ANA SƏHİFƏ / YAZARLAR

DÜYÜN

21670    |   2013-02-02 02:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Rayon prokuroru Əli Həsənov kabinetində var-gəl edirdi. Nə qədər çalışırdısa, hisslərini, həyəcanlarını gizlədə bilmirdi. Bir tərəfdən də baş vermiş ağır cinayət işinin üstünün açılmaması onun narahatlığını daha da artırırdı. O qədər əsəbləşirdi ki, bilmirdi hirsini kimin üstünə töksün. Bəzən öz-özünə deyinirdi: "Südəmər müstəntiqim var, onun da əlindən bir iş gəlmir. Zalım oğlu, elə bil qış yuxusuna gedib. Nə vaxtandır ağır cinayət hadisəsi baş verib, hələ də o, kələfin ucunu ələ keçirməyib"...

Prokuror əsəbi halda dəstəyi qaldıraraq müstəntiq Əhmədova ucadan səsləndi:

- Dur, gəl yanıma!..

Müstəntiq:

- Baş üstə, cənab prokuror! Bu dəqiqə gəlirəm, - deyib ayağa qalxdı və tələsik prokurorun kabinetinə doğru addımladı.

Bir-iki addımlıq yolda müstəntiq çox şey fikirləşdi. Fikirləşdi ki, yenə prokuror ona bərk qəzəblənəcək və dişinin dibindən çıxanları deyəcək. Bu hadisələrin yenidən təkrarlanmaması üçün o, beynində baş vermiş ağır cinayət hadisəsi ilə əlaqədar versiyaları bir daha xatırladı. Artıq prokurorun qəbul otağındaydı. Qapını döydü və prokurordan icazə istədi:

- Olar, cənab prokuror?!

Prokuror:

- Gəl içəri.

Müstəntiq yavaş-yavaş prokurorun otağına daxil oldu, sonra da ayaq üstə durub prokurorun suallarını gözlədi. Qaşları çatılmış prokuror müstəntiq Nazim Əhmədovdan soruşdu:

- On gündür ev sahibi Nemətovu öldürüblər, hələ də cinayətkarın izinə düşə bilməmişik. Sən də polis rəisi kimi, ləng tərpənirsən. Başa düşmürəm, sizin fikriniz nədir? Axı yuxarıdan mənə hər gün zəng vururlar. Soruşurlar ki, Nemətovu öldürəni niyə tapmırsınız? Bax mən onlara nə cavab verim?!

Prokurorun bu sözlərindən müstəntiq bir qədər çaşdı. Daha doğrusu, çaşmaqla yanaşı, canına bir qorxu da düşdü. Qorxu düşdü ki, prokuror çox səbrli adamdı. Ancaq bir də gördün səbri tükəndi, onu işdən uzaqlaşdırmaq haqqında yuxarı instansiyaya təqdimat yazdı. Elə müstəntiq də bax bu təqdimatdan qorxurdu. Çünki ordan-burdan eşitmişdi ki, prokuror ondan narazıdır, müstəntiqin apardığı istintaq hərəkətlərindən xoşu gəlmir.

Müstəntiq Əhmədov bir qədər fikrə gedəndən sonra dilləndi:

- Cənab prokuror, mənə üç gün də vaxt verin! Artıq cinayətin izinə düşmüşəm. Düzdür, hadisə yerində ekspertiza keçirilib, baxış olub, amma elə bir dəlil-sübut tapılmayıb. Çünki qatil çox peşəkar hərəkət edib və Nemətovu əlinə geydiyi əlcəklə boğub. Elə işimizi də çətinləşdirən bax bu məqamlardır...

Prokuror müstəntiqi dinləyəndən sonra bir daha fikrini təkrarladı:

- Sən üç gün demirsən, on gün vaxt verirəm! On gün müddətində ya bu işin üstünü açmalısan, ya da...

Prokuror sözünün arxasını gətirmədi. Müstəntiq gənc olmasına baxmayaraq, arif adam idi. Bildi ki, bu "ya" sözü nə deməkdir. Ona görə də söhbəti uzatmadı. Qovluğu götürüb prokurora dedi:

- Mən gedə bilərəmmi?!

Prokuror:

- İşinizlə məşğul olun, - dedi.

Müstəntiq kabinetdən çıxıb pilləkənlərlə aşağı düşdü. Ordan da şəxsi maşınına əyləşib yenidən cinayətin baş verdiyi kəndə getdi. Fikirləşdi ki, Nemətovu heç də elə-belə öldürməyiblər. Çünki Nemətov imkanlı adam idi və qızıl alveri ilə məşğuluydu. Çoxlarını dindirmişdi, ancaq dindirdikləri adamların heç birindən istədiyi ifadəni ala bilməmişdi. Bircə qalmışdı Nemətovun hər gün yeyib-içdiyi və dostluq elədiyi Əkbər kişi!

... Günorta saatları olmasına baxmayaraq, müstəntiq Əhmədov bir tikə çörək də yemək istəmirdi. Daha doğrusu, qanı itin qanı idi. Qanının qara vaxtında çörək onun boğazından heç vaxt keçmirdi. Maşını birbaşa Əkbərgilin evinə sarı sürdü. Gördü ki, Əkbər həyətdə əlində balta odun doğrayır. Odun doğrayan Əkbər başını qaldıranda qarşısında müstəntiq Əhmədovu gördü. Dalağı sancdı, fikirləşdi ki, Əhmədov qapıya elə-belə gəlməyib. Əhmədov qapıya gəlibsə, deməli, nəsə bir şey var...

Müstəntiq Əkbər kişiylə hal-əhval tutandan sonra əsas mətləbə keçdi:

- Əkbər kişi, sən Nemətov qətlə yetirilən axşamı harda olmusan?

Müstəntiqin qəfil sualından Əkbər kişi çaşdı:

- Harda olacam, ay başına dönüm, evimdə-eşiyimdə...

Müstəntiq:

- Bunu evdəkilər təsdiq edə bilərmi?

Əkbər kişi:

- Həmin gecə evimizdə heç kim olmayıb. Ailə-uşaq qayınatamgilə getmişdi və gecəni də orda qalıblar.

Müstəntiq:

- Onda belə çıxır ki, sizin evdə olmağınızı heç kim söyləyə bilməz.

Əkbər kişi:

- Evdəkiləri deyə bilmərəm, amma qonşular bəlkə də məni görüblər.

Müstəntiq tənbəllik eləməyib, onun çəpər qonşusu Cəfər kişini çağırtdırdı. Cəfər kişi Əkbərgilin həyətinə gəldi. Müstəntiqi görüb, təəccübləndi.

Müstəntiq:

- Cəfər kişi, Nemətov qətlə yetirilən gecə qonşun Əkbəri evlərində görübsən? Amma gərək hər şeyi düz danışasan, yalan ifadə verdiyinə görə, cinayət məsuliyyətinə cəlb oluna bilərsən?

Cəfər kişi dilləndi:

- Ay oğul, yaşımın bu vaxtında niyə yalan danışmalıyam və bir də mən heç nədən qorxan deyiləm; bir ayağım burda, bir ayağım gordadır. Həmin axşamı heç Əkbərgilin işıqları yanmırdı. Nə Əkbəri, nə də evdəkilərin heç birini görməmişəm.

Cəfər kişinin verdiyi ifadə deyəsən kələfin ucunun ələ keçməsinə imkan yaradırdı. Elə müstəntiq də Cəfər kişinin ifadəsini alandan sonra bir qədər də ürəkləndi. Çünki həmin ifadədə də Cəfər kişi yazırdı ki, rəhmətə gedən, Nemətovla Əkbər kişinin arasında qızıl alveri olub. Hətta bəzən Nemətov Əkbər kişiyə pul da verirmiş ki, onu başqalarına faizə versin.

Bu məlumatları öyrənən müstəntiq Cəfər kişiyə dedi:

- Sizə əziyyət verdim, evinizə gedə bilərsiniz. İndi mənim işim Əkbərlədi.

Müstəntiq üzünü Əkbərə sarı çevirib, dilləndi:

- Ağsaqqal kişisən, ancaq yalan danışırsan. Deyirsən ki, Nemətov öldürülən axşamı evinizdə olmusunuz. Amma Cəfər kişi bunu təstiqləmədi. Gəl, özün hər şeyi səmimi etiraf elə!..

Müstəntiqin bu sözlərindən sonra Əkbər kişi rəng verib, rəng aldı. Və sifəti ağappaq oldu. Müstəntiq o dəqiqə hiss elədi ki, artıq cinayətin izinə düşüb. Bu işdə mütləq Əkbər kişinin əli var.

Müstəntiq:

- Əkbər kişi, bilirsən ki, bu qətlin üstünü nəyin bahasına olsa da, açacağam. Ancaq gəl, məni incitmə. Hər şeyi olduğu kimi danış...

Əkbər kişi:

- Oğul, deyirsən ki, Nemətovu mən öldürmüşəm? Adam da duz-çörək kəsdiyi insanı öldürərmi?!

Müstəntiq:

- Bəli, adam duz-çörək kəsdiyi insanı öldürməz. Amma Nemətovun öldürülməsindən sənin mütləq xəbərin var. Axşam yenə sənin yanına gələcəyəm. Fikirləş, hər şeyi düzgün danışarsan...

Müstəntiq Əhmədov Əkbər kişigildən çıxıb, onun qayınatasıgilə tərəf maşın sürdü. On-on beş dəqiqədən sonra onların qapısına çatdı. Həyətdə Əkbərin qayınatası Əbdül kişi və onun qızı Gültəkiniydi. Müstəntiq Əkbərin ailəsini və uşaqlarını qayınatasıgildə görəndə, sevindi. Düşündü ki, artıq hər şey yavaş-yavaş üzə çıxır. Yavaş-yavaş üzə çıxan o idi ki, kələfin ucu ələ keçmişdi...

Əkbərin qayınatası müstəntiqi həyətdə görəndə, təəccübləndi. Təəccübləndi ki, ilin-günün bu vaxtında müstəntiq Əhmədov hardan çıxdı. Amma müstəntiq Əhmədov hər qapıya getməzdi. Demək bu qapıya gəlimişdisə, nəsə bir əmma vardı...

... Müstəntiq maşından düşüb Əbdül kişiyə yaxınlaşdı və dedi:

- Əbdül dayı, sənin beş-on dəqiqə vaxtını alacağam. Deyə bilərsənmi, Nemətov öldürülən axşamı Əkbərin uşaqları sizdə olub, yoxsa öz evlərində?!

Əbdül kişi bu sualdan çaşdı. Sonra özünü ələ alıb dedi:

- Əhmədov, həmin axşamı mənim qızım da, nəvələrim də bizdə olub. Amma Əkbər bizdə olmayıb.

Müstəntiq Əbdül kişiyə bir neçə sual da verdi və bu suallardan Əbdül kişi heç yorulmadıda. Amma müstəntiq səhər tezdən ora-bura maşın sürdüyünə və işlədiyinə görə, bərk yorulmuşdu. Bu yorğunluq onun gözlərindən hiss olunurdu. Əbdül kişi üzünü müstəntiqə tutub, dilləndi:

- Ay oğul, gözlərindən yorğun adama oxşayırsan, bəlkə uşaqlar bir stəkan çay gətirsin, içəsən və yorğunluğun canından çıxa.

Müstəntiq Əhmədov Əbdül kişiyə qonaqpərvərliyinə görə minnətdarlıq elədi və sonra da həyətdən çıxıb öz maşınına əyləşdi və maşını birbaşa prokurorluğa sürdü.

Prokurorluğun binasına girib, pilləkənlərlə ikinci mərtəbəyə qalxdı. Öz otağına keçmədən prokurorun qəbul otağına döndü. Katibə qıza dedi ki, prokurora bildir, müstəntiq Əhmədov gəlib. Katibə qız daxili telefonla prokurora müstəntiqin gəldiyini dedi. Prokuror qıza:

- Buyursun içəri, - dedi.

Müstəntiq prokurorun otağına keçib salam verdi. Prokuror hiss etdi ki, müstəntiq nəsə kələfin ucunu ələ keçirib. Ona görə də üzünü Əhmədova çevirib səni dinləyirəm, deyə bildirdi.

Müstəntiq Əhmədov aldığı ifadələri prokurora göstərdi və sevinclə dilləndi:

- Artıq kələfin ucunu ələ keçirmişəm. İlkin izahatları və ifadələri almışam. Şübhələndiyim şəxs Əkbər kişi kəkəliyə-kəkəliyə danışır. Məlum oldu ki, onun qətildən xəbəri var. Gəldim sizin yanınıza deyəm ki, sanksiya verəsiniz, Əkbər kişini həbsə alım.

Prokuror müstəntiqi dinləyəndən sonra fikirləşdiyini dilinə gətirdi:

- Birdən yanlış addım atarsan, sonra nə cavab verərik. Günahsız bir adamı tutduğumuza görə, məsuliyyət daşıyarıq - deyə müstəntiqə bir daha müraciət etdi.

Müstəntiq isə çox inamlı danışdı. Bütün bunlardan sonra prokuror Əkbərin həbsə alınması ilə bağlı məhkəməyə təqdimat yazdı. Həmin günü Əkbər həbsə alındı və axşam saatlarında müstəntiq Əhmədova verdiyi ifadəsində bildirdi ki, Nemətovu gecə saatlarında mən boğmuşam. Nemətovu boğarkən əlinə geydiyi əlcəkləri də istintaqa təhvil verdi. Üstəlik evdən götürdüyü yarım kilo qızılı və 200 min manat pulu da gizlədə bilmədi.

Müstəntiq Əhmədovun çiynindən elə bir ağır yük götürülmüşdü. O ağır yük neçə gün idi onun çiynindəydi. Hər dəfə prokurorun tənəli baxışlarını görəndə o dünyanı görüb qayıdırdı. O dünyanı görüb qayıtmaq da elə-belə asan deyildi. Çünki prokurorun bir acı sözünü bir batman balla yemək olmurdu. Yazıq müstəntiq Əhmədov isə bütün bunlardan lap təngə gəlmişdi.

Yenidən ikinci mərtəbəyə qalxdı və prokurorun kabinetinə, katibəyə bir söz demədən elə özü keçdi. Bilirdi ki, artıq prokurora çox şey aydın olub. Bilirdi ki, izahatında Əkbər kişi hər şeyi olduğu kimi yazıb və etiraf edib. Prokurorun kabinetinə daxil olanda əvvəlki vaxtlarla müqayisədə bu dəfə onun çöhrəsində təbəssüm hiss etdi. Hiss etdi ki, elə prokurorun da çiynindən ağır yük götürülüb. Çünki prokuroru da hər gün yuxarıdan boğaza yığmışdılar ki, ağır cinayət hadisəsinin üstü niyə açılmır?!

Salamdan sonra prokuror dedi:

- Gördün, Əhmədov, mən səni sıxma-boğmaya salmasaydım, çiynimizdə nə boyda yük vardı. Şükürlər olsuin ki, bu yükün altından tez çıxdıq. Yoxsa hələ nə qədər əziyyət çəkməli idik. Yuxarılar bizi nə qədər danlayıb-dansamalıydı.

Müstəntiq:

- Cənab prokuror, mən inanırdım ki, qətlin üstü açılacaq. Ancaq sadəsə olaraq, buna vaxt lazım idi. O vaxt da tamam oldu və nəticədə Nemətovun qatili istintaq hərəkətləri ilə üzə çıxdı.

Prokuror ayağa qalxıb əllərini arxasında çarpazlayaraq otaqda var-gəl etdi və sonra da dilləndi:

- Düyünə düşən işlər həmişə belə olur. Əsəbimiz pozulur, vaxtımız gedir, kimlərsə də bizi yuxarıdan sıxışdırır. Biz isə gecə-gündüz bu işin üstündə baş sındırmasaq, ağır cinayətlərin izinə düşə bilmərik. İndi yaxşı işinə görə sənə təşəkkür eləyirəm. Hələ cavansan, bir müddətdən sonra sən də bu kresloda əyləşəcəksən. Bax onda görəcəksən ki, burda əyləşmək nə deməkdir. Camaat elə bilir ki, prokuror kef eləyir. Düzdür, bu vəzifənin kefi də var, damağı da. Ancaq bəzən bir ağır cinayət işi gec açılanda və yaxud üstü açılmayanda elə bil iynə üstə otururuq, yediyimiz-içdiyimiz burnumuzdan tökülür.

Müstəntiq uzun illərin prokuroru olan Əli Həsənovu diqqətlə dinləyirdi. Dinləyirdi ki, prokuror heç vaxt onunla belə səmimi söhbət etməyib. Çünki həmin günü hər ikisinin çiynindən sanki ağır bir dəyirman daşı götürülmüşdü...

FAİQ QİSMƏTOĞLU

[email protected]



İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK