Adalet.az | Əlini öpdüyüm insanlar - Müsahibə Adalet.az | Əlini öpdüyüm insanlar - Müsahibə Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əlini öpdüyüm insanlar - Müsahibə

5 oktyabr Müəllimlər Günüdür

30543    |   2016-10-04 18:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Təqvimdə elə günlər var ki, onlar mütləq diqqət çəkir. Özü də təkcə təqvimdəki rənginə görə yox. Həm də o günün özünün daxili təqdimatıyla, yəni bayatılarımızda deyildiyi kimi, "gün var min aya dəyər". Bax, bu mənada təqvim günlərini gözdən keçirəndə məni ən çox həyata aldığım vəsiqənin müəllifləri ilə bağlı zaman kəsiyi maraqlandırır. Doğrudur, təqvimdəki günləri də insanlar müəyyənləşdirir. Olsun, burda pis nə var. Amma ən önəmlisi odur ki, insanlar onları həyata hazırlayanları unutmurlar. Bax, mən də unutqanlığın əleyhinə olanlardan biri kimi həyat vəsiqəmin müəllifləri olan müəllimlərimin adı ilə bağlı günün, yəni 5 oktyabrın qapısını döyürəm. Sizə qəribə gələcək günün qapısını döymək. Amma əvvəldə dediyimi yəqin ki, diqqətinizdə saxlamısınız. Günü insanlar müəyyən edir. Deməli, döydüyüm qapı da həmin insanlardan biri, çoxlarımızın müəllimi və sevimlisi olan Sona xanım Çərkəzdi. Mən Sona xanımla görüşməyi həmişə arzu etmişəm. Çünki onun həyat kredosu və bütövlükdə iç dünyası kifayət qədər maraqlı və zəngindir. Üstəlik, Sona xanım həm də dəyərli ziyalı və müəllim kimi də hamımız üçün əzizdir. Mən də öz müəllimlərimin hamısının qarşısında baş əyməklə onların timsalında bu gün Sona xanımla həmsöhbət oluram.

- Sona xanım, peşə bayramı münasibəti ilə sizi təbrik edir və yenə sizinlə həmsöhbət olmaq istəyirəm. Bilirik ki, tələbələriniz sizi çox sevir, siz də onlara xüsusi sevgi ilə yanaşırsınız. Uzun illər auditoriyalara girib-çıxan biri kimi bu qədər sevginin sirrini açıqlaya bilərsinizmi?

- Əvvəlcə, hamınıza - yəni bu qəzetin təsisçisi Aqil Abbasa, baş redaktoru, əzizim İradə xanım Tuncaya və şəxsən sizə səmimi qəlbdən təşəkkür edirəm. Mən bir çox mətbu orqanlarında vaxtaşırı yazılarımla, məqalələrimlə, esselərimlə çıxış edirəm. Lakin sizin qəzet mənim üçün çox doğmadır. Necə deyərlər, "aşıq üz görən yerə”. Sualınıza gəldikdə isə onu deyə bilərəm ki, həqiqətən tələbələrimi sevirəm, bu da peşəmdən irəli gəlir. Mən ali məktəbi bitirəndən bu günədək Bakı Dövlət Universitetində çalışıram, bura həm də mənim bir ömür xatirələrimin isti yuvasıdır.

Müəllim tədris etdiyi fənlə bərabər, tələbənin yaxın dostu olmalı, onu anlamalı, səsini ucaltmadan qəlbinə yol tapa bilməli və problemlərini çözməyə yardımçı olmalıdır. Xüsusilə, birinci kurslarda bu, çox önəmli amillərdən biridir. Biz burada onların valideyn əvəziyik. Onlar da bu diqqətin cavabını dərsə münasibətlərində ən bariz şəkildə göstərirlər. Sevgi hörmətin bəhrəsidir.

- Sona xanım üçün sevgi və həqiqət nə deməkdir?

- Sevgidən gəlirik dünyaya, eşqdən yoğrulur mayamız. Böyüyürük ata-anamızın istisində, fərəhlənirik onların sığalından. Həyat Tanrı tərəfindən verilmiş ən qiymətli mükafatdır. O olumla ölüm arasında olan elə bir məsafədir ki, ondan doymaq və ayrılmaq çətindir. Onu anlamaq və mənalı yaşamaq isə hansısa bir məqsəd uğrunda mübarizə deməkdir. Nə yazıq ki, bu həyatı düşünmədən yaşayaraq əzib heç edənlər də var. Mənim üçün həyat fədakarlıq deməkdir, ətrafımda olanlara gərəkli olmağa çalışmaq deməkdir. O zaman həyat dəyərli olur. İnsanın böyüklüyü onun tutduğu vəzifə və yaxud yığdığı sərvətlə ölçülmür. Həqiqəti anlamaqdır böyüklük. Həqiqət nə qədər acı olursa-olsun, onu başa düşüb söyləyə bilənə qürur hissi gətirir. Doğrudur, bəzən həqiqəti söyləyənlər faciələrlə də rastlaşıblar. Cordano Brunonun yandırılması, Nəsiminin dərisinin soyulması bu fikrin bariz təsdiqi deyilmi? Mən həqiqəti dinləməyi də, söyləməyi də sevirəm, təki, bu həqiqətlərin altında məkrlilik dayanmasın. Bir sözlə, mənim aləmimdə sevgi də bir həqiqətdir və həyatın əsl üzüdür.

- Sizin "Ölümümlə söhbətim” şeirinizi hər kəs çox bəyənir. Sizcə ölüm nəyin ifadəsidir? Tək ayrılığın yoxsa?..

- Yeri gəlmişkən, sualınızla əlaqədar bu yaxınlarda olmuş və məni xeyli qürurlandıran bir hadisəni sizinlə bölüşmək istəyirəm. Türkiyənin Əskişəhər Osmanqazi Universitetinin ədəbiyyat bölümünün son kurs tələbələrindən Serap Dəmirbaş mənim "Ölüm son demək deyil" adlı kitabımdan ölüm mövzusunu diplom işi götürüb, müdafiə edib və çox yüksək qiymətə layiq görülüb. Üstəlik, mənim şeirlərimdəki ölüm mövzusunu Türkiyənin dahi şairlərindən biri olan Necip Fazil Kisakurekin şeirlərindəki ölüm mövzusu ilə müqayisəli təhlil edib və gözəl bir diplom işi alınıb. Onun bir nüsxəsini də mənə göndərib. Əslində, ölüm insanlığın əbədi və ədəbi mövzularından biridir. Lakin el arasında bəzən ölümdən yazmaq, ölümdən tez-tez söz salmaq xoşagəlməz hal kimi qəbul edilir və hətta bəzən bu sözdən qorxurlar. Hamımız bilirik ki, ölüm labüddür və bu şərbətdən hər kəs dadacaqdır. Ömür zamanla deyil, onun necə yaşanması ilə dəyərləndirilməlidir. Əvvəllər eşitdiyim və hətta kitablarımın birində qələmə aldığım bir hadisəni yenə qısaca xatırlamaq istəyirəm:

"Bir vilayətdə qəbiristanlığı gəzən dünyagörmüş ağsaqqal görür ki, məzar daşlarının bəzisinin üstündə yaşanan illərin 3, 5, 10, 50 il ömür sürdüyü göstərilir, bəzən də doğum ili olsa da, ölüm ili yoxdur. Bunun nə demək olduğunu soruşur. Cavab verirlər ki, o tarixlər mənalı ötən illərin cəmidir. Mənasız yaşayanların isə başdaşına heç nə yazılmır".

Həqiqətən ömür mənasız ötürsə, deməli, onun yaşı yoxdur. Zəhmətlə və xeyirxahlıqla dolu ömrün önündə isə ölüm çox acizdir, məncə. Ölüm mənim üçün yaşamın başqa bir üzüdür. Ölümdən sonra davam edən azmı həyat görmüşük? Məncə, insan elə yaşamalıdır ki, ölüm onun izini tamamilə silib apara bilməsin...

- Sona xanım, sizin özünüz kimi fikirləriniz də, qələmə aldıqlarınız da sadə və mənalıdır. Oxucularınız da məktublarında hər zaman sizə bu fikirləri çatdırırlar. Buna münasibətiniz?

Mənə həqiqətən yüzlərlə məktub ünvanlanır, facebook səhifəmə yazanların da sayı çoxdur. Səmimi fikirlərinə və düşüncələrinə görə (yaş fərqindən asılı olmayaraq) məktub sahiblərinin hamısına sizin qəzetiniz vasitəsi ilə səmimi qəlbdən sonsuz təşəkkürlərimi çatdırmaq istəyirəm. Bakı Dövlət Universitetində çalışan etibarlı həmkarlarıma, Türkiyədən mənə məktublar ünvanlayan yazar və jurnalistlərə də çox-çox minnətdaram. L.N.Tolstoyun bir fikri ilə sualınızı cavablandırmaq istəyirəm. O deyir: "Qəlbə iz salan böyük fikirlər və böyük düşüncələr hər zaman sadə olmalıdır". Əgər mənim ünvanıma deyilən o fikirlərdə az da olsa, payım varsa, nə xoş mənə. Sözlər sadə görünə bilər, ən əsası, fikir dərin və düşündürücü olsun, iç dünyamızı ifadə etsin. Düşünürəm ki, insan danışanda da, yazanda da özü olmalıdır. Başqa fikir və düşüncə yamaq kimi bir şeydir. Əndazədən çıxıb qəliz fikirlərə əl atmaq özgə qapısından həmişə pay ummaq kimidir... Mən M.Müşfiqi də, S.Vurğunu da, M.Şəhriyarı da, S.Rəhimovu da, Puşkini də dillərinin sadəliyinə görə sevirəm. Sadə yazmaq və adi olmaq böyüklüyün və özünə inamın tərənnümüdür...

- Şeirlərinizdə səmimiyyətdən və diqqətdən tez-tez söz salırsınız...

-Doğru deyirsiniz, hətta mənim yazılarımda belə bir cümləm də var: "Mən səmimiyyətin və diqqətin köynəyindən çıxmışam". Diqqətin möhtacı deyiləm, çünki yetərincə mənə diqqətli olan gözümün nuru anam, ləyaqətli qardaşım və məni düzgün anlayan, etibarlı dostlarım var. Belə də olur - doğma hesab elədiyim birisinin münasibətində qeyri-səmimiyyəti görüb, bir də heç vaxt o insanın gözlərinə baxmaq istəmirəm. Neyləyim ki, beləyəm. Buna yüzlərcə misal çəkə bilərəm, amma lüzum olmadığını hesab edirəm. Səmimiyyət önəmli hissdir və mənim üçün bu hiss insanlığa yaraşıqdır. Mən öz həyatımda, yazılarımda, ətrafımdakı insanlara münasibətimdə əminliklə deyə bilərəm ki, çox səmimiyəm. Təvazökarlıqdan uzaq olsa da, bu, belədir. Ən azı, məni yaxşı tanıyanlar bunu çox gözəl bilir. Diqqət bu dünyada hörmətin və isti münasibətin bünövrəsidir, dostluğun qopmayan bağıdır, bir sözlə, diqqət baş ucalığıdır. İnsan ömrü boyu bu hissə ehtiyac duyaraq yaşayır. Ataların gözəl bir misalı var: "Qarnım üçün deyiləm, qədrim üçünəm".

- ...Yəqin ki, özünüz də çox diqqətcil insansınız?

- Bəli, sanıram ki, ilk növbədə valideynlərimə, dostlarıma, nəvələrimə və qohum-əqrəbaya hər zaman çox diqqətli olmuşam. Belə olmağım bəzən mənə acılar da gətirib, təəssüflər də. Lakin mən dəyişilməyi bacarmayan insanam. Buna görə də umduğum yeganə hiss hər kəsdən diqqətdir, səmimiyyətdir... Diqqətcil insan dönük ola bilməz, məsuliyyət hissini itirməz, haqq-sayı qoruyub saxlamağı bacarar. Bu da insanlığa xas olan ən gözəl xüsusiyyətlərdən biridir. Səmimi olmayan insan ikiüzlü nədir ki, min üzlü olur.

- Sona xanım, sizin şeirlərinizin birində belə bir fikir var:

"An var ömrə bərabər, ömür də var an qədər,

Görəsən, mən onlardan nə qədər verdim hədər?".

 -İtirdiyiniz anlar çoxmu olub?

- Hər birimizin ömründə əsrdən uzun olan anlar var, mənim də elə anlarım olub ki, təəssüflərə səbəb olur. Ağrısı əsarətə dönən belə anlardan bu gün söz salmaq istəmirəm, çünki yaşadıqlarım hər zaman göz önündə olub və bunları hələ ki, yüzlərlə məqalələrə və 15 kitaba sığışdıra bilmişəm. Tək onu deyə bilərəm ki, ömrə bərabər belə ağır anların dəhşəti əlimə qələm verdi və türklər demiş, "məni acıların qadınına çevirdi". Əlbəttə, sevincli anlarım da az olmayıb. Elə bu günlərdə ikinci nəvəm Sonanın Bakı Dövlət Universitetinin tələbəsi adını qazanması məni çox sevindirib.

- Ocağının közünü qorlanmağa qoymayan, ömür-gün yoldaşının məzarı başından illərdir ayrılmayan, övladlarına həm ata, həm də ana olmağa çalışan fədakar Sona xanım üçün müqəddəslik nədir?

- Valideynə içdən gələn sonsuz məhəbbət və diqqət göstərmək, qohum-əqrəbaya qucaq aça bilmək, mərhəmətli və xeyirxah olmaq, nəhayət, haqqı-sayın, duz-çörəyin qədir-qiymətini bilmək mənim aləmimdə müqəddəslikdir. İnsan Allahına ancaq bu xüsusiyyətləri ilə yaxın ola bilər. Müqəddəs kitabımız "Qurani-Kərim"də də belə göstərilir. Yoxsa uzun pal-paltar geyinib, əmmamə qoyub, çadraya bürünüb, bəlağətli-bəlağətli danışmaqla Allah adamı olmaq olmur. Xisləti kirli, niyyəti bəd, düşdüyü ocağa qənim kəsilən, xəmirəsi qeybətlə yoğrulan birini tanıyırdım ki, adının yanına Hacıxanım sözünün əlavə olunduğunu eşidib dəhşətə gəlmişdim. Nə isə, Yaradan hər şeyə şahiddir.

- Sizə kinli xanım demək olar?

- Doğrusunu deyim ki, xarakterimdə sevmədiyim xüsusiyyətlər var. Tez küsəyənəm, kövrəyəm, valideynlərindən çox haqq qoyduğum, bir ömür əməyimi tikə kimi udan bəzilərinin nankorluğu dərd olur mənə. Rəhmətlik həyat yoldaşım tez-tez deyərdi: "Sona, qarşındakından onda olmayanları tələb eləmə və gözləmə, dəyərsizə də az dəyər ver, çünki sonra o, özünü əlçatmaz hesab edəcəkdir". Çox haqlı imiş. İndi həyatımda hər gün belələrinə rast gəlirəm. Əslində kinli deyiləm, görmək istəmədiklərimi həyatımdan əbədi silib atmağı bacarıram. Dönüklüyü bağışlamıram, dünyaca haqq-sayımı itirəni daha qəbul etməyə dözümüm qalmayıb. Atamın bəzi unutqan qohumları haqqında dediyi bir sözü vardı. Deyərdi: "Filankəslərin alım əli var, verim əli yoxdur". Bir də ataların bir deyimi var: "Biri bilməyən, mini də bilməz". Qədir bilmək əvəz vermək deyil, yaxşılıq edənin hörmətini saxlamaq, qədrini bilməkdir. Hər kəs layiq olduğu yerdə olmalıdır, olmayanda, təəssüf ki, dönüb özünü səndən çox irəlidə görməyə başlayır.

- Bir şeirinizdə deyirsiniz ki, "Mən dünyanı tanıyıram". Bu həqiqətdi, yoxsa şair sözüdü?

- Əslində bu sualın cavabı həm asan, həm də çətindir. Dahi şairimiz Məmmədhüseyn Şəhriyarın dediyi kimi, bu dünya "yaman qurğu"dur. Çünki yaxşıları itirən, yamanlara fürsət verən dünyadır. Bir sözlə, məncə, onun

Qoynu ilan yuvasıdır,

Qiyamətə qalasıdır.

Dərdə boyun əyənləri,

Min bir dərdə salasıdır...

Nələr görmədik ki, bu dünyada... Anasına yox, danasına yananları, yalanlara qananları, özünü sahibi-dövran sananları azmı gördük bu dünyada... Anlamırlar ki, sonda beş arşın ağ və qara torpaqdır nəsibimiz. O da qismət olsa əgər...

Bəli, mən Sona xanımla müsahibəmi bu cür kövrək notlarla bitirmək istəməzdim. Amma neyləyək ki, həyat özü bir gerçəklik olduğu kimi, biz də onun bir hissəsiyik. Sevinclə kədər, göz yaşıyla gülüş həmişə qoşadır. Bu insanların payına düşən həyatın həm də mükafatıdır. Elə mən də Sona xanımı və sevilən müəllimləri bir daha peşə bayramları münasibəti ilə təbrik edir və demək istəyirəm ki, həyatınızın gülüşü bol olsun. Sevinciniz göz yaşlarınızı kölgələsin. Bir daha bayramınız mübarək!

Əbülfət MƏDƏTOĞLU



İmza:

YAZARIN ARXİVİ

2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-08-18
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK