viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | AĞILDAN BƏLA Adalet.az | AĞILDAN BƏLA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

AĞILDAN BƏLA

24141    |   2013-02-09 00:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Şəhər poliklinikası yaşadığım binaya çox yaxındı. Arada asfalt yol var. Payız-qış aylarında ağacların çılpaq budaqları arasından poliklinikanın ikilaylı geniş qapılarından girib-çıxanları rahatlıqla görə bilirəm. Müxtəlif səbəblərdən özüm də aradabir bu tibb ocağının - qapısından girən kimi canında insana məxsus bütün ağrılardan olduğunu hiss elətdirən məkanın dərman qoxulu ağır havasını udmalı oluram. Hər dəfə də yarıqaranlıq, nəm koridorda qaynaşanları, kabinetlərin qabağında növbəyə duranları görəndə bacardıqca tez buradan uzaqlaşmaq istəyirəm...

Bir dəfə... özüm də növbəyə durmalı olanda (bu zaman xəyala dalmağa kifayət qədər vaxtın olur) ağlıma qəribə bir fikir gəldi; görəsən, insanın ağlını müalicə eləmək olarmı?! Təbii ki, mən insanın psixoloji durumunu nəzərdə tutmuram. Psixi cəhətdən tamamilə sağlam adamın ağıl və zəkasından danışıram. Təsəvvür edin ki, bir nəfər əsəb həkiminin qəbuluna gəlib deyir: "Mən ağlımın azlığından narahatam". Bu yerdə nə qədər çalışıram, həkimin necə davranacağını, nə deyəcəyini təsəvvür edə bilmirəm...

Çox deyirlər ki, heç kəs ağlından şikayətçi deyil. Görünür, hər kəs öz ağlını özünə yetərli sanır, bu səbəbdən də ağlının azlığının-çoxluğunun fərqində ola bilmir. O da bəllidi ki, insanlar həmişə öz ağıllarının üstündə yarpaq kimi əsirlər, onu itirməkdən qorxduqları qədər heç nədən qorxmurlar. "Allah adamın hər şeyini əlindən alsın, bircə ağlından başqa" deyirlər. Türklər çox hirslənəndə "Ya Rəbbim! Ağlım sənə əmanət!" deyib öz ağıllarının üstündə necə əsdiklərini bildirirlər...

İnsan onu itirməkdən qorxur. Amma şikayətçi deyil. Şikayətlənsə, nə olacaq ki?! Kim səni qəlbən duyub bir ağıllı söz deyəcək?!

Deyəsən, bir zamanlar belə şeylər olub, axı. "Get, ağlına dua yazdır!" ifadəsi boşuna yaranmayıb yəqin ki...Vaxtilə AzTV-də "Komediyalar aləminə səyahət" adlı veriliş vardı. O verilişlərin birində rəhmətlik Fazil Salayev bir səfeh aşiqin obrazını yaratmışdı. Dərdini götürüb mollanın yanına gələn cavanın bu halıynan məzələnən "Molla əmi" ona "ağıl duası" yazırdı. Bədbəxt aşiq ünvanı səhv salmışdı. Özündə zərrəcə ağıl olmayan "ağsaqqal" əslində ağıllını dəli edən idi...

Özündə olmayan şeydən başqasına necə pay verə bilərsən?!.

Bəlkə elə bizim çoxumuz insan ağlının nə demək olduğunu yetərincə anlamırıq. Anlamadığın şeyə sahiblənməksə, müşkül məsələdi...

***

Ağıl heç də bütün zamanlarda, bütün cəmiyyətlərdə qiymətli sayılmayıb. Var-dövlət, şan-şöhrət çox yerdə üstələyib onu. Ağıllı adamlar həmişə tənə, rişxənd hədəfi olublar. "Dəryaca ağlın olsa, yoxsul olsan, güləllər..." Can yanğısı ilə qoşulan bu bayatı əsrlərdən bəri yaxşısıynan pisində fərq qoyulmayan haqsız dünyada ağızdan-ağıza dolaşıb. Üstəlik, ağıllı adamların əzabları da böyük olur. Nə qədər anlayırsa, dərk edirsə, bir o qədər də qayğı, möhnət çəkir. İçində dərd gəzdirir, qanmazların əlində girinc olur. Heyf deyil, "ağıllı olub hamının dərdini çəkincə, dəli ol, qoy hamı sənin dərdini çəksin..."

Bu da yanlış qınaqdı. Ağıllılar dəli olanda heç onların dərdini çəkən də tapılmır...

Ağıllı olmaq həmişə insanın xeyrinə deyil. Ağlının ucbatından boynu vurulan, boğazına kəndir keçirilən, odda yandırılan azmı adam tanıyır bu qoca tarix?! Bax, elə burada, əlimin altında həmin ağıllı adamlardan biri haqqında yazı var. Ağlına, biliyinə görə tonqalda yandırıldığını məktəb illərindən bilirdim. Nəyinə lazım idi ki, Kopernikdən də bir addım irəli gedirdi?! Axı, heç kəsə gərək deyildi bu. Dünyanı necə görürdülərsə, elə də qavrayırdılar. Görürdülər ki, fırlanan başlarının üstündəki Günəşdi, Aydı. Ayaqlarının altında Yer isə tərpənməzdi. Bundan artığını bilmək, anlamaq da istəmirdilər. Çoxmu ehtiyacı vardı bir ağıllının qabağa çıxıb bu gördüklərinin tam əksini sübut eləməsinə?! Qətiyyən! Öz bildikləri yetərliydi ki, qara camaatın başında istədikləri kimi "qoz sındırsınlar". Ağıldan, bilikdən şişmiş başı bədəninə ağırlıq edirdi, yoxsa? Belə başlar elə sabunlanmış kəndirdə də pis durmur. Tonqalda çatır-çatır yanmaq hamısından yaxşıdı...

Həm zövqvericidi, həm də ibrətli...

***

Sən demə, keçmiş vəhşiliklərlə doluymuş. Daha incə, sərfəli üsullara əl atmaq gərəkmiş. Nə cəllada əziyyət ver, nə də kəndir, odun korla. Sadəcə, özünü görməməzliyə qoy, vəssalam! Gözlərini kor elə, ağıllını, biliklini görməsin... (Bircə qalır kütlənin tamaşadan məhrum edilməsi. Eybi yox! Bu da fəlakət deyil. Baş qatmaqdan ötrü o qədər vasitələr var ki... Həm də diqqət çəkməkdən ötrü). Onu yarımcan eləmək, ürəyini partlatmaqçın nə qədər incə üsullar taparsan... Məsələn, gözəldisə, yanında çirkini təriflə. Elmlidisə, gözünün qabağında nadanı yuxarı başa keçir. Elə bilirsən, eşşəyin başı xonçada durmur?! Elə durur ki... Hər şey istəkdən asılıdı...

Təki sən istə. Göz yumanların qəhət olmayacaq. Səni elə dəstəkləyəcəklər ki, özün də öz məharətinə heyran qalacaqsan...

Bertold Brext deyirdi ki, "doğrunu bilməyən cahildi, doğrunu bilib susan isə xain..."

Bəs, biz cahil və xain olmamaqçın nə edək?!

Hər şey zamanına və məkanına görə qiymətlənməlidi...

İnsanların istedadını və böyüklüyünü üzə çıxarmaq üçün şərait lazımdı...

***

"İyirmi yaşında yaraşıqlı, otuz yaşında güclü, qırx yaşında varlı, əlli yaşında ağıllı olmayan insan heç vaxt yaraşıqlı, güclü, varlı və ağıllı ola bilməz". Spenserin sözüdü. Görəsən, ağıl niyə belə gec lazım olur? Axı, çoxları heç əllini yaşamır. Ağılsız yaraşığın, gücün, var-dövlətin nə mənası, məzmunu, dəyəri ola bilər?!...

Bir də ki... bütün bunlar hamısı bir adamda ola bilmir. Həyatda bütöv, tam heç nə yoxdu...

Yaxşısı budu ağlımız bütün yaşlarda bizimlə olsun...

Qiymət versələr də, verməsələr də...

Vəsilə USUBOVA

vasila-usubova@mail.ru



İmza:

YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-08-22
2019-08-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (75%)
“Linfild” (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK