ANA SƏHİFƏ / YAZARLAR

ƏLİNCƏYƏ GEDƏN YOL - II yazı

Əbülfət MƏDƏTOĞLU

28861    |   2016-09-19 16:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İkinci yazı

Şərqin qapısı sayılan Naxçıvana qədəm qoyan kimi özümdən asılı olmadan iç dünyama bir nəzər saldım. İnanın ki, bu bir daxili tələbat idi. Mən illər öncə gördüklərimlə indi gördüklərimi paralelləşdirmək, müqayisə aparmaq istəyirdim. Çünki indiki durumda çaşıb qalmışdım, gözlərimə inana bilmirdim. Üstəlik, mətbu orqanlarda qarşılaşdığım informasiyalar məni sual qarşısında qoymuşdu. Öz-özümə sual verdim:

- Doğurdanmı oxuduqlarımla gördüklərim bu qədər fərqlidi? Və yaxud da bu olanları necə qara rəngdə təqdim etmək olar?

Bəli, konkret suallar idi və məndən də konkret cavab gözləyirdi. Ona görə də özümü səfərbər etdim. Necə deyərlər, vicdanımın səsini, ağlımın kəsdiklərini, gözlərimin gördüklərini, qulaqlarımın eşitdiklərini bir nöqtəyə, bir boxçaya yığmığa başladım.

Artıq ərazisində olduğum Babək rayonunun yolları bir mənzərə idi. Uzanırdı müxtəlif istiqamətlərə. Bu yollarla Naxçıvanın müxtəlif bölgələrinə səfər etmək mümkün idi. Amma mənim Naxçıvana gəlməkdə ən böyük arzum, istəyim öncə iki ünvanı ziyarət etmək, iki yerdə torpağı, daşı öpmək idi. Bunlardan biri minillikləri arxada qoyan Əshabi-Kəhf, digəri isə Əlincə qalası idi. Mənim inancıma, mənim daxili ehtiyacıma görə, dünyanın ən müqəddəs yerləri məhz bu iki ünvan idi. Və mən də zaman-zaman bu yerləri görmək arzusuyla yaşamışdım.

Doğrudur, dəfələrlə sovet dönəmində Naxçıvanda olsam da, dostların sayəsində daha çox bulaq başlarını, yeyib, içib əylənmək guşələrini gəzib görmüşdüm. Necə deyərlər, o müqəddəs ünvanların torpağını öpməyə "zamanım” olmamışdı. Bu səfərdə isə öncə ziyarəti, sonra digər məsələləri planlaşdırmışdım. Bax elə yolumu da qurduğum plan üzrə salıb, öncə Əshabi-Kəhfə doğru üz tutdum…

Bir məqamı da xatırladım. Naxçıvana gəlməmişdən öncə həmsöhbət olduğum dostum, iş adamı Qabil müəllim bildirmişdi ki, indi Əshabi-Kəhfə gedənlər gözlərinə inanmırlar. Çünki 1992-ci ilin yayından başlayaraq burada çox böyük iməciliklər həyata keçirilib. Həm Ulu Öndərimiz Naxçıvan Ali Məclisinə rəhbərlik edəndə, bu gün isə Ali Məclisin sədri Vasif Talıbovun rəhbərliyi altında bütün tarixi yerlərlə yanaşı, Əshabi-Kəhfdə də əsl torpaq təəssübkeşliyi, tarix sevgisiylə, üstəlik içdən gələn inancla bərpa işləri görülüb. Bu gün oraya gələn ziyarətçilərin heç bir problemi yoxdur!

Bəli, mən bu informasiyayla gedirəm Əshabi-Kəhfə. Yollara söz ola bilməz. Kəndlərin içərisindən keçən yollar o qədər rahatdır ki, bu rahatlıq təyyarədən yenicə düşmüş mənə sanki layla çalır, yuxu gətirir. Amma yuxuya təslim olan deyiləm. Əksinə, gözlərimi dörd açıb baxıram və hər gördüyümü də ürəyimdə özümdən asılı olmadan uca səslə təkrarlayıram. Hiss edirəm ki, bu mənzərəyə alışmış sürücü mənə bir az fərqli nəzərlərlə baxır. Qoy baxsın! Mən heyrət içərisindəyəm. Azərbaycanın heç bir guşəsində görmədiyim, hətta Bakının bəzi mərkəzi yerlərində də rast gəlmədiyim yollardan keçib gedirəm. Təkcə yol örtüyü yox, onun kənarları da adamda xoş təəssürat yaradır. Diqqət yetirirəm: nə havada "uçuşan” sellofan torba var, nə də yol kənarına içilib atılmış şüşə və ya plastmas qablar. Hətta düşünürəm ki, bəlkə burda su, şirə içmirlər və yaxud uşaqlara dondurma, müxtəlif şirniyyatlar, tum alıb vermirlər. Uca səslə təkrarladığım bu sualların cavablarını sürücü qaytarır mənə:

- Müəllim, görürəm nabələdsiniz. Amma burda təmizliyə xüsusi fikir verilir. Hamı bilir ki, yola-rizə nə atsa, sabah da onu özü yığıb toplayacaq. Bilirsiniz necə?

Mənim təəccübümü hiss edib sualı özü verir və cavabını da mənə eşitdirir:

- Burda hər kəsin vicdanı özünə nəzarətçidi. Hər kəs öz məsuliyyətini dərk edir. Eyni zamanda Naxçıvanda tez-tez iməciliklər də keçirilir. Bütün el-oba yaşıllığın, təmizliyin, səliqə-səhmanının iştirakçısına çevrilir. Ona görə də hamı iməcilikdən öncə də öz vətəndaşlıq borcunu yerinə yetirir və zibili, əlindəki artıq olan nədir, onu xüsusi zibil qablarına atır. Görürsünüz, yol boyu zibil qabları qoyulub. Bu həm onun üçün rahat olur, həm də təmizliyə baxanlar üçün…

Bəli, bax buna deyərəm özü-özünü tərbiyə etmək, özü-özünə nəzarət etmək! Axı, içində Allah xofu və qanuna hörmət olan hər kəs belə də etməlidi. Az qala yadıma sovet dönəminin şüarı düşür:

- Bir nəfər hamı üçün, hamı bir nəfər üçün!

Əslində belə də olmalıdı. Hamımız bir-birimizin haqqını gözləsək, qorusaq, onda həqiqətən yaşamaq gözəl olar.

Biz üzü dağlara tərəf qalxırıq. Qarşıdakı mənzərə yavaş-yavaş məni öz aurasına alır. Hiss edirəm ki, Əshabi-Kəhfə yaxınlaşırıq. Böyük bir meydança və xüsusi xətlərlə işarələnmiş avtomobil yerləri. Hətta bu yüksəklikdə də hər kəs avtomobilini harada saxlayacağını çox gözəl bilir. Kimsə maşını meydanın ortasında atıb getməyib. Biz maşından düşürük. Sürücü:

- Müəllim, mən burda bir çay sifariş verib sizi gözləyəcəm - deyir.

Pillələri yavaş-yavaş qalxıram. İlk dəfə olduğum bu yerdə yavaş-yavaş da məni bir qəribə duyğu bürüyür. Hiss edirəm ki, təkcə gördüyüm səliqə-sahman deyil, həm də bu yerin özünün adı, coğrafiyası, görünüşü, bir də yuxarıdan üzü aşağı axıb gələn havası məni elə üzü yuxarı da çəkib aparır, sanki ayaqlarım yerdən üzülür. Gördüyüm məscid, qalxdığım dəmir pilləkənlər, sığalladığım qara daş, üst-üstə yığdığım yeddi daş, əllərimi göyə açıb etdiyim dualar, bu ocağın özünə aid izlər, kitablardan oxuduqlarım, eşitdiklərim, duyduğum əfsanələr hamısı bir harmoniya yaradır, sanki filmə baxıram. Və bu an qarşımda dua edən bir nəfərin necə ağladığını görəndə heyrətim daha da artır. Bu insan ağladıqca gözəlləşirdi, elə bil işığa çevrilirdi. Mənə elə gəlirdi ki, bu ocaqda əməlli-başlı günəş doğubdu. İnanın ki, əlimi qayaya necə söykədiyimdən xəbərim olmadı. Hiss etdim ki, mən bu dünyanın adamı deyiləm və qarşımdakı da mələkdi, arzularımı, dualarımı Tanrıya çatdıracaq mələk! Çox qala bilmədim bu auranın içərisində. Qorxdum ki, günahlarımı da görüb üzümə oxuyar bu mələk… Üzü aşağı qayıtdım. Məni gözləyən sürücü təəccüb və həm də təlaş doğuran bir səslə:

- Müəllim, sizə bir şey olmayıb ki? Bəlkə təzyiqiniz qalxıb?

Cavab vermədim. Əl çantamdan dəftər-qələmi çıxartdım.


Bir sirli dünyadı - qapısı dua

Açıb əlimizi durduq diz üstə…

Bura ümidlərə yuvadı, yuva -

Toplanan dərdlərin durduq biz üstə!


Könlümüz sehirli işıqla durdu

Xoşbəxt anlarını duyduq həyatın…

Bu ocaq min illər keçilən yoldur -

Gəzdik sevə-sevə onun hər qatın…


Gözümüz hər daşda bir tarix gördü

Səsimiz sarıldı sərt qayalara…

Bizim ləpirləri cığıra hördü -

Apardı bu ocaq gör haralara…


Əshabi-kəhfdəki yaşanan zaman

Bizə unutdurdu dərdi, ələmi…

Elə oradaca əl atıb inan -

Çıxartdım cibimdən dəftər, qələmi…


Qarşımda günəşdən nurlu bir çöhrə

Sadəcə baxırdı, gülümsəyirdi…

Onun baxışı da, təbəssümü də -

Çiçək qönçəsində - gül üstə idi!


İçimdən bir ilıq meh əsdi keçdi

Titrəyən dizimi tutub saxladım…

Ürəyim elə bil nə isə içdi -

Özüm də bilmədim nədən ağladım…


Heyrət güc gəlmişdi, yoxsa ki, inanc

Anlaya bilmirdim, çözə bilmirdim…

Günəşdən də nurlu çöhrə önündə -

Dayana bilmirdim, dözə bilmirdim!


Əsrlər yaşayıb bir an içində

Görüb möcüzəsin duydum qüdrətin…

Ümidə büküldüm mən öz içimdə -

Qalmadı səcdədən başqa cürətim…


Başımı qaldıranda gördüm ki, sürücü artıq mənə iki stəkanda çay süzüb. Biri kəklikotu çayıdı, biri də adi… Görünür soruşub mane olmaq istəməyib. Süzüb ki, hansını istəsə ondan içsin. Mən əlimi kəklikotu çayı süzülmüş stəkana tərəf uzatdım… O da gülümsədi, mən də. Ayağa qalxıb buranı tərk etmək istəyəndə sürücü hələ hava limanında etdiyim ricanı mənə xatırlatdı:

- Müəllim, nə qədər istəsəniz dərman otları ala bilərsiniz…

Mən kəklikotu və çiçəklər satan oğlana yaxınlaşdım…



İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK