Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "Çıraq"ın tüstüsü, Əkrəm Əylislinin işığı Adalet.az | "Çıraq"ın tüstüsü, Əkrəm Əylislinin işığı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Çıraq"ın tüstüsü, Əkrəm Əylislinin işığı

Nə yaxşı ki, Bakıda kitab mağazaları az imiş...

22221    |   2013-02-02 02:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Sakitlik idi, yaman sakitlik idi". Hər şey Əkrəm Əylislinin 40 il öncə "Ağaclar və adamlar"da yazdığı bu cümlədəki vəziyyətə çox oxşayırdı. Amma günlərin birində ...

Günlərin birində paytaxtdan 185 kilometr aralıda yerləşən İsmayıllı rayonundakı "Çıraq" adlı oteli yandırdılar. Haqsızlığa etiraz olaraq yandırılan "Çıraq" kütləvi aksiyaya, qarşıdurmaya yol açdı. Həbs olunanlar da oldu. Qaçan da, qovan da. Tutulanlar tutanları, tutanlar tutulanları ittiham etdi.

"Çıraq"ın tüstüsü çəkilən kimi Əkrəm Əylisliyə hücumlar başladı. Böyük yazıçının xırda şəkillərini yandırdılar. Onun əsərlərindən milyonlarla oxucuya çata bilən işığı yumurta atəşinə tutdular.

Bəlkə də ömrümdə birinci dəfə Bakıda kitab mağazalarının belə az olmasına sevindim. Dünyanın bütün mədəni şəhərlərində olduğu kimi, paytaxtımızda da kitab mağazaları çox olsaydı, indi yəqin küçədə Əkrəm Əylislinin yandırılmış kitablarından tonqallar qalanmışdı. Təsəvvür edirsiz...

Təsəvvür edirsiz, doğulan gün anası vəfat edən, böyüyəndə bir gün Bakıya oxumağa gedəcəyini, alim olacağını, bibisi Mədinəni də yanına aparacağına söz verən Sadıq bu soyuq qış havasında qurulan tonqalda necə yanır...

Sadıq savadlı olsun deyə hər əziyyətlərə qatlaşan Mədinə, çörək dükanında işləyən Mərcan, Mərcana gələn elçilərin qarşısını "voyenkomun" atı ilə kəsən Qubad, bu hərəkətinə görə Qubadı təpikləyən qəssab Əli, meyvə qurusunu rayon mərkəzinə aparan Müküş, müharibədən sağ-salamat qayıdandan sonra yeyintiyə görə tutulan Yaqub, pinəçi Səlim, Süsən xalanın əri, Haşımın atası Əlimurad. Əlimuradı vəzifədən çıxarmaq üçün rayon mərkəzindən göndərilən o zəhmli adam - "Torpaq şöbəsinin" müdiri Vəliyev yoldaş, "Bir vilayətin ki, xırmanından oğurluq oldu, o vilayətdə min il də qalsa xeyir-bərəkət olmaz" - deyən Mürid dayı, rayondan gələn məktəb müdiri Zinyət Şəkərək qızı, qışın soyuğunda da çayın o tayından bu tayına məktəbə ayaqyalın gələn Salatın, qatarla Bakıya qadınlar müşavirəsinə gedən Surət bacı, "Qorsovet Cəlilovun" qardaşı Xəzər... tonqalın içində necə can verir.

Əkrəm Əylislinin tonqalın içinə atılan kitablarındakı "Tahir müəllimin yetimlərini" - Əlabbası, Qiyası, nənəsi haqqında poema yazan Məzahiri, İsmayılı, alman qızı Vilmanı, Buzbulaqlı Qələndəri, onun ən məşhur həmkəndlisi Səlim Sahibi, Xəlil müəllimi, prorektor Faiq Məlikovu... görürəm. Tutu xanım, professor Əbdüləli Cəmşidov, yazıq Qəmər xala, onun didərgin düşən oğlu Rəfi, Molla Teyyub, Fizzə müəllimə, içdiyinə görə tez-tez tutulan Qənbər... tonqalın içindən boylanır. Nə yaxşı ki, ən gur yerinə kitablar atılan tonqaldan tüstü çıxmır, işıq çıxır, işıq. Əkrəm Əylislinin işığı.

Əkrəm Əylisli görkəmli yazıçı kimi çox mükafatlar alıb, təltiflər qazanıb. Əsərləri ən yüksək tirajla çap edilib. Əkrəm Əylisli görkəmli yazıçı kimi çox təzyiqlər görüb, yerli-yersiz çox hücumlara məruz qalıb. Ən gur səslə kitablarını yandırmaq istəyiblər. Parlamentin dünənki iclasında da ən çox söyülən elə Əkrəm Əylisli oldu.

Yaxın keçmişimizdə belə şeyləri çox görmüşük. Bu haqlı-haqsız hay-küylər, çağırışlar çəkilib gedəcək. Yenə Sadıq qalacaq, Mədinə, Mərcan, Yaqub, Qubad, Əlimurad, Mürid dayı, qəssab Əli, pinəçi Səlim, Zinyət Şəkərək qızı, ayaqyalın Salatın, Əlabbas, Qiyas, Məzahir, Qələndər, İsmayıl, alman qızı Vilma, məşhur Buzbulaqlı yazıçı Səlim Sahib, Fizzə müəllimə... qalacaq.

Əkrəm Əylisliyə qarşı başlanan bu hay-küyü, kampaniyanı müşahidə etdikcə böyük yazıçımız Yusif Səmədoğlunun məşhur əsərini xatırlayıram. "Qətl günü" romanı yadınızdamı? Şair şairin başını tələb edir. Bu gün Əkrəm Əylisli linç olunur. Yazıçının başını tələb edənlərin sırasında bəzi qələm adamlarının səsi təəssüf ki, lap bərk gəlir. Ən təhlükəlisi də bəlkə elə budu. Əkrəm Əylislinin başını qorumağı bacaraq. Bunu bacarmasaq, çoxlarının başı gedə bilər...

Etibar Cəbrayıloğlu



İmza:

YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK