viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | İNGİLTƏRƏYƏ BİLET NEÇƏYƏDİR? Adalet.az | İNGİLTƏRƏYƏ BİLET NEÇƏYƏDİR? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İNGİLTƏRƏYƏ BİLET NEÇƏYƏDİR?

39122    |   2013-02-02 02:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İşsizliyin faizinin minimuma endirildiyi, orta əmək haqqının 500 manat olduğu haqda qəzetlərdə oxuyanda harada yaşadığımı fikirləşib özümü xoşbəxt sayıram. İşsizlərimiz yox, dilənçilərimiz ötən əsrlərdə qaldı, bomjlar haqda söhbət belə gedə bilməz, "sosial yardım" məvhumu yaddaşlardan silinib, müəllimlər, həkimlər rüşvət nədir unudublar, idarə, müəssisələrdə əhalini gülərüzlə - süründürmədən hər bir sənədini qaydaya salaraq qarşılayıb, yola salırlar - bəzən heç oraya ayaq döymək lazım olmur, hər şey müasir texnikanın gücüylə həll olunur, əsgər cəbhə zonasında kefi kök, ölüm - itim yox, qocalar evi, uşaq evi hər kəsin şəxsi evindən rahat olub, diplomluların "qul bazarı"nda dayanıb iş axtarmasını ancaq xarici televiziya kanallarında seyr edirik, hər şeyin yağ kimi getdiyi bu ölkədə etiraz ediləsi bir şey qalmadığından müxalifət partiyaları da ləğv olunub, kriminal aləm süquta uğrayıb - bıçaqlanma, güllələnmə, oğurluq, quldurluq kimi cinayətlər artıq yox səviyyəsindədi, iş tapmağı bəhanə edib pritonlarda "fəaliyyət göstərənlər"in daha bəhanələri qalmadığından ölkəni tərk ediblər, müalicə üçün xaricdən bizim ölkəyə axışırlar, mütəxəssislərimizin üstündə qırğındı - Amerika deyir mən aparacam, İngiltərə, Fransa... onların təsrübəsi dünyanı heyran qoyub, futbolçularımız üçün Ərəb əmiri məbləğ yazılmamış çek göndərib, yəni, nə qədər yazırsan yaz, təki təklifi qəbul et, torpaqlarımızın tarixən bala-bala alıb, öz torpaqlarına qatan ölkələr xəcalət çəkə-çəkə torpaqlara biz az da öz torpaqlarından qatıb geri qaytarıblar... Bu, qəzetlərin yazdıqlarından gəldiyim nəticədi. Yəni, tezliklə belə olacağı...

Digər qəzetləri oxuyanda isə dünyanın sonunun yaxınlaşdığını, Azərbaycanın bir ölkə kimi yox olduğunu, işsizliyin baş alıb getdiyini, qanunla sosial yardıma ehtiyacı olanların tələb olunan rüşvət qarşısında qanuni haqlarını ala bilməmələri, bütün idarə - müəssisələrdə, hüquq mühafizə orqanlarında, səhiyyədə, təhsildə - bir sözlə bütün sahədə rüşvətxorluğun, korrupsiyanın baş alıb getməsi, xarici ölkələrin haqqımızda nalayiq fikirləri, korrupsionerlərin, oliqarxların ölkəni öz sayları qədər hissələrə ayırıb bölüşmələri, ölkənin gəlirinin ancaq bu şəxslərə aid olduğu, neftdən gələn gəlirin qara camaata dəxli olmadığı, etiraz aksiyalarının köməyi ilə bunlara son qoyma yollarının mümkünlüyü barədə şüarların səsləndirilmələri və sair çaşdırır məni. Hər iki qəzet qarşımda durur və hansına inanmalı olduğumu ayırd edə bilmirəm.

Yazıların təsirindən çıxıb çörək pulu qazanmaq üçün iş sorağına çıxıram. Korrektor - müxbir işlədiyim jurnalın baş redaktorunun müdirlə aralarında olan anlaşılmazlığı üzündən bütün kollektivi işdən azad etməsi və dörd aylıq maaşımızı kəsməsi də mənim inamımı qıra bilmir, ruhdan salmır. Optimist nəslin nümayəndəsi olduğumdan birinci qəzetdə yazılana inanmaq istəyirəm və iş axtarmağa başlayıram. Qəzetlərə korrektor xidmətimi təklif edirəm. Telefonda səsim cavan adam səsi təsiri bağışladığından (adətən belə deyirlər-F.R)dəvət edirlər. İçəri girərkən başdan ayağa məni süzüb, "Hələlik işçimiz var, ailə qurmalıdı... toyu olmalıdı... bu yaxınlarda... sizi çağıraram... və dəxli olmayan sual: Burada işləmənizə görə ailədə poblem olmayacaq? Heç nə anlamıram və hara gəldiyimi bir daha dəqiqləşdirirəm. Yox, düz gəlmişəm. Bu, respublikada az-çox hörməti olan qəzetlərdən biridi... Hələ də gözləyirəm. Ya o qızın bəxti bağlandı - toyu təxirə salındı, ya da mənim ailəmdə problem olmasını istəmədilər!

Evdən çıxmadan elanlara nəzər salıram: Ofisdə işçi tələb olunur. 25 yaşa qədər, ingilis dilini, kompüteri bilən qız... İngilis dilində orta danışıq dilindən, kompüterdən azacıq məlumatım olsa da, yaşım tələb olunanın iki qatıdı. Bunu da keçdik.

İkinci təhsilim olan mühasiblikdən istifadə etmək istəyirəm. Telefonda: Bəli, ehtiyac var, maaş iki yüz əlli manat - eşidəndə sevinmək, min bərəkət, heç olmamaqdan yaxşıdı - demək istəyirəm ki... amma ən azı üç il iş təcrübəniz olmalıdı - xəbəri sevincimi yarımçıq qoyur. Neçə illərdi staj istəyənlərin biri məni bu işə qəbul etsəydi, indi üç yox, otuz il stajım olardı... Yaxınlıqdakı marketdə satıcı yerinin boş olduğunu eşidib ora baş vururam. Üz-gözünü turşutmuş menecer(!) əslində, cavan adam götürmək istədiyini, üç yüz manat zəhmət haqqına səhər səkkizin yarısından axşam doqquzadək işləməli olacağımı, bircə dəfə nahar fasiləsində bir neçə dəqiqə işdən ayrıla biləcəyimi, səhərdən axşamadək betonun üstündə dayanarkən dizayn pozulmasın deyə (hansı dizayn, bilmədim!), ayağının altına isti bir şey atılmasına icazə verilməyəcəyini, alıcılar məni söysə, sataşsa da gülərüzlə yola verəcəyimi və işə gecikərəmsə həmin an işdən azad olunacağımı bülbül kimi ötdü... Mebel mağazasında satıcı yeri - iki yüz manat. Cavan qız tələb olunur... Restoran: cavan ofisiant qız tələb olunur. Kafe: cavan xadimə(!) tələb olunur.

Kor-peşiman gəlib oturmuşam. Yenə əlim stolun üstündəki qəzetə uzanır. Xəbər məni qane edir: İngiltərə kraliçası ll Yelizaveta qabyuyan axtarır!!! Aylıq zəhmət haqqı 20 min dollar.

Görəsən İngiltərəyə bilet neçəyədir?..

Fəridə RƏHİMLİ

f_rehimli@rambler.ru



İmza:

YAZARIN ARXİVİ

2018-06-22 : ÜMİD
2018-06-14 : ACLIQ
2018-06-08 : İLK MÜSAHİBƏ
2018-04-13 : ÜMİD QAPISI
2017-06-16 : MASKA VƏ ONUN...
2017-05-12 : TƏSADÜF
2017-04-21 : XARI BÜLBÜL
2015-04-11 : BALA DAĞI...
2014-06-21 : KƏFƏN BİZNESİ
2013-11-30 : AYI XİDMƏTİ...
2013-09-21 : UCUZ ÖLÜM
2013-07-06 : ANAMIN ƏTRİ
2013-06-08 : ŞİLLƏ MASAJI
2013-02-16 : AD GÜNÜ
2012-12-08 : ZƏİF DAMARIMIZ
SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK