ANA SƏHİFƏ / YAZARLAR

Mən azərbaycanlıyam...

21627    |   2016-10-15 09:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan öz coğrafi mövqeyi, strateji bölgədə yerləşməsi, zəngin yeraltı və yerüstü sərvətləri baxımından daim böyük dövlətlərin maraq dairəsində olub. Amma bizi dünyaya tanıdan təkcə sərvətlərimiz deyil...
Başlıqdakı cümləni oxuyan hər kəsin ilk ağlına gələn yəqin ki, fenomen insanın: "Mən fəxr edirəm ki, Azərbaycanlıyam!" deyimi olacaq.
Xalqımızı müxtəlif ölkələrdə layiqincə təmsil edən insanların fəaliyyətlərini duyanda fəxr etməyə bilmirsən. Heç seyr etmədiyim bir türk filminin bir seriyasına məhz Mübariz İbrahimovdan bəhs edildiyinə görə təkrar-təkrar baxdım və qürur duydum. Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfüzadənin azərbaycanlı olması (baxmayaraq ki, o, 10 yaşından Azərbaycanı tərk edib) mənə içdən bir fəxarət bəxş edir həmişə. Kərim Kərimlinin kosmik uçuşlardakı əhəmiyyətli fəaliyyətləri Azərbaycan vətəndaşının elmi səviyyəsinin nümunəsidir. Danimarkanın Qlostrup xəstəxanasının nevrologiya şöbəsinin baş həkimi, Kopenhagen Tibb Universitetinin professoru Məsud Aşina və onun qardaşı, Nyu-York Tədqiqatlar İnstitutunun baş elmi işçisi, Nyu-York Tibb Universitetinin professoru Səid Aşina haqqında oxuduqlarım bir azərbaycanlının heç də dünya xalqlarından ağıl, təfəkkür, elm və s. cəhətdən geri qalmadığını sübut edir. Məsud Aşina 1965-ci ildə Bakıda doğulub, Azərbaycan Tibb Universitetini bitirib, aspiranturada təhsil aldıqdan sonra Danimarkada doktorluq dissertasiyası müdafiə edib. Danimarkada həkim kimi Kopenhagenin Rigs xəstəxanasında fəaliyyətə başlayıb, sonra Qlostrup xəstəxanasında bir çox layihələrə rəhbərlik edib. O cümlədən, Müslüm Maqomayev, Polad Bülbüloğlu, Ümmülbanu, Cavanşir Quliyev, Tahir Salahov, Əzizə Mustafazadə və.s həm ölkəmizdə, həm də xaricdə hörmətlə yad edilən soydaşlarımız xalqımızın fəxridirlər.
Xaricdə yaşayan soydaşlarımız həmin ölkələrin ictimai-siyasi, elmi və mədəni həyatında yüksək fəallıq göstərərək Azərbaycanı uğurla təmsil edirlər. Bu siyahını uzatmaq da olar. Bu insanların "Mən azərbaycanlıyam" deməsi xalqımızın hər bir üzvünə fəxarət gətirir. Amma təəssüflər olsun ki, xaricdəki vətəndaşlarımızla həmişə fəxr edə bilmirik.
Vətəndə iş tapmayan, yaxud işi, maaşı ürəyincə olmayan çox insanların bir arzusu var - xaricdə iş tapıb xoşbəxt yaşamaq. Sanki burdan uzaqlaşdılarmı xoşbəxtlik ayaqlarına gələcək. Bəlkə bu arzusuna nail olan iş adamları, iş qurmaq üçün əlində kifayət qədər sərmayəsi olan və yaxud sadəcə şansı gətirən insanlar var. Amma heç bir sənəti, peşəsi, bacarığı olmadan, getdiyi ölkənin qanunlarını bilmədən yola çıxanların taleyi heç də ürəkaçan olmur. Belələrini o ölkələrdə ən yaxşı halda ya ucuz işçi qüvvəsi kimi işlədir, hər cür möhnətə, alçalmalara düçar edərək çalışdırır, ya da məcburiyyət qarşısında arzuolunmaz yollara vadar edirlər.
Bir tanış qadının həyat hekayəsini dinlədikcə böyük ümidlərlə xaricə üz tutanların xəyal qırıqlıqlarını, hansı faciələrlə üzləşə biləcəklərini təsəvvür etmək çətin olmur.
Qadın getmək istədiyi qardaş ölkədəki tanış bir azərbaycanlı qadının iş təklifini sevinclə qəbul edərək düşünmədən oraya yola düşür. Onun verdiyi təlimatla "İşədüzəltmə şirkətinə" yaxınlaşır. Anında işə alırlar, şəxsiyyət vəsiqəsini də alıb, oturum icazəsi üçün işlədiyi maaşı hər ay onların hesabına köçürməsini təklif edirlər. Məmnun qalan qadın çox sevinir ki, bir günün içində həm iş tapıb, həm də oturum izni almaq işini həll edib. Onun işi bir ailədə təmizlik işləri etmək imiş. Bir neçə ay bütün villanı təmizlətdirib, ütü, yumaq, yığışdırmaq, uşağını yedizdirmək, xəstə, qoca itini gəzdirmək - hər işini görəndən sonra oturum üçün pul ödədiyi vaxt bitəndə evdən səbəbsiz yerə qovulur. Səbəb soruşanda isə ev sahibi onu əxlaqsız adlandıraraq, polisi arayacağını, bu ölkədə qaçaq - qeyri-qanuni yaşadığını xəbər verəcəyini və bununla da bu ölkədən deportasiya ediləcəyini bildirir. Əli hər yerdən üzülən qadın heç olmasa oturum alacağına şükür edərək şirkətə üz tutur. Orada isə "pasportunu qaytardığımıza şükr et" deyərək gecə vaxtı əliboş yola salırlar. Bir fırıldaqçı dəstənin əlinə düşdüyünü o an anlayan qadın kor-peşiman hara gedəcəyini bilmədən İstanbulun ortasında nə edəcəyini bilmir. Ağlamaqdan başqa çarəsi qalmayan, evdə qoyub getdiyi yetimlərinə nə cavab verəcəyini düşünən qadın küçə avaralarının atmacalarının müşayiətilə ucuz otellərdən birinə yaxınlaşıb başına gələnləri danışır və yaxşı ki, dünya yaxşı insanlardan xali deyilmiş. Az maaşa olsa da orda işlədir, gündəlik yemək və qalmaq yerini təmin edirlər.
Bəli, bu, xaricə üz tutanların hələ xoş sonluqla bitən faciəsidir. Daha betərləri isə iş adıyla aparıb, sənədlərini əllərindən alaraq fahişəliyə məcbur edilənlərin taleyidir. Həm də belə insanlar o qədər artıb ki, nədən? niyə? sualları məni rahat buraxmır. Niyə qadınlarımız xaricdə iş axtarmağa məcburdurlar? Türkiyədə pritonlar aşkarlananda içlərisində dəfələrlə Azərbaycan qızlarının olduğu xəbəri yayılıb. Orda tutulan millətləri sadalayanda Allaha yalvarıram ki, içlərində azərbaycanlı adı olmasın!
Yaxın günlərdə bir türkiyəli dostumuz işi ilə əlaqədar "fühuş yuvasına basqın yapacaqlarını" söylədi. O an içimdən həmin hissləri keçirdim - kaş bizim qızlar olmasın! Kütləvi surətdə tutulanların içində hansı millətlərin qadınları olduğunu soruşanda dostumuz üç azərbaycanlı olduğunu çəkinə-çəkinə dedi mənə. Çünki bu məsələnin mənim həssas yerim olduğunu bilirdi. Mən əsəbi halda - o qədər insanın içində azərbaycanlı olduğunu hardan bildiniz? - deyə soruşanda - vallah özü söylədi, həm də qışqıra-qışqıra dedi ki: Mən azərbaycanlıyam, həm də on altı yaşındayam, məni tutmağa ixtiyarınız yoxdu!!!
İnanın, həmin an - Mən azərbaycanlıyam! - kəlməsinə nifrət etdim, utanc duydum, xəcalət çəkdim.
Bu xırda məsələ deyil! Azərbaycan qızının, qadınının xarici ölkələrin pritonlarında aşkarlanması bugünkü faciəmizdir.
Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olub. Həm də tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə onların öz sanballı əməkləri olub.
Bu gün rahatlıqla "Azərbaycanlıyam" deyə bilməyimiz üçün bu məsələləri araşdırmaq səlahiyyətlilərin həm vəzifə, həm də vicdan borclarıdır.




YAZARIN ARXİVİ

2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-04-21
2018-04-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qız falçının yanında:
- Məni iki oğlan istəyir, Tofiq və Tağı. Deyiniz görüm bunlardan hansının bəxti gətirəcəkdir?
Falçı kartları yayır:
- Tofiqin bəxtı gətirəcək, sən Tağıya ərə gedəcəksən...




digər lətifələr
ARXİV
FACEBOOK