ANA SƏHİFƏ / YAZARLAR

DƏRDİM FÜZULİ BOYDA

33344    |   2016-08-27 09:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Füzulimin işğalından bir il də keçdi - 23 il oldu. Yurdsuzluq dərdi, yurdu düşmən tapdağında olmaq ağrısı, ən vacibi isə narahat ruhları ziyarət edə bilməmək əzabı... bax, bunların içərisndə ötüb getdi 23 il. Həm də ömrümüzdən getdi - Füzuliyə həsrət ömrümüzdən...

...Bu dərdə çox baxdım sükut içində,
Bir damcı su yoxdu bulud içində...
Mən diri ölüyəm tabut içində,
Bələyim var idi Füzuli boyda.

Yurd müqəddəs əmanətdir! O əmanəti qorumaq borcumuz, üstündə ürəklə gəzmək haqqımız var. Yaşadığımız ömürdə, onun üçün nə etmişəm, nə edirəm, nə edə bilərəm suallarının cəngindən çıxmamalıyıq. Bu sualların içində ən birincisi: Bu yurdun övladı olmağa layiqəmmi? - olmalıdı! Vətən oğlu, qarabağlı - füzulili, ağdamlı, cəbrayıllı, zəngilanlı, qubadlılı, kəlbəcərli, xankəndili, laçınlı, şuşalı... iyirmi üç ildir öz yurdundan, ev-eşiyindən, doğma beşiyindən ayrı salınmısan, əzizlərinin məzarlarına həsrətsən, onu ziyarət edə bilmirsən. Bu dərd, bu həsrət başqasına bənzəmir. Tərifi yoxdu, ifadəsi acizdi, açması məchuldu, sızıltısı, göynərtisi səssizdi bu dərdin...
Doğma el-obanın intizarı təkcə insanları göynətmir, sakinlərinin nəvazişinə, nəfəsinə həsrət qalmış ağacı, gül-çiçəyi, ot-ələfi də qurudur. Sahibsiz yurd yeri də sahibsiz insan kimi ümidsizliyin içində cüzi bir ümid arzulayır.

Ərgünəş, Köndələn, Məngələnata,
Hanı duman yenən, çən gələn, ata?
Qaldı qiyamətə sən gələn, ata,
Diləyim var idi Füzuli boyda...

Gözəl arzuların, ümidlərin tən ortasında qəfil namərd həmləsindən tar-mar olan, sahibsiz qalan yurdlarda düşmənin at oynatmasını təsəvvür etmək qədər çarəsiz, üzüntü ola bilməz yəqin ki...
Dədə-baba yurdunda yağı düşmənin at oynatmasını təsəvvür edib içindən qovrulmağın yanğısı qədər ağrı olmaz...

Kimdi at oynadan Güllü gədikdə?..
Kəkilli yamacda, telli gədikdə...
Nəfəsim kəsilir, Yelli gədikdə,
Küləyim var idi, Füzuli boyda...

Hər kəsin evi, yurd-yuvası onun alınmaz qalası, güvənc yeri hesab olunur. Bu güvənc əlinden alınan insan əsl sərsəriyə dönərək, ötənlərin həsrətindən payız yarpağı kimi saralır...

Orda tapdaq olmuş torpağım qalıb,
Yazda xəzəlləmiş yarpağım qalıb.
Başı gətirmişəm, papağım qalıb,
Kürəyim var idi Füzuli boyda...

Qoruya bilmədinsə təəssüflənməyə dəymir, sözlərə hacət qalmır, min xəyal bircə həqiqəti əvəz eləyə bilmir.

Hələ neçə kəlmə dilimə gəlməz,
Uçdu sonalarım, gölümə gəlməz.
İndi bir tikəsi əlimə gəlməz,
Çörəyim var idi, Füzuli boyda...

Ayrılıq dərdi, yurd həsrəti, məhrumiyyətlər, "qoruya bilmədiniz" qınağı yaşamağa qoymur insanı. Yurdu tərk edərkən sənə şirin olan canın qiyməti qalmır qürbətdə. Bu utancla yaşadığın üçün hər gün mənən ölüb-dirilirsən, əsəbdən, sinirdən bədənini əsmə tutur.

Ölüb, torpağında qala bilmədim,
Qeyrətə, namusa dola bilmədim.
Sevsəm də, Məcnunu ola bilmədim,
Mələyim var idi Füzuli boyda...

Yurdun igidləri uğrunda canını verdi, bu itkiyə dözməyənlər ağlını itirdi, qeyrətli "səbirlilər"in infarkta yaxalandı, sağ qalanlar yarımcan oldular. Bu ədalətsiz məğlubiyyətdən mənəviyyatlar zədələndi. İçində o təəssübkeşliyi daşıyanlara təsəllilər kömək eləmədi. Az-az buqələmunlar məskunlaşdıqları yerə elə öyrəşdilər ki, nəinki əzəli Azərbaycan torpaqlarının geri qaytarılması istəyi, heç öz evləri də maraqlandırmadı onları.

Dönməz şəhidlərin qəbirdən, fələk,
Bezdik təsəllidən, səbirdən, fələk,
Keçdi namərdlər də xəlbirdən fələk,
Ələyim var idi Füzuli boyda...

Sanki heç o yerlər yoxmuş kimi davrananlar, gündəlik həyatına heç nə olmamış kimi davam edənlər, yurdundan uzaqda dünyaya gələn balasına yurdu haqqında bir kəlmə də öyrətməyənlər daha rahat yaşaya bildilər. Qarabağlıların balalarının doğum şəhadətnamələrində bakılı, sumqayıtlı, mingəçevirli... yazıldı. Özlərinin məzarları da "bakılı" oldu... beləcə Cənubi Azərbaycan, Borçalı, Zəngəzur, Göyçə, Dəmir Qapı Dərbənd... dərdimizə, unutqanlığımıza, laqeydliyimizə, başısoyuqluğumuza bir Qarabağ ünvanını da əlavə etdik. Qəzamız mübarək!
Bu boyda torpaq itkisini asanca həzm edəcək qədər anlamaz duruma gəldik. O qədər itkinin qarşısında kiçik istəklərlə yaşamaq məhv etdi mənəviyyatımızı. Sanki heç yoxmuş kimi asanca həyatımıza davam etdik.

Vahid Əlifoğlu doğuldu, getdi
Əkdiyim, tikdiyim dağıldı, getdi.
Min illik obalar nağıldı, getdi,
Bəs nəyim var idi, Füzuli boyda?..

Heç nəyimiz yoxmuş, gözəl insan! Füzuli də yoxmuş, Qarabağ da... biz bakılıymışıq. Burda oturub gündə həyasız düşmənin atəşkəsi neçə dəfə pozulduğunu və bizim "cavab atəşiylə" onları necə "qəhrəmanlıqla" susdurmağımızı izləyirik. 23 ildir ancaq cavab veririk, SUALın vaxtı yetişməyib. Hələ Qarabağ yaramızı sarıyırıq. Köhnə yaralarımız qaysaqladı, qorxusu yoxdu, Qarabağ yarasını da sağaltmağa çalışanlar çoxalıb.
Sağalmağa qoymayın o yaranı, qoparın qaysağını, duz basın!!!
Duz basın ki, əvvəlkilər kimi yata bilməyək, göynərtidən gözümüzə yuxu getməsin. Çünki maddi sərvətlərimizi talayan düşmən həm də mənəviyyatımıza olmazın zərbələr vurmaqda davam edir. Belə qarı düşməni olan xalq yatmamalıdı.
23 avqust Füzulinin, mənim yurdumun alınması "hüznü"dü.
Füzulidə ümumi sahəsi 139393 hektar olan Füzuli rayonunun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125368 hektarı erməni işğalı altındadır. 1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, yüzlərlə rayon sakini şəhid olub, yaralanıb, itkin düşüb. Füzuli rayonu müharibədə 1100 nəfərdən çox şəhid verib, 1450 rayon sakini əlil olub. Mədəni-məişət obyektləri, qəsəbə və kəndlər, tarixi abidələr məhv edilib.
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, Füzuli rayonunda ümumi ehtiyatları 58858 min m3 olan və mişar daşı istehsalına yararlı istismar olunan 2 (Dövlətyarlı, Dilağarda) əhəngdaşı, kərpic-kirəmit istehsalına yararlı 11211 min m3 ehtiyatlara malik Kürdmahmudlu gil ehtiyatları, 13053 min m3 olan Quruçay qum-çınqıl qarışığı yataqları var. Özünəməxsus təbiəti olan Füzuli rayonunun ərazisində yaşı 200 ildən 1400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılmış və işğala qədər mühafizə olunub.
1960-80-ci illərdə Füzuli rayonunun dağlıq və dağətəyi sahələrində hidrogeoloji axtarış zamanı ərazidə yayılmış dördüncü, tabaşir və yura dövrü sulu komplekslərinin, eləcə də ərazidən keçən çayların məcraaltı sularının ehtiyatı 193 min m3/gün həcmində hesablanıb.
Füzuli şəhərinin 14 km şimal-qərbində ən qədim insan yaşayışı məskəni hesab olunan Azıx mağarası yerləşir.
Nazirliyin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair bir sıra faktlar aşkarlayıb. Rayonda maddi-mədəni sərvətləri kütləvi şəkildə məhv edilib.
Bu rayonun igid oğullarının torpaq uğrunda mübarizəsinin minlərlə şahidi əlil, qazi oldu. Milli Qəhrəmanlar isə yurdun ən dəyərli insanları kimi Füzulinin tarixinə yazıldı:

1. Məmmədov Seymur Qəhrəman oğlu
2. Kərimov Bəşir Bəylər oğlu
3. Fərzəliyev Pəhlivan Əhliman oğlu
4. İbrahimov Rasim Səxavət oğlu
5. Zülfüqarov Elçin Qaçay oğlu
6. Rəfiyev Faiq Qəzənfər oğlu

Avqustun 23-də Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 23 il ötür.
Bəli, məhz ötür... ötürürük.
Bizdən ötüb, balalarımızın boynuna düşəcək bu yükü onların daşımaq həvəsi, gücü, təpəri olacaqmı? Heç bir dəfə də olsun üzərində gəzmədikləri o torpaqları sevməyə, qorumağa məcbur edə bilərikmi onları? Özümüz qoruya bilmədiyimiz halda onlardan bunu tələb eləmək haqqımız çatırmı?




YAZARIN ARXİVİ

2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-01-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK