öldürmüşdüm, özümü də tutmuşdular. Nə yaxşı ki, o vaxt araya girdin.

… Bir dəfə də möhkəm yağış yağırdı. Emin, mən və Yaqub yeni binanın 6-cı mərtəbəsində pəncərədən yağan yağışa baxırdıq. Dedik ki, birimiz gedib «uvalnitelni» alaq, bu yağışda burda oturmaqdansa çıxıb gedək şəhərə. Nə Emin tərpəndi, nə də mən. Yaqub da dedi ki, onda bir şey verin, mən gedim «uvalnitelni» alım. Biz də nəsə ona verdik, o da gedib «uvalnitelni» aldı və biz şəhərə getdik. Həmin günü dənizkənarı bulvarda yağışı vecimizə almadan gəzdik, dincəldik və ürəyimiz istədiyi kefi çəkdik…

Bayaq dedim axı, işimiz səhər saat 8-də başlayırdı. Amma Eminlə Yaqub saat 7-də gələr, zavodun idman zalında Kamal Ramazanoviç və digərləri ilə futbol oynayar, sonra da işə başlayırdılar. Mən də onlara baxıb qibtə eləyərdim. Ancaq bir dəfə mən də səhər-səhər onlarla futbol oynadım. Gördüm ki, adama ləzzət eləyir…

Elə anlar, elə dəqiqələr, elə saatlar və elə günlər var ki, o insan ömrünə qızıl hərflərlə yazılır. Bu anlar da mənim ömrümə qızıl hərflərlə yazılıb. Bir gün zavod qəzetlərinin əməkdaşlarını raykoma çağırdılar. Dedilər ki, Qureyviçev sizinlə söhbət eləmək istəyir. Bu xəbəri eşidən digər çoxtirajlı qəzetdə çalışan rəhmətlik şair Arif Qəlbi bərk əsəbləşdi və dedi ki, Qureyviç çağırmır, lap onun dədəsi çağırsın, mən ora gedib-eləyən deyiləm…

… O illərdən bizi uzun zaman məsafəsi ayırır. İndi Yaqub Babayev Almaniyanın Nürünberq şəhərində yaşayır. Düz 16 ildir ailəsi ilə, balaları ilə orda özünə həyat qurub. Emin Eminbəyli isə böyük bizneslə məşğuldur. Elə içərilərində ən acizi və zəifi mən çıxdım. Çünki ömrümü qəzetə bağladım və burda da hələ ki, bir şey əldə eləyə bilməmişəm. Mən naşükür adam deyiləm ha, buna da şükür. Öz sənətimdən, peşəmdən ləzzət alıram. Kimsə deyəndə ki, sənin filan yazını oxumuşam, mənə zövq verib, bax, bu mənim üçün ən böyük mükafatdır. Sanki bir gün yazı yazdırmayanda elə bil dünya uçur və mən də o dünyanın altında qalıram. Hər halda indi dünyanın işığının içindəyəm və bu dünyanın işığı inanıram ki, nə vaxtsa mənim öz istəyimə, arzuma və məqsədimə qovuşduracaq…




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (73.33%)
Yox (26.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir gün üç tənbəl istidə yol gedirlər. Görürlər ki, armud ağacı var. Armud ağacının kölgəsinə uzanırlar.
Tənbəlin biri deyir ki, nə bu armud qırıla düşə ağzıma yeyəm. O biri deyir nə məni aparıb o göldə çimizdirib gətirələr bura. O biri tənbəl:
- Ərinmirsiniz danışırsınız.



digər lətifələr
ARXİV
FACEBOOK