ANA SƏHİFƏ / YAZARLAR

BİR HECALI SÖZ

Hələ neçə qurbanlıq qalır

31593    |   2016-09-09 16:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adətən səfər öncəsi bir daxili gərginlik yaşayıram. Bu da təkcə yolun uzaqlığı, çətinliyi, həmçinin onun maddi tərəfi ilə bağlı deyil. Necə deyərlər, buna alışmışam. Axı, islanmışın yağışdan qorxusu olmur. Məni narahat edən, məsələnin başqa bir tərəfi, əslində isə mahiyyətidir. Yəni gedəcəyim ünvanın mənzərəsi, orada işlərimin necə alınması, nələr görəcəyim, nələrin başıma gələcəyi, ümumiyyətlə, bu səfərin alınıb alınmayacağıdı. Bunun içərisində qarşılanmadan tutmuş adi gəzib dolanmağa, görüb baxmağa qədər hər şey var. Ona görə də hər bir səfərdən öncə mən bu elementar sualları min dəfə özümə verib, min dəfə də fərqli cavablarını alıram. Doğrudur, bəzən məni bu özünə qapanmaya, bu vasvasılığa görə qınayırlar, hətta səfərdən çəkindirməyə də çalışırlar. Amma mən qarşıma bir istək, bir məqsəd qoyanda onun sonuna qədər getməkdə israrlı olmuşam. Elə bu səfərimdə də israrlı və qərarlıyam. İnşallah uğurlu anları, mən qədim Naxçıvandan, Şərqin Qapısından geri dönəndə orada gördüklərimi, orada yaşadıqlarımı sizinlə bölüşərəm. Ona qədər isə...

Bəli, sözün həqiqi mənasında biz öz ömür payımızı təkcə istədiyimiz kimi yox, həm də bacardığımız kimi yaşayırıq. Əgər istədiyimiz kimi yaşamaq mümkün olsaydı, onda təbii ki, problemlər olmazdı. Bugünkü məqamda isə dünyanın problemsiz nöqtəsi yoxdur. Əgər varsa, deməli, orda insan yoxdur. İnsan olan hər yerdə mütləq mənada problem qaçılmazdır. Problemləri çözən də, yaradan da insanın özü olduğu üçün onun ömrü, onun zaman payı bəzən elə əriyib gedir ki, heç özünün də xəbəri olmur. Mən bu problemlərin hər kəsə, o cümlədən mənə istiqamət götürdüyünü anlayıram, bilirəm. Ona görə ki, yaşadığım mühit, cəmiyyət öz problemiylə hamını sıxır, hamıya tuşlanır. Deməli, mən də o hamıdan bir sıra nəfəriyəm və gücüm çatan qədər o problemə müqavimət göstərmək, onu çözmək zorundayam. Amma neyləyim ki, bəzən selə qarşı ağılsız şəkildə mübarizə aparmaq faciə ilə başa çatır. Axına qarşı çıxmaq, axına qarşı getmək təkcə yalnışlıq yox, həm də dəlilikdi. Bu dəlilik müəyyən mənada duyğulu adamların boyuna biçilir. Ondan qaçmaq mümkün olmur. Və bir də başını qaldıranda görürsən ki, artıq qərq olmaq üzrəsən, sel səni aparır. Yapışdığın, əl uzadıb tutduğun isə saman çöpüdü...

Bu mənzərəni yəqin ki, gözlərinizin önündə canlandırdınız. Əgər canlandıra bildinizsə, onda fikirlərimlə də tanış olub öz fikirlərinizlə qarşılaşdıracaq, üz-üzə gətirəcəksiniz. Nəticədə ya siz, ya da mən reallıqla barışmalı olacağıq. Elə bu şeirdə yazdığım kimi:


Dərdi belə xışmalama - canlıdı

Yaranışdan şöhrətlidi, şanlıdı...

Ağrıdarsan, deyərlər ki, qanlıdı -

Mən özümlə barışmağa məcburam...


Bir sevgiyə həm ağa, həm kölə mən

Seçdiyimi necə çəkim önə mən?!

Xatirəsi yarpaq tökmüş dönəməm -

Mən özümlə barışmağa məcburam...


Çəkdiklərim gör nə çəkir... və bölür

Səsim dəyir dörd divara... və ölür!

Allah, candan canım çıxır və dönür -

Mən özümlə barışmağa məcburam...


Bu dəlilik bir naxışdı, bir addı

Mənlə qoşa addımını bir atdı...

Piyadanı ötüb getdi bir atlı -

Mən özümlə barışmağa məcburam...


***

Həyatın qarşıya çıxardığı sualların hamısının səbəbi var. Yəni heç nə elə-belə ortalığa çıxmır. Mütləq onun bir mayalandığı yer, göyərdiyi torpaq, kölgə saldığı ərazi olmalıdı. Bu mənada mənim sualları tez-tez qabartmağım, dilə gətirməyim ola bilsin ki, xoş görünməsin və yaxud da kimlərinsə etirazına səbəb olsun, ya da təkrar kimi görünsün. Amma hər necə olur-olsun, bütün hallarda mən bilirəm ki, həmin o münasibət bildirənlərin özləri də hər gün suallarla üz-üzə gəlirlər. Ona görə də güvənc yeri, istinad nöqtəsi axtarırlar, necə ki, mən axtarıram. Yəni bir az pafoslu səslənsə də, mən birmənalı şəkildə bilirəm ki, ayaqda qalmağım, sözümün kəsərli olması, səsimin eşidilməsi məhz o güvəndiklərimin, ümid yeri saydıqlarımın, ürək dostlarımın, könül sirdaşlarımın hesabınadı. Onların varlıqları, onların münasibətləri mənim öləziyən işığıma işıq qatırlar, qaralan ocağıma əlavə odun, köz qatıb onu daha da gur edirlər. Onda həmin o öləziyən ocaq tonqala çevrilir, hər tərəfdən görünür, hər kəsin diqqətini çəkir. Buna görə Allahıma və bir də həmin o səbəbkarlara ömrüm boyu minnətdar olmuşam, elə bu gün də, sabah da minnətdar olacam. Üstəlik, mən onu da çox yaxşı bilirəm ki, sözün söykəyi sözdü. Söz sözə söykənəndə daha qüvvətli olur, daha eşidilən olur, daha kəsərli səslənir. Mən bu məntiqə söykənərək həm də onu demək istəyirəm ki, dünyada yalnız söz yükü öz söykəyini tapır. Özünə dayaq dura biləcək sözə söykənir. Daha kiməsə yarınmır, kiməsə xoş gəlmək üçün onun əlindən, ətəyindən yapışmır, ona dirsəklənmir. Bu həyat həqiqəti təəssüf ki, insanda birmənalı şəkildə öz əksini tapmır. Görünür, bu da elə o dediyim problemlərdən biridi. Yəni mən kiminsə yarağı olmaq, kiminsə əl ağacına çevrilmək və yaxud da dəsmalını gəzdirmək istəyi ilə yaşamamışam və heç vaxt da bu missiya ağlımın ucundan da gəlib keçməyib. Verilən ömür payını adi söz adamı kimi elə sözün də içində əridirəm, üyüdürəm və elə sözə da çevirirəm. Necə alınır və yaxud da alınmır, o artıq sözü oxuyub dinləyənlərin verdiyi qiymətdən bəlli olacaq. Lakin onu da unutmuram ki, mənim bütün sözümün, bütün ruhumun ifadəçisi Sənsən. Sən həm sözsən, həm sözün ifadə etdiyi məna, həm də sözün çəkdiyi şəkil. Bax, bu üçbucağın içərisində olan məkan, olan zaman mənə aid yerdi, mənə aid ömürdü. Deməli, mən bu bəlli olanın işığını qorumağın məsuliyyətini heç vaxt yaddan çıxarmamalıyam. Elə, belə də etməyə çalışıram. Necə deyərlər, öz yerimdə, öz mövqeyimdəyəm. Əlim qələmdə, fikrim vərəqdə və yazıram:


Sənə özümdən

danışmaq istəmirəm

çünki

danışıb

kiçilməkdən qorxuram -

gözündə...

axı sən

məndən danışanda

duyuram ki,

sən məni

arzularındakı kimi

canlandırmısan

özün özündə!..

ona görə

susuram -

qoy hər şey

sənin istədiyin kimi

qalsın sözündə!


***

Dörd divar arası eni-boyu bəlli bir yer... Bu dörd divarın arasında həbs də çəkmək olar, şeir də yazmaq olar, xəyala da dalmaq, hətta pünhan görüşmək də... Amma hansı fikrə düşürsən düş, bu dörd divar sənin nəfəsin olmadan eləcə buz kimi soyuq olacaq. O zamana qədər ki, sənin əllərin, sənin nəfəsin, sənin baxışların onu isidənə qədər. Təbii ki, bu dediklərim sevgidən qidalanmalı, sevgidən maya tutmalıdı. Doğrudur, hər kəsə gün kimi aydındır ki, suvağı olmayan qara divarı da insan ev edir, insan hərarət gətirir. Cah-cəlallı, bər-bəzəkli dörd divarı da insan xaraba qoyur, insan uçurub dağıdır. Çünki hər ikisinin sevgiyə ehtiyacı var. Sevgi olanda qara daş ağ günə çıxır. Olmayanda ağ daşın təkcə rəngi yox, taleyi də qaralıb sönür...

Düşünməyin ki, bu hansısa sirrin çözümü, açımıdı. Xeyir, bu bəlli olanı dilə gətirməkdi. Biz bəzən hamının bildiyini də deməkdən çəkinirik. Elə bilirik ki, bizi buna görə qınayacaqlar, günahlandıracaqlar. Amma demirik ki, qoy qınasınlar. Üstündən zaman keçəndə haqlı olduğumuz öz yerini alanda bizi qınayanlar bizdən üzr istəyəcəklər. Bu da hardasa haqqın qələbəsi olacaq, təkcə bizim yox. Ümumiyyətlə, biz qələbəni yaddan çıxarmamalıyıq. Onun ətəyi, əli həmişə əlimizdə olmalıdı. O bizi öz ardınca aparmalıdı. Bax onda istəyin gerçəkləşəcəyinə şübhə yeri qalmayacaq...

Hə, bir də ki, bu gerçək dediyim, o ifadə etdiyim gerçəyin mahiyyəti sözün yazılışında da özünü büruzə verməlidi və verir də. Yəni, dilimizdə olan tək-tək sözlər var ki, onların hecası yoxdu. Həmin sözlərdən biri də SƏNƏ aiddi. Sən onun özünə aidliyini qəbul edən andan o söz mənim üçün qollu-budaqlı bir xan çinardı. Və mən də qollarımı dolamışam o xan çinarın belinə, sığınmışam onun sinəsinə və...

Və sənə yazdığım bütün məktublarda, şeirlərdə, hətta mesajlarda belə o sözün işığı, o sözün istisi məni tərk etmir, məni yalqız buraxmır. Axı, o şeirin qəhrəmanı Sənsən! O şeir səni, yəni o sözü ifadə edir. Elə bu şeirdə olduğu kimi:


Bu otağın

açarı

deyim sənə -

bir hecalı

üç hərfli söz

bu otağın sakini

olmaq üçün

öncə -

axtar, ara

və o sözü çöz!..

həm də

paralel olaraq

o sözün qatlarındakı

ağırlığa

və ağrıya döz!..

bax, incimə

bundan sonra

biləcəksən ki,

öz dünyan var

onun da sahibi

və açarı söz -

yardı, yar!..


***

Hər bir köşə yazısından sonra mənə elə gəlir ki, bu mövzulara bir də qayıtmayacam. Çəkilib oturacam bir küncdə. Yalnız yazılanları oxumaqla, oxuduqlarımı xatırlamaqla günləri yola verəcəm. Amma müəyyən bir an ötüb keçəndən sonra hiss edirəm ki, hələ yazmadığım, demədiyim nəsə var. Bax, o nəsə də mənim içimdəki sözdü. O söz yavaş-yavaş qımıldanır, uşaq kimi təbəssüm göstərir. Və mən onu görməyə, onu duymaya bilmirəm. Elə o görməyinm duymağım da məni qələmə, vərəqə tərəf çəkib aparır. Qalıram özümlə, qələm-dəftərimlə baş-başa. Bir də onda ayılıram ki, təzə sözüm kağız üzərindədi və yenə sənə yazmışam. Elə hazırlaşdığım bu səfər öncəsi də həmin o duyğular, istəklər məni tək buraxmır. Çünki həyatımın hər yerində olan Sən bu hazırlıq anında da mənim duyğularımın, istəklərimin, düşüncələrimin hakimisən. Və mən də tam əminəm ki, səfərdə də məni tək buraxmayacaqsan. Elə o əminliklə də bu an üçün, bu gün üçün sənə üz tuturam.


Ürəyimdə

qarışıq fikirlərin

kələfində

düyün düşüb

qalmışdım...

telefon

zəng çaldı

bir anlıq

əlim havada qaldı

ürəyim və ağlım

ildırım sürətli

təhlil apardı

və sonra

hər ikisi inandı -

xəttin görünməyən ucundakı

sənsən...

yəqin istəyirsən

biləsən

ürəyimdə nətərsən?!


Hə, bu da Qurban bayramı öncəsi yazdığım yazının sonu. Amma hələ bütün qurbanlar kəsilməyib, bütün qurbanlar deyilməyib. Mənim özüm qarışıq ayrıca bir qurban da var. Allah qəbul etsin!


Əbülfət MƏDƏTOĞLU




İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-22
17:29 ÜMİD
15:24 İNSAN


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK