ANA SƏHİFƏ / YAZARLAR

QIZ QALDIQCA NECƏ QIZILA DÖNÜR?..

30669    |   2016-10-29 09:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xalq müdrikliyinin bir nümunəsi olan atalar sözləri lap qədim zamanlardan yaranıb və bu günədək yaşayır.
İnsanlar arasında ünsiyyət bir neçə milyon il bundan əvvəl yaranıb. Adamlar bir-birlərinə informasiyanı ilk ünsiyyət formaları olan səs, mimika, jest və toxunma vasitəsilə çatdırıblar. Şifahi nitq yaranandan sonra insanlar canlı və cansız təbiət haqqında uzunmüddətli müşahidələr nəticəsində yaddaşlarında topladıqları informasiyaları, bilikləri, öyüd-nəsihətləri, hikmətli sözləri dil vasitəsilə nəsildən-nəslə ötürməyə başladılar. Nağılçılar, dastançılar, aşıqlar, ağsaqqallar qədim biliklərin daşıyıcısı olaraq hər zaman böyük hörmət sahibi olublar. Məhz onların sayəsində qorunub saxlanılmış Azərbaycan şifahi xalq ədəbiyyatının nümunələri bir-bir toplanaraq yazıya köçürülüb və geniş oxucu kütləsinə təqdim olunub.
Azərbaycan atalar sözləri qədim folklor nümunələrimizdən biri kimi özünün bugünkü aktuallığı ilə şifahi xalq ədəbiyyatında xüsusi yer tutur. Yüksək ustalıqla deyilmiş bu sözlər sərrastlığı, aydınlığı, əhatəliliyi ilə seçilən böyük bir hikmət xəzinəsidir. Bu xəzinə bu gün də öz əhəmiyyətini itirmir. Böyük bir kitabın, əsərin, hekayənin insanlara demək istədiyini atalar sözləri qısa bir cümlə ilə çox dəqiq ifadə edib, qarşı tərəfə çatdıra bilir. Atalar sözləri həcmcə yığcam olsa da, məzmunca hikmətlidir. Xalqımızın daxilindən gələn, böyük əxlaqi-tərbiyəvi əhəmiyyətə və fəlsəfi dəyərlərə malik atalar sözləri bu gün də özlərində çox aktual və qiymətli olan informasiyalar daşıyır. Bu səbəbdən onlar heç vaxt unudulmur, informasiya əsri olan XXI əsrdə də müasir olaraq davam edir.
Amma bəzən bu atalar sözləri dövrə uyğunlaşdırılaraq dəyişdirilir. Bəziləri isə dövrlə ayaqlaşmadığından unudulur.
Atalar sözləri saysız-hesabsız olduğu üçün mən yalnız bir kiçik hissəsini - qızlar haqda deyilənlərin üstündə dayanacam.
Qız agacı, qoz agacı hər kecən bir daş atar". Bunun mənası bəllidir.
"Qız alan göz ilə baxmasın, qulağı ilə eşitsin". Bu bir az müşküldür, çünki hər kəs vicdanla danışmaya bilər və qulağın eşitdiyi yanlış ola bilər. Yəni, "Qonşum qonşu olsa kor qızım ərə gedər"... "Qız evi, naz evi". "Qız evində toydur, oğlan evinin xəbəri yox". "Qız ilə qızıl gizlin gərək". "Qız kəsilməmiş qarpıza bənzər". "Qız qızıl alma, qızı gözdən salma". "Qız qundaqda, cehizi sandıqda". "Oğul arxadır, qız yaraşıqdır", "Qızın isməti - atanın dövləti", "Qız qapısı şah qapısı".
Bunlar, qızın "hörmətli" vaxtları haqda deyimlərdir. Amma bunların əksi olan: "Qız ağlı, qaz ağlı", "Qızını döyməyən dizini döyər", "Qız deyil ki, qızdırmadır", "Qız acı, oğul baş tacı", "Qız yükü, duz yükü", "Qızın ki oldu, qırmızı donunu çıxart", "Qızın ki oldu, canına qızdırma doldu" kimi atalar sözlərimiz isə qızların gül, çiçək, yaraşıq... deyil, əziyyət olduğunu bildirib və qızlara zaman-zaman olan haqsızlığın nümunəsidir.
"Anasına bax qızını al, kənarına bax bezini al", "Qız anadan öyüd alar" kimi atalar sözlərimizin isə "Beş barmağın beşi də bir deyil" kimi alternativi də var...
Buraya qədər hər biri yaxşı və yaxud xoşagəlməyən mənada anlaşılandır, amma atalarımızın "Qız qaldıqca qızıla dönər" deyimini anlaya bilmirəm. Qızı yaşlanıb, "evdə qalan" ata-ana bəlli ki, onun qızıl olacağına sevinmir heç vaxt. Məlumdur ki, əvvəllər azyaşlı, yaxud gənc qızla evlənərdilər ki, o vaxtkı düşüncə ilə "əhliləşdirmək" asan olsun. Buna görə də gənc qızı qoyub, yaşlı qızı kimsə istəmirdi. İndiki dövrlə müqayisə edəndə isə karyerasını düşünüb, ailə qurmağın əleyhinə olan qızlar və yaxud feminist olmasalar da, ailə qurmaq istəyib, taleyi gətirməyənlər üçün bu istək çox çətin olur. Yəni, yaşlandıqca öz kriteriyalarına uyan kişi tipi axtararaq (buna "sonalamaq" deyilir el arasında) evlənməkdən vaz keçənlər də var. Daha ağıllı olduqlarından hər kişi də onların qəlbini ələ ala bilmir. Bunları düşündükcə anlaya bilmirəm - "evdə qalıb", ağılla karyerasını quranlardırmı "qızıla dönənlər", yoxsa evdə ataya, qardaşa möhtac, hər şeydən məhrum qalan qızlardır? Ümumiyyətlə, o qızlar qızıla dönmək istəyirlərmi və necə dönürlər?
Ya, ataların bu sayaq deyimləri hikməti açılmamış sözlərdir, zəkamız anlamağa əl vermir, ya da əlacsızlıqdan deyilib, özünə təskinlikdən başqa bir şey deyil. Hələ bəzən qızın yaxınları deyir ki: "Qız qızıla dönübdü, xəbəri yox oğlanların"...
Hər bir Azərbaycan qızının elmli, təhsilli, mədəniyyətli, dünyagörüşlü, intellektual səviyyəli olması vacibdir. Çünki, övladın mükəmməl, savadlı olması üçün ananın savadlı olması şərtdir. Karyera, vəzifə, gərəkli işlər arxasınca getmək lazımdır, amma hər şeydən əvvəl qadının ən ümdə vəzifəsi analıqdır.
Ailədə sevimli qadın, qayğıkeş ana olun, qızıla dönməsəniz də qiymətlisiniz...



YAZARIN ARXİVİ

2018-09-14 : ŞİLLƏTERAPİYA
2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-10-20
2018-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK