ANA SƏHİFƏ / YAZARLAR

ƏLİNCƏYƏ GEDƏN YOL

Əməkdar jurnalist, şair, publisist Əbülfət MƏDƏTOĞLU

21448    |   2016-09-16 16:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Birinci yazı

Adətən hər hansı bir yazını yazmaq üçün fikrini toplamaq, əlinin altında olanları bir yerə cəmləmək və yaxud da qaranlıq, şübhəli çalarları kimlər vasitəsiylə dəqiqləşdirmək insan üçün təbii ki, həqiqi yazı adamı üçün önəmli şərtlərdən biridir. Amma elə yazılar var ki, onun üçün fakt axtarmağa, kimlərdənsə nə isə soruşmağa ehtiyac olmur. Çünki o yazını ürəyin hökmüylə yazırsan. Və yazılan da ağılın kəsdiyi, bir də göz yaddaşında olanlardı. İndi özünüz təsəvvür edin, ürək hökm edir, ağıl hərəkətə gələrək dəyərləndirir və gözün yaddaşında olanları birlikdə kağız üzərinə çıxarırlar. Mən şəxsən bu cür yazıları həm ovqatın, həm də ruhun yazısı kimi, diktəsi kimi qəbul edirəm. Kim necə düşünür düşünsün, ovqat yazısı uzun ömürlü olmaya da bilər. Lakin o yazılar qısa ömürlərini gözləmə mövqelərində daha da uzadırlar. Həmin ovqat hansı ki, o yazının yaranmasına səbəb olub, yenidən sahibinin qapısını döyəndə bax, həmin o anda gözləmə mövqeyində olan yazı yenidən boy göstərir, yenidən çiçək kimi açılır… Deməli sözün ölməməsi fikri burda özünü bir daha təsdiq etmiş olur!..

Bəli, neçə gündür ki, səfərdən qayıtmışam. Amma bəri başdan deyim ki, qayıdıb gələn cismimdi, ruhum orda qalıb. Və onu da deyim ki, bu yazını oxuyan və sonra da məni qınamaq, nədə suçlamaq istəyənə bəri başdan deyirəm ki, mən bu yazını yazanda başımın üstündə dayanan Allah idi, ürəyimdəki də Allah xofu… və nəhayət bu yazını da elə mənə yazdıran Allahın diktəsiydi. Onun köklədiyi varlığın sözün içində söz axtara-axtara vəsf etmək, tanıtmaq israrıyla vərəqləri çevirirdi. Elə həmin o çevirmələrin içərisində doğulurdu bu yazı. Amma gec də olsa üzürxahlıq edim ki, mən yazıya göy üzündən başlamaqda gecikdim. Gərək ordan başlayaydım. Axı, göy üzü Allaha daha yaxındı. Və mən Bakı hava limanından göy üzünə qalxanda nələr keçirdiyimi bir anlıq unudub nələrə doğru getdiyimi gözümün önündə canlandırmaq istədim, amma bacarmadım. Çünki Bakıda, ölkənin paytaxtında eşitdiklərim, iqtidar-müxalifət mətbuatından oxuduqlarım düşüncələrimdə bir xaotiklik yaratmışdı. Hər şey qarışmışdı bir-birinə. Nəyin ağ, nəyin qara olduğunu ayıra bilmirdim, seçə bilmirdim. Üstəlik həm də özümün bu getdiyim ünvanla sonuncu əlaqənin arasında 24 illik bir məsafə var idi. Mən son dəfə Naxçıvana 1992-ci ildə getmişduim. Ona görə də az qala əsrin dörddə biri ölçüsündə olan bu zaman kəsiyində Muxtar Respublikada baş verənlərin, dəyişənlərin bir neçə dəfə televiziya versiyalarını görmüşəm, başqa heç nə…

Bəli, göy üzü Allaha daha yaxındı. Və mən təyyarədə olarkən öz-özümə düşünürdüm ki, əgər ötən əsrdə getdiyim yolu, yəni Naxçıvana qatarlarla olan səfərimi bərpa etmək mümkün olsaydı, mən indi Arazboyu gedirdim. Çayın 3 kilometr ərazidə bir-birinə qovuşmadan yanaşı axan iki hissəsini, dupduru və bulanlıq çöhrələrini müşayiət edirdim. Neyləyim ki, indi ümid göy üzünə qalıb və mən də buludların üstüylə uçuram Naxçıvana. Onu da etiraf edim ki, təyyarə heç mənlik deyil. Başqa yol da yoxdu!..

Hə, buludların üstüylə uçuruq. Ağır və tutumlu hava gəmisində olan sərnişinlərin demək olar ki, 99,99 faizi Naxçıvan sakinidi və yaxud orada doğulanlardı. Cəmi bir neçə nəfər bu torpağa ilk dəfə üz tutur. Elə bu üç-dörd nəfərdi Naxçıvandan danışan. Digərləri isə özləriylə, ailələriylə, problemləriylə məşğuldular. Mən təzadlı, üstəlik bir az da adamı gərginlikdə saxlayan düşüncələrin içərisində, daha doğrusu, bu hava gəmisində vaxtın durduğunu hiss etdim. Bir anlıq elə bildim ki, təyyarə uçmur, elə bir nöqtədə dayanaıb. Düzünü deyim ki, cəsarət edib yanımdakılardan da heç nə soruşmurdum. Amma bəxtimdən yanımda əyləşən sərnişin üzünü mənə tərəf çevirib bir aşağı baxın dedi. Daha dayanıb gözləmək mümkün deyildi. Özümü toparlayıb üzü aşağı baxdım. Uzun bir yol gördüm.

Məni aşağı baxmağa həvəsləndirən həmin o sərnişin yenə bir iddialı, bir fəxarət hissi ifadə edən tonda:

- Şəhərin yoludu – Naxçıvanın!

… Və burdan başladı yazım. Təyyarə hava limanına enəndə artıq içimdə bir yazı dünyaya gəlmişdi. O yazının adı «Yol» idi. Və həm də o yazının özü də elə yolu ifadə etmək üçün, yolu göstərmək, tanıtmaq, təqdim etmək üçün doğulurdu. Bəlkə də artıq doğulmuşdu. O zaman mən onun fərqinə vara bilməmişdim. Elə ki, bilgisayara diktə etməyə başladım, onda gördüm ki, mən hazır bir yazını gözümün önündəki vərəqlərdən oxuyuram. O yazı…


Açıram mən səhəri

Qolların arasında

Görürəm mən özümü -

Xoşbəxtlər sırasında -

Ümid!


Bütün ağrı-acılar

Durur dizdən aşağı…

Xoşbəxtliyin özü də indi

Bizdən aşağı -

Ümid!


Bu qurban səhərinin

İlk və son qurbanı tək

Naxçıvan şəhərinin

Dan üzünü gözə çək -

Ümid!


Qoy alışsın könlümün

Hər nöqtəsində bir şam.

Ümidimlə qol-boyun

Yatdım, durdum bu axşam -

Ümid!


***

Bu da Naxçıvanın hava limanı. Mən ətrafa diqqət yetirirəm. Səliqə-sahmana söz ola bilməz. Amma burda mənə xüsusilə xoş gələn bir detalı mütləq yazmalıyam. Hava limanın binasında, həm kassaların önündə, həm gözləmə zallarında kiminsə çıxarıb siqaret çəkdiyini görmək mənə nəsib olmadı. Üstəlik, geyimlərindən, hərəkətlərindən, adamlara münasibətlərindən bu hava limanın məmurları olduğu bilinən insanlar da siqaretlərini limanın çölündəki zibil qutusunun yanında çəkirdilər. Sonra siqareti atıb içəriyə qayıdırdılar. Bunun əksini isə Bakıda, elə uçduğum gün müşahidə etmişdim. Hava limanının özündən razı bir məmuru barmaqlarının arasındakı tüstülənən «Malboro» siqaretinin külünü hara çırpacağını bir anlıq təxmin etməyə çalışdı, sonra qərar verə bilmədi və lap sonra da onu biletlər satılan kassanın bir küncündə yerə atdı…

Zənnimcə, bu adi bir fakt olsa da, amma eyni müstəvi üzərində tamam fərqli bir formada ortaya çıxdı. Bizdə, sərnişində fərqli ovqat yaratdı, düşüncə formalaşdırdı. Və mən ilk qarşılaşdığım bu faktdan özümə nəticə çıxardım. Bildim ki, qonaq olsam da, siqareti harda yanıdırıb çəkəcəyimi bilib yadımda saxlamalıyam. Sonra hava limanının sərnişinlərin çamodanlarını və digər yüklərini onlara çatdıran dairəvi fırlanan eskalatorun yanında dayanmış adamlara yaxınlaşdım balaca əl çamadanımı götürmək üçün. Bu vaxt sərnişinlərdən biri kənarda dayanıb müşahidə edən liman işçisini səslədi. Onun narazılığı bağlamasının büküldüyü kağızın bir az cırılmasından idi. Elə yerindəcə məsələ araşdırıldı, yükləri təyyarədən eskalatora doğru yönəldən nümayəndə xəbərdarlığını aldı və yük sahibindən üzr istədi. Bu faktı da elə-belə yazmıram. Demək istəyirəm ki, burda haqqını tələb etmək və üzr istəmək mədəniyyətinin də şahidinə çevrildim. Anladım ki, heç kim heç kimə borclu qalmır və heç kim də özünü başqa birisindən üstün tutmur. Hamı vətəndaşdı və hamı da öz vətəndaş missiyasından çıxış edir… Nə isə…

Bu da hava limanının həyəti… Müştəri gözləyən taksilər heç kimin üstünə qaçmır… qışqırıb heç kimi heç hara səsləmir. Sakitcə dayanıb öz müştərilərini gözləyirlər. Onların ətrafında isə xidməti köynəklərdə olan adamlar müxtəlif işlər görürlər. Bizi qarşılayan sürücüdən nə baş verdiyini soruşuram. Çox təmkinlə, heç nə olmamış kimi cavab verir:

- Ciddi bir məsələ yoxdu. Sadəcə, tez-tez abadlıq işlərinə diqqət yetirilir. Havanın, günəşin təsiriylə solan, keyfiyyətini itirən işarələr yenidən rənglənir. Ağacların, kolların dibləri boşaldılır…

Onun söylədiklərini dinləyə-dinləyə dörd tərəfə baxıram. İnanın ki, (bəzən yaşlı adamlar hələ də bu ifadədən istifadə edirlər – Ə.M) yerdə diş qurtlamağa, yəni təmizləməyə bir çöp də yoxdu. Dörd tərəf adamın üzünə gülür. Ölkəmizin bir-iki hava limanı gəlib keçdi gözümün önündən. Təəssüf ki, bu səliqəni onların heç birində görməmişəm.

Daxilən yavaş-yavaş düşdüyüm mühitə köklənirəm. Arıtq elə bil kimsə, nəsə hər şeyin bu cür səliqəli olacağını mənə yükləyir, məni buna inandırır. Hərəkət etdikcə də mən inandığımın şahidinə çevrilirəm. Biz yolüstü bir stəkan çay içtmək üçün hava limanın yaxınlığındakı ailəvi restorana gedirik. Restoranın ətrafında hələ təyyarədə eşitdiyim hava proqnozu yadıma düşür. Biz Naxçıvana eniş edəndə bildirmişdilər ki, Muxtar Respublikada havanın temperaturu 34 dərəcədi. Elə ki, ailəvi restorana daxil oluruq, bu təbiət guşəsi adama sanki qalın bir paltar, köynək geyindirir, yaşıllığın içərisində itib batırsan. Müxtəlif ağaclar, xüsusilə çinarlar boy-boya verib. İynə ucu ölçüsündə günəş şüasını o ağacların dibində görmək mümkün deyil. Su arxları mənə Qarabağı, kəndimi xatırlatdı. Orada da meşədə, talalarda sular öz istədiyi kimi axırdı, burda da sular azad idi, sərbəst idi. Əlimi toxundurduğum yaşıl otlar qəribə bir təəssürat yaradırdı. Sanki uşaq yaddaşımı oyadırdı. Səhərlər üstündə qaçdığım yaşıl otların pıçıltısını mənə eşitdirirdi. Hələ bu bağda səs-səsə verən quşları, onların yaratdığı auranı… Bütün bunları yaşamaq nə qədər gözəldi.

Mən bir daha əmin olurdum ki, insan hər şeyə qadirdir. Boş səhrada da yaşıllıq sala bilər, boş səhraya da su çəkə bilər. Bunlar işin yarısıdı. Amma onu yaşamaq və onun içərisində də özünü yaşatmaq, mən bunun nümunəsini Naxçıvanda görürdüm. Bir məqamı da vurğulamığın yeridi. Bu bağda Azərbaycanın milli məişətinin, milli mədəniyyətinin sənət nümunələri də müştəriləri qarşılayır. Baxıb gülümsəmək, düşünmək və xatırlatmaq ifadə edən nümunələr. İstər təndirə çörək yapan analarımız… istər lavaş bişirən, oxlov tutan, istər kabab çəkən… istər dəvəsinin ovsarını əlində saxlayan… istərsə də süni göldə, fontanın ətrafında həm heykəlləşən, həm də üzən qazlar, qular… O qədər dəqiq ölçülüb-biçilmiş, dizaynı son dərəcə təbii şəkildə, amma adama rahatlıq verən üslubda qurulub burda hər şey ki, ondan göz çəkmək mümkün deyil. Bax, mən də bu cənnətdə yaşadığım çox qısa bir zamanın içərisində gözümün önündən hələ getməyən buludları yarıb üzü aşağı enərkən gördüyüm, müşahidə etdiyim yolu düşünürdüm. O yol məni gözləyirdi. Və mən də o yolun ipucunu əlimdən buraxmaq istəmirdim. Ona görə də doymadığım samovar çayını yarımçıq qoyub «yolçu yolda gərək» deyib maşina tərəf getdim. Qarşıda sorağını duyub, özünü görmədiyim bir yol vardı. O yol məni Əlincəyə aparırdı…




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-20
2018-01-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK