hacklink Adalet.az | MOSUL MƏSƏLƏSİ Adalet.az | MOSUL MƏSƏLƏSİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

MOSUL MƏSƏLƏSİ

"Ey həyat, sən nə qəribəsən!.."

36071    |   2016-10-22 09:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir müddətdir Mosula yerləşən DAEŞ (İŞİD) terror təşkilatının ordan çıxarılması üçün hücum hazırlığı gedirdi. Nəhayət şeytan, yaratdığı balasının qanını tökməyə başladı.
Mosul, Osmanlı torpağı olduğu halda İkinci Dünya müharibəsinin hiyləgər və qalib dövlətlərindən biri olan İngiltərənin imperiya siyasəti nəticəsində itirildi.
Osmanlı, İkinci Dünya müharibəsində məğlub xətdə yer tutduğundan qalib dövlətlərin diktə etdirdiyi sazişləri imzalamaq məcburiyyətində qaldı. 30 oktyabr 1918-ci ildə Osmanlıya Mondros (Mudros) atəşkəş anlaşmasını imzaladıb onun 7-ci maddəsini işlədərək 3 noyabr 1918-ci ildə Mosulu işğal etdilər. Ancaq o bölgədə işğala səbəb ola biləcək hər hansı bir hadisə yaranmadığı halda. Özlərinin diktə etdirdiyi bu sazişlərin maddələrinə görə hərəkət edən İngiltərə, Tuncəli, Hakkari tərəflərini və İstanbulu işğal edərək Osmanlı padşahını əsir vəziyyətinə saldılar.
İtildib ortaya saldıqları Yunan qüvvələri 15 may 1919-cu ildə İzmiri işğal etdilər. Bu işğalla da ermənilərin Xocalı Soyqırımında törətdiyi vəhşilikdən daha betərini həyata keçirərək Ankaraya hardasa 50-60 kilometr qalana kimi olan torpaqlara sahibləndilər.
Türkiyə, Atatürkün rəhbərliyində Azadlıq Müharibəsinə başladı və axırda Yunan ordusu məhv edilərək ölkə işğaldan xilas edildi. Cənub-qərbdə yerləşən Fransız, Antalya-Muğla bölgəsinə hakim olan İtaliya qüvvələri qovuldu. Yunanla müharibə etdiyimiz halda Lozan müzakirələrində qarşımızda İngiltərəni tapdıq və Lozan sazişini onlarla imzaladıq. Mosul, Kərkük, Süleymaniyə, Ərbil kimi yerlər "Misakı Milli-Milli And" sərhədləri daxilində olduğu halda İngiltərə buralardaki hidrokarbon ehtiyatlarının Türkiyənin əlinə keçməməsi üçün digər qərbli ölkələri də yanlarına çəkərək məsələnin Lozanda müzakirəsinə qarşı çıxdılar. Yeni yaratdıqları İraq dövləti adına Mosul, Kərkük, Süleymaniyə və Ərbil bölgəsinin İraqa məxsus olduğunu irəli sürdülər. Sadəcə buraları da deyil, Hakkarinin də İraqa buraxılmasını tələb etdilər. Türkiyə ilə apardıqları müzakirələrdə Atatürkün buraları hərbi yolla da olsa əlinə keçirəcəyini anlayınca Hakkari bölgəsində yaşayan Süryanilərə pul verib üsyan etdirdilər və beləliklə məsələni uluslararası platformaya aparmağı məqsəd götürərək buna da nail oldular.
O vaxtlar adı Cəmiyyəti əqvam olan indiki BMT-ni əvəz edən təşkilat İngiltərənin rəhbərliyində yaradılmışdı və İngiltərə də dünyanın ən güclü ölkəsi idi. Cəmiyyəti əqvamda, Hakkarinin Türkiyəyə, Mosul və Kərkük bölgəsinin də İraqa buraxılması barədə bir qərar çıxartdırıldı. Türkiyə məsələni Lahey ədalət Divanına aparsa da Divan yetişilən bu qərarı mənimsədi Türkiyə də bu qərara uymaq məcburiyyətində qaldı. Ancaq İngiltərə Atatürkün qərarlı rəftarını bildiyindən Türkiyənin başını qatmaq üçün Şərqi Anadoluda yaşayan kürdlərin rəhbəri olan Şeyx Səidi öz yanlarına çəkərək burada kürdlərə bir dövlət yaradacaqlarını vəd vərdilər. Eynilə Abdullah Öcalan məsələsində olduğu kimi. Onları həm pul həm də silah-sursatla təmin edərək üsyan etdirdilər. Türkiyə üsyanı yatırtdı, ancaq bölgədə yaranan atmosfer Atatürkün ordu yeridərək Kərkük və Mosul bölgəsini almağa imkan vermədi.
Süni şəkildə qədim Osmanlı torpaqlarında yaradılan Suriyə və İraq dövlətləri 1990-cı illərdə yenə İngiltərənin planı nəticəsində Amerika ilə birlikdə işğal edildi. Ərəb dövlətlərinin rəhbərləri, yenə özlərini rəhbərlik taxtına çıxardan bu iki gücün əli ilə taxtdan salınaraq qətlə yetirildilər.
İraqın, ABŞ və İngiltərə tərəfindən işğal edildiyi gündən bəri milyonlarla ocaq söndürüldü, tifaqlar dağıldı. Burada yaşayan müsəlmanlar həm xıristiyanlar, həm də onların strateglərinin fəaliyyəti nəticəsində bir-birinə qənim kəsilib qırdırıldı. Milyonlarla ailə köçkün və qaçqın oldu, yüz minlərləsi öz dövlətlərinə divan tutan akulaların ölkələrinə çatmaq yolunda oğullu-uşaqlı sulara qərq olub can verdilər, ləyaqətləri, namusları, insanlıqları yerlə-yeksan oldu.
Türkiyə haqlı olaraq İraq və Suriyə torpaqlarından ölkəyə soxulan terrorçulara mane olmaq üçün özünə təhlükəsiz bölgə yaratmaqdan başqa çarə olmadığını gördü və illərdir bu yolda fəaliyyət göstərir. Mosul məsələsində Türkiyənin milli maraqlarına kor baxanlar Türkiyənin bu barədə işə qarışmasını istəmirlər, çünki Səlib Yürüşlərini həyata keçirdikləri fikirlərindən əl çəkməyiblər. Cəmiyyəti əqvamda oynadıqları oyunları təkrar etmək fikrindədilər. Dünən Lawrəncəın əli ilə çöl ərəblərini qışqırdıb ərəb Yarımadasında ərəb torpaqlarını imperialistlərə qarşı qoruyan Türk əsgərlərinə xəyanət etdirən İngiltərə, indi də Amerika və İsraili də yanına alaraq Türkiyə üçün ayrı oyunlar oynamağı fikirləşir. Dünənki çöl ərəblərinin vəzifəsini indiki İraq başnaziri Heyder əl Abadi təhvil alıb. "Türkiyə, İraqın müstəqilliyinə xələl yetirir" deyə bəyanatlar yayır. 1993-cü ildən bəridir İraqda işğalçı olan ABŞ və İngiltərəyə isə heç nə demir. Üstəlik illər öncə İraqın özü Türkiyənin hərbi gücünün Qüzey İraqda yerləşməsini istədiyi halda.
Türkiyənin Cümhurbaşqanı haqlı olaraq Mosul məsələsinin Türkiyənin milli məsələsi olduğunu vurğulayır və Türkiyənin bu məsələdə qəti-qərarlı olduğunu açıq bir dillə dünya xalqlarına çatdırır. Türkiyə öz milli maraqlarını bəzilərinin imperialist duyğuları və düşüncələri uğrunda qurban verə bilməz, çünki Mosul məsələsi Türkiyənin ən həssas milli məsələsidir.
Ehey qəribə dünya!.. Dünən Atatürkə əyyaş deyənlər, bu gün bir əsr qabaq Atatürkün həyata keçirmək istədiyi milli siyasətin nə qədər düz olduğunu yüksək kürsülərdən dilə gətirir, onun böyüklüyünü və özünün nə qədər cılız, bir çeynəm saqqıza aldanan cahil və mənsəbpərəst biri olduğunu sübut edir.




YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-15
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK