hacklink Adalet.az | ATİLLANIN TƏQDİMATI Adalet.az | ATİLLANIN TƏQDİMATI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ATİLLANIN TƏQDİMATI

26448    |   2013-02-09 00:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Noyabr-dekabr aylarının bir hissəsində, daha düzü noyabrın 25-dən dekabrın 19-na kimi doğma Bakıda olmuşdum.

Bir gün dostum-qardaşım Aqil Abbas zəng elədi və "Dolu" romanı əsasında çəkilən filmin Sumqayıtda baxılışı olacağını söylədi. Düzünü deyim çox sevinmişdim, çünki o romanı Türkiyə Türkcəsinə oğlum Alpərtunqa ilə köçürmüşdük və Avrasiya Yazarlar Birliyi xəttiylə çap olunmuşdu. İndiyə kimi Qarabağ hadisələriylə bağlı oxuduğum ən dolğun roman Dolu idi və onun filmə çəkilməsi mənə görə Azərbaycan dövlətçiliyinin Qarabağ hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında atdığı önəmli addımlardan biri idi. əslində indiyə kimi Qarabağ hadisələri, xüsusilə də Xocalı Soyqırımı və işğal edilən torpaqlarımızda həyata keçirilən Vandalizm ilə bağlı onlarla filmlər çəkilməli, dünyanın müəyyən ölkələrinin adlı-sanlı kinoteatrlarında göstərilməli, tamaşalar səhnələnməliydi. Ancaq gec də olsa "Dolu" filminin çəkilməsi götürülmüş nəhəng bir addımdır.

Sumqayıtda ağzına kimi dolmuş kinozalda hamıyla birlikdə filmə baxdım, mənə həddən artıq müsbət təsir bağışladı, sözün əsl mənasında ləzzət aldım. Filmin iştirakçılarının hər biri öz rolunu artıqlamasıyla yerinə yetirmişdi. Film qurtardıqdan sonra Aqil bəy səhnəyə çıxdı və orda İbad Hüseynov ilə Elməddin Səfərlinin adını çəkdi. Dolu romanındakı "Pələng" obrazının əlməddin bəy olduğunu Aqil bəy daha öncə mənə demişdi. Hər iki qardaşım da Qarabağ hadisələrinin qanlı-qadalı döyüşlərində ən başdan iştirak etmiş vətən oğulları idilər. İbad Hüseynovun adını eşitmişdim, ancaq özünü görməmişdim. Onunla Sumqayıtda həmin gözəl gün münasibətilə tanış oldum. Aqil qardaşıma səmimi qəlbdən təşəkkürlərimi bildirirəm.

Sonrakı günlərdə əvvəlcə Elməddin Səfərli ilə gözəl bir müsahibə götürdüm. İctimai radionun rəhbəri Elman Qədirli bəy xahiş etdi ki, həmin müsahibəni 26 şubat (fevral) günü efirə buraxım, mən də onu o vaxta saxladım.

Bir neçə gündən sonra İbad bəylə telefonlaşdıq, məni maşınla götürüb Keşlədəki ofislərinə apardılar. Orda həm İbad Hüseyinov, həm də "Atilla" jurnalının baş redaktoru Gülşən Behbud ilə müsahibələr götürdüm. Sadəcə olaraq, Qarabağ döyüşlərinin yox, Azərbaycanın müstəqillik hərəkatının ən başından hadisələrin qaynar nöqtələrində olmuşdum. əlim çatan bütün şəxsiyyətlərdən müsahibələr götürmüş və onları "Türkiyənin Səsi" radiosunun Azərbaycan Türkcəsi Verilişləri Redaksiyasının xətti ilə efirə buraxmışdım. Naxçıvandan Lənkərana, Ağdamdan Cingözqalaya kimi olan yerləri addım-addım dolanmış, mərhum dövlət rəhbərlərimiz əbülfəz Elçibəy və Heydər əliyəv başda getməklə hərbçilər, zabitlər, QHT rəhbərləri, Xocalı, Malıbəyli, Daşaltı, Xocavənd, Şəhriyarkənd və adını saya bilməyəcəyim qədər yerlərin 21-ci əsrdə vandalizmlə üzləşmiş sakinləri, soyqırımın canlı şahidləriylə görüşlər keçirmiş, müsahibələr götürmüşdüm və radiomuzda yaymışdım. Onların hamısını öz şəxsi arxivimdə saxlayıram və bir gün tamamını inşallah kitab şəklində işıqlandıracağam.

Keşlədəki ofisdə İbad Hüseyinov ilə üz-üzə dayanıb müsahibə götürərkən Azərbaycanla bağlı xatirələrim də gəlib gözlərimin qabağından keçmişdi. İnsanın adını eşitdiyi və ürəyində böyük məhəbbət bəslədiyi bir eloğlusu ilə üz-üzə oturub kəlmə kəsməsi anında öncədən planlaşdırılmış heç nə həyata keçmir. Onda həyatın öz axarı işləyir və insan sanki kənardan idarə olunur. İbad Hüseyinov ilə müsahibə götürərkən də o duyğuları yaşamışdım. Eynilə Daşaltı faciəsindən yaralı xilas olan və cəmisi 150 nəfər olan ilk milli ordunun özəyinin bir nəfəri ilə də, Ağdamda mərhum Qatır Məmməd ilə müsahibə götürərkən də həmin hissləri keçirmişdim.

Gülşən Xanım müsahibəni qurtardıqdan sonra mənə "Atilla" jurnalının ilk nömrəsini bağışladı, maraqlı bir jurnaldı. İbad bəylə Gülşən xanım söhbət arasında Türkiyəyə gedəcəklərini, prof. dr. Məmməd Sağlam bəylə görüşəcəklərini və jurnalı Türkiyədə də buraxmaq arzusunda olduqlarını söylədilər. Mənim də onlara bu işdə kömək olmağımı istədilər. Mən də üzvü olduğum Avrasiya Yazarlar Birliyinin sədri dostum Yaqub Dəliöməroğlunun telefonunu verdim və bu məsələ üçün onunla görüşmələrini tövsiyə etdim. Gəlib görüşürlər və jurnalın Türkiyədə də Türkiyə Türkcəsi ilə buraxılması məsələsində razılaşırlar. Ankaraya qayıtdıqdan bir müddət sonra Yaqub bəy zəng elədi və ""Atilla" jurnalında gedəcək yazılar yollanıb, onları sənə yollayıram Türkiyə Türkcəsinə köçürmə məsələsini həll etməyini xahiş edirəm, İbad bəylə Gülşən xanımı sən mənə yollamışdın, indi də mən jurnalda gedəcək yazıları sənə yollayıram, bu işi əl-ələ verib həll etməliyik", - dedi. Mən də oğlum Alpərtunqanı və müavinim əsmər Xanım Osmanağaoğlunu vəzifələndirdim və cəmisi 13 gün ərzində yazıların tamamını Türkiyə Türkcəsində hazırlayıb qurtardılar. Oturub hamısını redaktə etdim və jurnal çapa verildi. Fevral ayının beşi günü isə Avrasiya Yazarlar Birliyinin yaxınlığında yerləşən, Altındağ Bələdiyyəsinə məxsus tarixi bir məkanda jurnalın təqdimatı oldu. Təqdimatda ən başda iştirak edənlərdən biri Qəhrəmanmaraş Millət vəkili, keçmiş Yüksək Öğrətim Qurumunun sədri, Milli əgitim Bakanı və ən əsaslısı mənim çox sevdiyim, hörmətli və görkəmli bir alim olan prof. dr. Məmməd Sağlam bəy idi. Məmməd Sağlam bəyi əzizləməyimin səbəbi var. 1992-ci ildə Yüksək Öyrətim Qurumunun sədri olduğu vaxt bircə xahişimlə 50 dənə Azərbaycanlı və Naxçıvanlı tələbəni onların özlərinin istədikləri universitetlərin fakültələrinə qəbul etdirmiş, hamısını yataqxana, təqaüd və illik avtobus biletləri ilə də təmin edərək Türkiyədə təhsil almalarına səbəb olmuşdu. Belə bir şəxsiyyət sevilməzmiə! Zala gələn qonaqların hamısının sifətində məmnun və mənalı bir ifadə vardı, hamının gözünün içi gülürdü desəm, şişirtmiş olmaram. Çünki, Azərbaycanda çap olunan bir jurnal eynilə qardaş Türkiyədə və Türkiyə Türkcəsi ilə çap olunurdu. 1970-li, 80-li illərdə hər kim desəydi ki, gün gələcək Azərbaycanda çap olunan bir jurnal eynilə Türkiyədə də çap olunacaqdı, xalqın 99 faizi, "ağlını itirmiş, nə dediyini bilmir, ağlı özündə deyil və s." kimi sözlər deyər, onu günahlandırardı.

Mən şəxsən Azərbaycanın bir gün gəlib azad olacağına hələ orta məktəbdə oxuyarkən, 13-14 yaşımda olduğum vaxtlar inanmışdım. Bir gün mərhum atamla yenə Azərbaycan məsələsini danışarkən bu inamımı ona söylədiyimdə; "Ay oğul elə şey de ki, olacağı mümkün olsun. Rus köpəyuşağının gücünü görmürsən, bu qurğunu hələlik Allahdan savayı dağıdacaq bir qüvvə yoxdur. Gözlədiyin o qüvvənin nəfəsi hələlik üfüqdən də gəlmir! İnşallah bir gün gələr dediyin gerçəkləşərg" deyib mənalı bir köks ötürərək o da öz arzusunu bildirmişdi. Gün gəldi dünyanın ikinci super gücü dağıldı və qardaş Azərbaycan öz müstəqilliyini əldə etdi. 1988-ci ildə həyat yoldaşım Fatma xanımla Bakıya getdiyimiz vaxtlar gözümün qabağındadır. Bir gün küçədə gəzərkən dostum Mövlud Süleymanlıya demişdim ki, "gün gələcək Sovetin tikdiyi bu binaların hamısı darmadağın olacaq və onların yerində gözəl, müasir binalar yüksələcək, Bakı, simasını tamamilə dəyişəcəkdi". Mövlud bəy üzümə baxıb, "qardaş yuxu görürsənə" deyə buna inanmadığını söyləmişdi. Şükür Tanrıya mənim inamlarım, yuxularım çin oldu. Sabaha da inamım var. Gün gələcək nəinki işğal altındakı torpaqlarımız azad olacaq, İrəvan xanlığının paytaxtı da özümüzə qaytarılacaqdı. Gəlmələr, gəldikləri yerlərimizi tərk etmək məcburiyyətində qalacaqlar, tərk etməyənlər isə nökərlərimiz olacaqlar, onlar üçün ayrı bir yol da yoxdur, olmayacaqdır da. əgər otuz ildə soyqırımlar, qırğınlar hesabına böyüyüb-harınlayan Sovet kimi bir imperiya dağılır, ovcunda tutduğu xalqlar öz müstəqilliyini əldə edirsə, o imperiyanın yerində bərpa olan ayrı bir imperiya da yerlə-yeksan olacaqdı. Buna inanmayan vardırsa, getsin özünü diri-diri qəbrə quylasın; çünki inamı olmayanın tarix boyu sabahı olmayıb, olmayacaqdır da.

"Atilla" jurnalının həm Azərbaycanda, həm də Türkiyədə çap olunması hadisəsi, Türk dünyasında mətbuat sahəsində bir ilki təşkil edir. Ulu Tanrıma nəhayətsiz şükür edirəm ki, "Türkiyənin Səsi" radiosu ilə "İctimai" radio arasında gerçəkləşən və iki qardaş dövlətin və xalqın vahid səsinə çevrilən "Qorqud Ata" verilişinin yaranması layihəsinin özülünü qoymağı mənə qismət elədi. İkinci dəfə şükür edirəm ki, "Atilla" jurnalının Türkiyədə çap olunmasında mənim də müəyyən qədər əməyimin olmağını nəsib elədi.

Ulu Tanrımdan yeganə bir diləyim daha vardır. Təzə bir maşın alım, Ankaradan həyat yoldaşımla birgə yola düşüm və Naxçıvandan, Zəngəzurdan, yəni öz torpaqlarımızdan keçib çox sevdiyim Bakıya gedim. Yollarda erməni adında bir dənə də virusu gözüm görməsin...

Ey gözə görünməz, hər şeyi yoxdan var edən Tanrım, səndən ancaq bunu diləyirəm, mənim diləyimi qəbul et!.. Bu yolda işləyən hər şəxs kimi mənim də əməklərimi zay eləmə, arzularımızı çin elə!.. Amin...

Seyfəddin Altaylı, Ankara

altaylı_s@yahoo.com



İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK