hacklink Adalet.az | Salam, Dostlar Adalet.az | Salam, Dostlar Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Salam, Dostlar

33690    |   2016-09-24 09:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Uzun illərdən sonra müəllimliyə təkrar qayıtdım. Buna səbəb olan dostum qardaşım Nazim Hüseyinliyə, məni təkidlə akademik yola vadar edən Qafar Çaxmaqlıya nəhayətsiz təşəkkürlərimi bildirirəm. Tələbələrimlə, müəllim dostlarımla, ən başda da dərs dediyim Avrasiya Universitetimlə, burdakı dostlarımla gözəl bir tədris ili keçirdim.
Dərslər qurtardıqdan sonra yoldaşımla evimizə, Ankaraya sarı yola düşdük. Guya dincəlməyə getmişdim, ancaq heç də düşündüyüm və xəyal etdiyim kimi olmadı. Gedən kimi Türk Dil Qurumuna baş çəkdim. Otuz il üstündə işlədiyim "Ensiklopedik Azərbaycan Türkcəsi Sözlüyü" adlı əsərimdə yenə müəyyən düzəlişləri təcili olaraq etməyimi və özlərinə təhvil verməyimi istədilər. Bu cür durumlar üçün atalarımız nə gözəl bir söz yaradıb; "Kabab qoxusuna getmişdim, gördüm eşşək dağlayırlar".
Bir vaxtlar şagirdim olmuş, indi İsveçrədə işləyən və ilin çoxunu orda, azını Çeşmədə yaşayan Vural Baydanın təkidi ilə bircə həftə vaxt ayırıb İzmirin Çeşmə qəsəbəsinə getdik, sonra da çar-naçar Ankaraya qayıtdıq.
Pliny, "Ümid işləyən insanların röyasıdır" deyib, mən də "İnşallah gələn il gözəl bir yay tətili keçirərəm" deyib yay boyu səhərdən gecə yarısını keçənə kimi işlədim, çoxluqla saat ən tez saat ikidə stolun başından durdum. Gəlməyimizə bir gün qalmış qurtardım və tələm-tələsik aparıb quruma təhvil verib səhərisi günü də yola düşdüm. əsərin gələn il aprel-may ayında çap ediləcəyini söylədilər, inşallah daha bir problem yaranmaz.
Builki yay uzun müddətdir şahidi olmadığımız hadisələri də bərabərində gətirdi. Biz Çeşmədə ikən axşam saat doqquz radələrində gəlib dedilər ki, "çevriliş oldu". Doğrudan da olmuşdu?! Bir anda 1960 və 1980-ci illərin çevrilişləri gözümün qabağına gəldi, Ustad Şəhriyar demişkən, bir sinəma pərdəsi kimi oturub öz-özümə onları seyr etdim. Axşamın saat 9-unda, hamının oyaq vaxtında və televiziyaya tamaşa edərkən çevrilişə qəsd olunmuşdu. Halbuki öncəkilər gecə saat 3-4 radələrində həyata keçirilmişdi və millət oyanıb eşiyə çıxdıqda görmüşdü ki, hər bir künc-bucaq tutulub, boynunu burub məcburi halda evinə qayıtmışdı. Bəs indiki niyə axşamın bu çağında gerçəkləşmişdi?! Nə qəribə dünyada yaşayırıq ilahi! Diyəsən millət hansı saatda yeməyini yeyəcəyini, hansı saatda yatacağını unudub, qiyamətə sarı gedirik vəssalam.
Öncəki çevrilişlərlə indikini müqayisə etdim və saya bilmədiyim qədər sual yarandı. Ya mən bu dünyanın ən qəribə, ən cəncəl adamıyam və ya...
Bundan əvvəlki yazımda "Amerika Dostumuzdur?" deyərək sual vermişdim. Diyəsən çox şək-şübhəçi biriyəm hə?... Axı Andre Gide "Şübhələr bizə xoşbəxtliyi haram etməkdən savayı heç nəyə yaramır" deyib. Diyəsən düz deyib, mən də şübhəciliyə üz tutub özümün də, oxucularımın da xoşbəxtliyinə kölgə salıram!
Axı mən Amerikanın biz Türklərin dostu olduğundan niyə şübhəyə düşürəm bilmirəm! Adamlar doğrudan da dostumuzdur da...
İkinci Dünya müharibəsindən sonra dünyada öz ağalıqlarını elan etdilər. Öncələri dünyanın ən böyük qüvvəsi olan İngiltərə isə bunu heç qəbul etmək istəmədi, onlar arasında olanların bizə dəxli də yoxdur, hər ikisini də dost bildik... İngilislər də dostumuzdu!
İngilislər, serbləri, bolqarları, rusları, almanları, xorvatları, yunan xalqını Osmanlı İmperiyasına qarşı daimi olaraq qışqırtmışdı. Nəinki qışqırtmaq, Lord Byron kimi tanınmış şairləri belə Yunan partizanları ilə birlikdə eyni səngərdə Məhmətçiklərə güllə yağdırmışdı. Osmanlı isə yüz illər boyu yatmış, elmdən uzaqlaşıb, texnoloji ixtira etmək əvəzinə dua əzbərləmiş, təriqətlərdə zikir edərək, Qurani-Kərimin ilk ayəsini "oxu" əmriylə yolluyan Tanrının xoşuna getməsini istəmiş, qəlyanını çəkib, qəhvəsini içib yatmışdı. İndi biri durub mənə; - əcəb eləmişdi, kef onun deyil... desə nə cavab verərəm bilmirəm...
İngilislər də imperialistdir, ruslar da, ancaq ikisinin də sistəmi fərqlidir. Ruslar işğalçılığı ordu yeridərək həyata keçirir, ingilislər isə dövləti idarə edəcək adamları öz təsir dairələrinə salır və onlar vasitəsilə həmin dövləti sümürür. Hər bir şəxs sağa-sola baxsa bunu aydın şəkildə görər. Ancaq gərək haqqı itirməyək, adamlar ağıl və strateji dəryasıdır. Onlar, məsələn, bir təriqətin şeyxini əldə etməyin həmin təriqətin bütün müridlərini, onlardan xəbərsiz ingilislərin xeyrinə işləyən qulluqçulara dönəcəyini yaxşı bilir.
Amerika isə ingilislərdən fərqli olaraq eynilə Osmanlı kimi hərəkət edir, yaxşı olanlara imkan tanıyır, hamısını özlərinin təyin etdiyi eyni hədəfə sarı yeridir, ancaq bir şərtlə, iqtisadiyyatın, yəni pulun musluğu (kranı) onların əlində olmaqla. Amerikalılar, öncələri ingilisləri özlərinin stratejisi ilə səfdən kənara çıxardılar, lakin tamamilə özlərindən uzaqlaşdırmadılar, daha sonraları onlarla müttəfiq olub yanlarına çəkdilər, bu müttəfiqlik hələ də davam edir və yanlarına üstəlik İsraili də alıblar. Bu trio bu gün dünyanın ağasıdır, açar isə Amerikanın əlindədir. Dünyadakı dövlətlərin hər birində istədiyi oyunu həyata keçirə biləcək bir qüdrətə malik olublar. Amerikalılar bunu yoldan tapmayıb, bu onlara atalarından miras qalmayıb, gecəli-gündüzlü çalışıb analarının halal südü kimi qazanıblar.
Bəs biz neyləmişik?
Yatmışıq, hələ də yatırıq vəssalam...




YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-19
2019-11-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK