ANA SƏHİFƏ / YAZARLAR

QÜSURSUZ QÜSURLULAR

43674    |   2016-08-13 00:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Onu heç belə görməmişdim. Sifətindəki xoşbəxt ifadə diqqətimi cəlb etdi. Hər gün qəmli-qəmli əlil arabasında oturub, ona xırda pul uzadan adamlara dodağının altında mızıldanaraq alqış edirdi: Allah razı olsun, Allah razı olsun... sözündən başqa heç nə anlaşılmırdı.
Bu gün isə o başqa aləmdə idi. Dayanıb bir neçə dəqiqə onun bu xoşbəxt görünüşünü seyr etdim. O, burda deyildi - uzaqlarda, indi artıq xəyala dönmüş gəncliyində idimi, gözlərinin dünya işığını görən, rəngləri seçən, iynə ucu qədər belə xırdalıqları seçə bilən... və bu nemətin qədrini bilməyən vaxtlarındamı idi, ilk sevgisinin sehrindəydimi, ilk görüşün, ilk öpüşün şirinliyinin təsirindəydimi, yoxsa toy gününün, körpələrinin dünyaya gəlməsinin sevincinimi yaşayırdı, bilmirəm. Elə xoşbəxt idi ki...
Başını yelləyərək gülümsünürdü. Bu dünyanın əzablarına, çəkdiyi gündəlik zillətə, zəlil halıyla kimləri isə dolandırmaq qayğısına, ovcuna qoyulan hər qəpik üçün alqış etmək məcburiyyətinə, təkcə dünya işığına malik olduqları üçün hər gün şükr etməli insanların bu nemətə laqeydliyinə, - hər şeyə əlini yelləyib, xəyallarının qanadlarında uzaqlaşmışdı bu əzab dolu real dünyadan...
İllərdi onu yolumun üstündə əlil arabasında oturaraq dilənən görürdüm. Haqqında eşitdiklərim həqiqətdimi, şayiələrdimi, bilmirəm, amma bir doğru olan vardı - o, anadan kor doğulmamışdı və böyüdüb, boya-başa çatdırdığı uşaqları vardı. Qışda üşüyərək büzüşüb oturardı, yayın 30 dərəcədən artıq istisində kölgəliyə çəkilmədən günəşin şüalarında yanaraq oturardı. Bu, insanların mərhəmətini qazanmaq üçünmüydü, yoxsa onu kölgəyə, daldaya çəkən bir insaflı insanmı yoxdu, bunu da bilmirəm. Bəzən mürgülədiyinimi, düşündüyünümü ayırd etmək olmurdu, çünki gözləri daim qapalı vəziyyətdə idi.
Onun bu, bir neçə dəqiqəlik "xoşbəxtliyini" yanından keçən biri əlindən aldı. Əlinə toxunaraq qəpiyi onun ovcuna qoyanda diksinib, "bu dünyaya" qayıtdı. Qəpiyə sevinsə də, qayıtdığına sevinmədi sanki. Bu, sifətindəki təəssüf ifadəsindən məlum idi...
Avtobusun pəncərəsindən seyr etdiyim bu bir neçə dəqiqəlik müşahidəm məni alıb götürdü.
Bir təsirli klipə baxmışdım. Kor dilənçi gəlib-gedəndən mərhəmət umur, ona tək-tək pul verən olur. Bir gənc qadın geçərkən onun ovcuna xırda qoyub uzaqlaşır. Və geri dönür, bir parça kardon kağız üzərinə nəsə yazıb dilənçinin qarşısına qoyur. Bir azdan ordan keçənlər iri həflərlə yazılmış bu yazını oxuyaraq ona az bir zamanda çoxlu pullar verirlər. Geri dönərkən yenidən onun ovcuna pul qoyan qadını əlinin təmasıyla tanıyan dilənçi onun kardona nə yazdığını soruşur. Qadın yazdığını ona oxuyur: "Həyat gözəldir. Amma sizdən fərqli olaraq, mən o gözəlliyi görə bilmirəm".
Doğrudan da, malik olduğumuz şeylərin qədrini onu itirənədək bilmirik. Həmişə olacaqmış kimi davranırıq, unuduruq ki, bu bunları bizə verənin nə vaxt alacağını bilə bilmərik. Bu həm yaxınlarımız, sevdiklərimizə aiddir, həm də yaradanın bizə nəsib etdiyi sağlamlığa, gözəlliyə, hərəkətə, görmə, duyma, eşitmə, hiss etmə qabiliyyətimizə. Üç gün əvvəl qonşuda rəhmətə gedən qarının qızı təəssüflə ağlayaraq söylədiyi sözlər: "Elə bilirdim həmişə mənimlə olacaq. Onu yuyundurmağa götürəndə ağırlığına tab gətirə bilməyib üstünə qışqırırdım. Kaş ki, eləməsəydim... Bəli, sonradan "Kaş ki..." deməmək üçün malik olduğumuza qane olmalıyıq. Sevdiklərimizə hər gün "Səni sevirəm!" etirafından çəkinməməliyik. Onları sevindirmək üçün ad günü, yaxud hansısa özəl günü gözləmək lazım deyil. O gün gəlməyə bilər! Sevgini etiraf etdiyin gün elə onların bayramı olur. Övladlarımıza sevgimizi daim büruzə verməliyik. İşlədiyimiz kollektivdə, ətrafımızda hörmət, sayqı bəslədiyimiz insanlara bunu hiss etdirməliyik. Paxıllığı, həsədi, kin-küdurəti sevgiylə, sevinclə, mərhəmətlə, qayğıyla əvəz etməliyik. Çünki hər bir insan bir diqqətin, bir kəlmə xoş sözün, bir sevgi dolu baxışın, bir mərhəmətli əlin... acıdır. Ən qəddar insan da bir təbəssümün qarşısında mülayimləşə bilir. Çünki bu, hər kəsin umduğu insani ehtiyacdır. İslam Peyğəmbərimiz isə təbəssümü sədəqə hesab edir. Sınamaq olar, elə də böyük zəhmət tələb edən sədəqə deyil...
Avtobusun pəncərəsindən hər gün seyr etdiyim, ömürlük qaranlığa məhkum olmuş o dilənçi bəlkə də ömrünün yarısını bir saatlıq dünya işığı ilə dəyişməyə razı olar. Gözlərinizin qədrini bilmək üçün kor adamı, əllərinizin, ayaqlarınızın nə qədər əhəmiyyətli olduğunu anlamaq üçün mütləq əlil insanları gömək məcburiyyətində deyilsiniz. Hər yuxudan oyandığınızda bütün bunlara malik olduğunuz üçün şükr edin! Və bu qiymətli nemətdən məhrum olanlara mərhəmətdən çox məhəbbətlə yanaşın. Çünki mərhəmət insanları yazıq, fağır, müti hala salan bir hissdir. İnsan insandan əvvəl məhəbbəti duymalıdır ki, mərhəmətini qəbul edə bilsin. "İstedadlı Əlillər" İctimai Birliyi adlı bir cəmiyyətin varlığından xəbər tutdum. Bu cəmiyyəti təşkil edən və müxtəlif qabiliyyətli insanları bu cəmiyyətə dəvət edərək həyatdan küskün yaşamamaları üçün böyük savab iş görən Qubad Qasımovla tanış oldum. Çox nikbin əhval-ruhiyədə olan, intellektual səviyyəli bu insanın, onların üzv olduqları birliyin üzvlərinin aurası o qədər müsbət, o qədər xoşdu ki, belə insanları tanıdığıma çox məmnun oldum. Pessimizmə qapılan, həyatdan küskün düşən, özünü cəmiyyətdən təcrid edən çox insanları həyata qaytarmaqla Qubad qardaşımız fiziki sağlamlığı olan çox insanlardan daha böyük işlər görür. Onun əlil arabasında qadir olduğu işlər yüzlərlə sağlamların edə bilmədiyi, etmədiyi səviyyədədir. O, özünü çox şeylərə qadir hesab edir və buna həqiqətən də haqqı var. Çünki cəmiyyətin üzvlərinin fəaliyyətinə, əl işlərinə heyran olmaya bilmirsən. İnsanın qurub-yaratması üçün yalnız fiziki sağlamlıq azdır. Ürək lazımdı, istək lazımdı, qabiliyyət lazımdı, insanın insan kimi formalaşması, özünü sübut etməsi üçün. Təəssüf ki, bizim insanlarda bu təfəkkür az formalaşıb. Qubad Qasımovun incikliyi sağlam insanların əlil insanlara qarşı ögey, soyuq münasibətindəndir: Biz cəmiyyətdən təcrid olmaq istəmirik. Bəzən olub ki, gözümüz görə-görə bizə baxıb, "Uzaq olsun!" deyə, özünün və yanındakı uşağının qulaqlarını çəkənlər olub. Bunları söyləyə bilmək üçün insan bütün insani hisslərdən uzaq olmalıdır".
"İstedadlı Əlillər" İctimai Birliyinin işlərini saymaqla qurtaran deyil. Ən böyük işi mənəvi yardım olsa da, bu birliyin yaranmasının çox fiziki məhdudiyyətləri olan insanların maddi durumuna da az təsiri olmayıb. Ramazan bayramı ərəfəsində "AAAF Park" ticarət mərkəzində ilk dəfə tanış oldum bu birliyin rəhbərləri, üzvləri ilə. Qubad Qasımov sanki o insanları yenidən həyata qaytarıb. Müxtəlif çeşiddə maraqlı əl işlərindən ibarət sərgiyə tamaşa etdikcə bunun insan əliylə yaradıldığına təəccüb edirsən. Bu cür qabiliyyətləri üzə çıxardığı üçün Qubad qardaşımıza minnətdarlıq etmək üçün yaxınlaşanda fiziki qüsurlu gənc bir qızın əl işlərindən satılanların pulunun hamısını ona verdiyinin şahidi oldum. Birliyin maliyyə fondu üçün bu pullardan saxlamırsınızmı? - soruşanda o, gülümsünərək, yox, dedi, bizim məqsədimiz maddiyyat deyil, o insanların özünə inamını qaytarmaqdır, özünə qapanmaqdan, cəmiyyətdən təcrid olunmaqdan xilas etməkdir - dedi... Həqiqətən də qız çox məmnundu. Birliyin üzvlərinin çoxu o tədbirdə iştirak edirdilər. Qarabaşaqdan, buğdadan, kibrit çöpündən, müxtəlif saplardan, balıqqulağından v.s düzəldilmiş müxtəlif əl işlərinə heyran olmaya bilmirsən. "İstedadlı Əlillər" İctimai Birliyi tez-tez ictimaiyyət arasına çıxaraq üzvlərinin insanlarla təmasını təşkil edərək, onların komplekslərindən uzaqlaşmaları və öz istedadlarını nümayiş etdirmələri üçün əlindən gələni edir. İstedadlı əlillər arasında idman yarışlarında respublikamızı layiqincə təmsil edənlər də çoxdur. Şəhərin müxtəlif yerlərində, xüsusən də "28 Moll" ticarət mərkəzində, Park Bulvarda, AAAF Parkda, "N" saylı hərbi hissələrimizdə olurlar. Bu, həqiqətən düşündürücü bir əməkdi. Çünki maddi, fiziki məhdudiyyətləri olmayan çox insanların nə Vətən, nə əsgərlərimiz, cəbhə zonası, nə də adi ehtiyaclı insanlar yadına da düşmür.
Demək ki, insanın şikəstliyi beynində, qüsuru adamlığında, məhdudiyyəti ağlında olur.



YAZARIN ARXİVİ

2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK