ANA SƏHİFƏ / YAZARLAR

Uşaqların sevdiyi qocaman məkan

33166    |   2016-10-14 18:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Abdulla Şaiq adına Dövlət Kukla Teatrının 85 yaşı tamam olur

Biri vardı, biri yoxdu... Nağıllarımız adətən bu cümlə ilə başlayır. Abdulla Şaiq adına Dövlət Kukla Teatrının balaca tamaşaçıları da səhnədən bu sözləri çox eşidiblər. Uşaqların sevimli məkanlarından biri sayılan bu teatrın 85 yaşı tamam olur. Qocaman teatrın yubiley mərasimi təntənəli şəkildə qeyd ediləcək. Son illər Azərbaycandan kənarda da yaxşı tanınan, müxtəlif beynəlxalq festivallarda ölkəmizi uğurla təmsil edən kollektivin keçdiyi bu uzun yola teatrın direktoru Rəşad Əhməd-zadənin köməyi ilə işıq salacaq, gələcək yaradıcılıq planlarından danışacağıq.

Tanınmış yazıçı, maraqlı satirik şeirlərin müəllifi Rüfət Əhmədzadənin ailəsində dünyaya gələn müsahibimiz 1996-cı ildən Abdulla Şaiq adına Dövlət Kukla Teatrında çalışır. 2010-cu ildən isə bu doğma kollektivə rəhbərlik edir.

- Rəşad müəllim, rəhbərlik etdiyiniz teatr 85 il öncə maraqlı bir missiya ilə fəaliyyətə başlayıb. Söhbətimizin əvvəlində oxucularımıza bu teatrın yaranma tarixi ilə bağlı məlumatlar versək məncə, yerinə düşər...

- Kukla Teatrının əsasını 1931-ci ildə daha çox dram aktyoru kimi tanınan Mollağa Bəbirli qoyub. İstedadlı rejissor Hüseyn Seyidzadənin lentə aldığı "O olmasın, bu olsun" filminə baxmayan çətin tapıla, amma yəqin çox az adam bilir ki, həmin ekran əsərində Hamamçı Məşədi Qəzənfəri məhz bizim teatrın yaradıcısı Mollağa Bəbirli oynayıb. Bir il sonra teatr "Sirk" adlı ilk tamaşasını təqdim edib. Həmin dövrün arxiv sənədləri, şəkilləri də sübut edir ki, ilk vaxtlar kuklaları da teatrın rəhbəri özü hazırlayırmış. Səyyar tamaşalar göstərən bu kollektiv Böyük Vətən müharibəsi illərində Dövlət Gənc Tamaşaçılar Teatrının, 1950-ci ildə isə Dövlət Filarmoniyasının nəzdində fəaliyyətini davam etdirib. 1964-cü il aprelin 15-də Kukla Teatrına dövlət statusu verilib, 1974-cü ildən teatrımız Abdulla Şaiqin adını daşıyır. Dövlət Teatrı statusu aldığı ildən sonra hazırlanan bütün tamaşaların adlarını arxivləşdirib teatrımızın rəsmi saytında yerləşdirmişik. Teatr tənqidçiləri, araşdırmaçılar, bu sahə ilə maraqlananlar saytımız vasitəsi ilə ətraflı bilgi ala bilərlər. Qısaca onu deyə bilərəm ki, bu illər ərzində Dövlət Kukla Teatrı Azərbaycan xalq nağılları, klassik və müasir dramaturqlarımızın əsərləri əsasında çox maraqlı tamaşalar hazırlayıb, eləcə də Qərbi Avropa və rus ədəbiyyatının nadir incilərini uğurla səhnələşdirərək öz tamaşaçılarına təqdim edib.

Son illər Azərbaycanda teatr sənətinin inkişafına yönəlmiş mühüm addımlar atılır, böyük işlər görülür. Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasını, milli-mənəvi dəyərlərin təbliği və dünya mədəniyyətinə inteqrasiyasını təmin etmək, milli teatr sənətinin davamlı inkişafını dəstəkləmək məqsədi ilə 2009-cu ildə "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı təsdiq olunub. Bu mühüm sənədin icrası ilə bağlı xeyli işlər görülüb və davamlı görülməkdədir. Abdulla Şaiq adına Dövlət Kukla Teatrı da bu işlərə öz töhfəsini verməyə çalışır.

Dövlətimizin bizim teatra xüsusi diqqət və qayğısının olduğunu xüsusi qeyd etmək istərdim. Təsadüfi deyil ki, son dövrlər ölkə teatrlarında aparılan təmir-bərpa və yenidənqurma işləri məhz Dövlət Kukla Teatrından start götürüb. Kollektivin normal fəaliyyəti və tamaşaçıların rahatlığı üçün gözəl şərait yaradılıb. Bu gün 20 santimetrdən tutmuş 7 metrlik kuklaları özümüz hazırlaya bilirik. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi və dəstəyi ilə son 5 ildə 10 tamaşa hazırlamışıq. Nazirliyin verdiyi dəstəyin sayəsində biz Rusiyadan, İrandan və Gürcüstandan olan rejissorlarla, rəssam və bəstəkarlarla sıx yaradıcılıq əlaqələri saxlamışıq. Bu əlaqələrin sayəsində maraqlı tamaşalar hazırlanıb və teatrsevərlərə təqdim olunub. Repertuarımızda bu gün 28 tamaşa var, ilin sonuna kimi daha iki yeni səhnə əsərinə quruluş verməyi planlaşdırırıq.


Azərbaycan teatrının müasir mənzərəsini və kollektivimizin yaradıcılıq potensialını ölkəmizdən xaricdə layiqincə təbliğ etmək əsas işlərimizdən biridir. Təsadüfi deyil ki, son illərdə teatrımız dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq festivallarda iştirak edib, qastrol səfərlərində olub.

- Teatrınızın beynəlxalq festivallar, xarici ölkələrə qastrollar zamanı qazandığı uğurlar barədə mətbuatda tez-tez yazılar dərc olunur. Yubileylə bağlı müsahibədə bu məsələyə niyə toxunmayaq ki?

- Fəaliyyətimizi, o cümlədən xarici ölkələrdə gördüyümüz işləri müntəzəm işıqlandıran media təmsilçilərinə minnətdarlığımı bildirirəm, şadam ki, həmkarlarınıza mövzu verməyi bacarırıq. Həqiqətən də bu sahədə uğurlarımız çoxdur. Son 5 ildə Dövlət Kukla Teatrı ölkəmizi Mərakeşdə, İtaliyada, Yunanıstanda, Hindistanda, Türkiyədə, İranda və Rusiyada təmsil edib. Mərakeşdə keçirilən beynəlxalq festivalda Nizami Gəncəvinin əsəri əsasında hazırlanan "Xeyir və Şər" tamaşamız I yerə layiq görülüb. Mərhum baş rejissorumuz Rəhman Əlizadənin quruluş verdiyi bu tamaşanın çox mürəkkəb səhnə həlli var, çünki 2 aktyor 17 kukla oynadır. Təsəvvür edin, festivalda "Xeyir və Şər" ə baxan insanlar inanmırdılar ki, cəmi 2 aktyorla belə tamaşa hazırlanmaq olar. Pərdə bağlanandan sonra səhnəyə çıxıb öz gözlərin ilə bunu görəndə inandılar.


Təkcə elə bu il iki xarici səfərimiz olub. Apreldə Rusiya Federasiyasının İvanova şəhərində keçirilən XI Beynəlxalq "Muraveynik" Festivalında çıxış etdiyimiz "Ağ və Qara" tamaşası maraqla qarşılandı. Finlandiyada yaşayan soydaşımız Kamran Şahmərdanın müəllifi və quruluşçu rejissoru olduğu bu tamaşa həm təşkilatçıların, həm də festivala gələnlərin rəğbətini qazana bildi.

May ayında isə Yunanıstanda olduq. Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin Afinadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycan günlərində 3 tamaşa ilə çıxış etdik. Teatrımızın baş rejissoru Qurban Məsimovun "Çanta-trio və...", "Zəng", eləcə də Kamran Şahmərdanın "Ağ və Qara" tamaşalarını 7 gün ərzində 8 dəfə böyük tamaşaçı kütləsi qarşısında nümayiş etdirdik. Bu səhnə əsərlərinin açıq havada oynanılması müəyyən çətinliklər yaratsa da, yaradıcı kollektiv bunun öhdəsindən layiqincə gəldi, yunan tamaşaçılarının rəğbətini qazandı. Təsadüfi deyil ki, səfərin sonunda UNESCO-nun Xoşməramlı səfiri xanım Mairanna Vardinoya aktyorlarımıza xatirə medalları təqdim etdi.

Ümumiyyətlə, beynəlxalq festivallar, müxtəlif ölkələrə qastrollar hər bir teatr kollektivinin inkişafına, tanınmasına, yaradıcı kollektivlər arasında əlaqələrin güclənməsinə müsbət təsir göstərir.

- 2011-ci ildən başlayaraq ölkəmizdə keçirilən Kukla Teatrlarının Beynəlxalq Festivalını da yəqin ki, elə bu məqsədlə təşkil edirsiniz...

- Son illər Azərbaycan paytaxtında, eləcə də ayrı-ayrı bölgələrimizdə incəsənətin müxtəlif sahələrini əhatə edən beynəlxalq tədbirlər, festival və forumlar keçirilir. 2011-ci ildən bu tədbirlərin sırasına Kukla Teatrlarının Beynəlxalq Festivalı da qoşulub. Mədəniyyət və Turizm Nazirliyinin, UNİMA-Beynəlxalq Kukla Teatrları Assosiasiyasının dəstəyi ilə ərsəyə gələn bu maraqlı festival böyük maraq doğurub. Təsadüfi deyil ki, həm I, həm də 2013-cü ildə təşkil olunan II festivalda 20 ölkədən 24 kollektiv iştirak edib. Etiraf edək ki. bu gün belə geniş formatda festival keçirmək heç də asan deyil, amma Azərbaycan bunu yüksək səviyyədə bacardı. Hər iki festivalda iştirak etmiş xarici həmkarlarımızın əksəriyyəti tez-tez bizimlə, eləcə də Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxlayır, növbəti festivalda iştirak üçün Bakıya gəlmək istədiklərini bildirirlər.

- Yeri gəlmişkən, III festival nə zaman olacaq?

- 2017-ci ildə. İnanıram ki, növbəti festival da əvvəlki iki tədbir kimi yüksək səviyyədə təşkil olunacaq.

- Rəhbərlik etdiyiniz teatrın qarşısından keçəndə demək olar ki, həmişə böyük bir növbənin olduğu görünür. Balaca tamaşaçılarınız böyüyəndən sonra bu növbəni niyə başqa teatrların qarşısında yarada bilmirlər?

- Tam səmimi deyim ki, tək bizim deyil, paytaxt teatrlarının heç birinin bu gün tamaşaçı problemi yoxdur. Şəxsən mən özüm də tez-tez başqa teatrların tamaşalarına gedib baxıram, həmişə də zal demək olar dolu olur. Yəqin ki, onların arasında bir vaxtlar Kukla Teatrının tamaşaları ilə böyüyən insanlar da var. Bir məsələni də qeyd edim, bizim teatrın öz spesifikası var. Balacalar teatrımıza öz valideynləri ilə gəldiyindən gərək tamaşalarımızı həm onlar, həm də valideynləri bəyənsin. Üstəlik repertuarımızı daim yeniləməliyik ki, tamaşaçılara təzə səhnə əsərləri təqdim edə bilək.

- Uşaqlar üçün əsər yazanlar isə o qədər də çox deyil...

- İstedadlı qələm adamları üçün qapılarımız həmişə açıqdır, Bədii Şuramızın bəyəndiyi əsərin səhnəyə gəlişinə heç bir maneə ola bilməz. Yaxşı əsərin yazılmasında, yüksək keyfiyyətli tamaşanın hazırlanmasında ən çox maraqlı olan varsa, o da bizim teatrın kollektividir.

- Söhbətimizə Kukla Teatrının tarixinə ekskursla başladıq, qarşıdan 85 illik yubiley gəlir, bayramı necə qeyd etməyə hazırlaşırsınız?

- Həqiqətən də kollektivimiz üçün əlamətdar bir hadisədir. Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, Mədəniyyət və Turizm Nazirliyinin diqqətini gündəlik fəaliyyətimizdə hiss edirik. Son illər Nazirliyin təqdimatı və dövlət başçısının sərəncamı ilə 6 işçimiz fəxri adlara, 2 əməkdaşımız isə Prezident mükafatına layiq görülüb. Konkret yubiley tədbirlərinə gəlincə, təkliflərimizi Mədəniyyət və Turizm Nazirliyinə təqdim etmişik. Bundan əlavə Yazıçılar Birliyi və Mətbuat Şurası ilə birgə müsabiqələrin keçirilməsini nəzərdə tutmuşuq. Yəqin ki, yaddaqalan, mədəni mühitdə hadisəyə çevrilə bilən yubiley keçiriləcək.

Etibar CƏBRAYILOĞLU




İmza:

YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-10-21
2018-10-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK