ANA SƏHİFƏ / YAZARLAR

HƏKİMLƏRƏ İNAM AZALIR...

33307    |   2016-07-02 09:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Bir vaxtlar çoxlarının məmləkətimizdəki həkimlərə çox böyük inamı və etibarı vardı. Bu inam və etibar birdən-birə yaranmamışdı. Bəyənmədiyimiz Sovet dönəmində heç bir həkim ən ağır vəziyyətdə can üstdə olan xəstəyə deməzdi ki, sən bir neçə gündən sonra öləcəksən. Həkim bilirdi ki, belə ağır xəstələr son günlərini və son saatlarını yaşayır. Amma xəstənin ürəyindəki ümid işığına inamı heç vaxt qırmaq istəmirdi...
Son 20 ildə isə səhiyyə sistemində vəziyyət ürəkaçan deyil. Sanki göy üzünü qara bulud necə alırsa və sonra da ya yağış, ya da dolu yağırsa, bax indi də Azərbaycan səhiyyəsi belə bir çətin və mürəkkəb anlarını yaşayır. Və onun üstünü qara buludlar alıb. Düzdür, səhiyyəmizdə kifayət qədər istedadlı, təmiz, vicdanlı həkimlər var. Amma gəlin onunla razılaşaq ki, tamahkarlar və öz maraqlarını düşünənlər belələrindən qat-qat çoxdur. Elə biz insanlar da bu cür tamahkar və hətta xəstə ayağını qaşıyanda belə onun cibinə göz dikən və nəsə uman həkimləri çox görmüşük. Sanki onlar xəstələrə pasiyent kimi yox, gəlir mənbəyi kimi baxır. Kimin pulu var ona qayğı göstərir, diqqət edir, pulu olmayan xəstələrə isə fikir vermək belə istəmirlər. Ağır vəziyyətdə və ölüm ayağında əməliyyata ehtiyacı olan xəstəni cərrahlar əməliyyata götürmürlər ki, bəs onun sahibi gəlib çıxsın və ondan sonra işə başlasınlar. Əgər xəstənin sahibi vaxtında gəlib çıxmırsa, hər şey qalır Allahın ümidinə, bir də həkimin insafına...
Salyandakı hadisə istər-istəməz səhiyyəmizdə nə qədər boşluğun olduğunu bir daha göstərdi. Belə ki, Salyan şəhər Mərkəzi Xəstəxanasında üçəm dünyaya gəlir. Onların vəziyyəti ağır olduğu üçün xəstəxanadakı aparata qoşurlar. Bir müddət keçir, xəstəxanının işığı sönür və üçəmlərdən ikisi oksigenə çatışmazlığından dünyasını dəyişir. Üçüncü uşağı isə təcili Bakıya çatdırırlar. Hansı ki, həmin xəstəxananın əsaslı təmiri üçün dövlət milyonlarla pul xərcləyib. Dövlətin ayırdığı pullar isə sağa-sola xərclənib, heç "uf" da deyilməyib. Belə vəziyyətdə, yəni işıqlar sönəndə istər-istəməz xəstəxanadakı generator işə salınmalıdır. Həmin generator isə nasaz vəziyyətdə olduğuna görə işə düşməyib... Qəribə də olsa xəstəxananın baş həkimi belə bir anda məsuliyyətdən yaxasını kənara çəkir. Hansı ki, işıqların söndürüləcəyi ilə bağlı müvafiq qurum öncədən lazımi təşkilatlara xəbərdarlıq edib. Lazımi təşkilatlar bunu qulaqardına vurub və öz vəzifəsinə səhlənkar yanaşıb. Yazı çapa hazırlanarkən öyrəndik ki, Bakıdakı xəstəxanaların birində müalicə olunan üçüncü uşaq da dünyasını dəyişib.
Düzdür, həkimlər bildirirlər ki, həmin uşaqlar dünyaya gələrkən bir çox problemlər yaşanıb. Bu o demək deyil ki, belə bir şəraitdə kimlərsə sudan quru çıxmalıdır. Əgər xəstənin vəziyyəti əvvəlcədən kafi deyildisə, gərək bu barədə həkimlər onları məlumatlandıraydı və Bakıya göndərəydi. Hadisələr isə göstərir ki, həkimlər bu addımları atmayıblar.
Ümumiyyətlə, son günlər bir-birinin ardınca Azərbaycan səhiyyəsində indiyə qədər baş verməyən qeyri-adi hadisələr yaranıb. Ən təəccüblüsü odur ki, Tobçubaşov adına Klinik Cərrahiyə Xəstəxanasının mikrocərrahiyyə korpusunda cərrah həkim xəstənin sağlam ayağını kəsib. Belə hadisə bəlkə də son vaxtlar baş verməyib və nadir hadisələrdən sayıla bilər. Hər hansı xəstənin üzərində əməliyyat aparılmamışdan öncə müayinələr, konsilium edilir. Həkimlərin rəyindən sonra xəstə əməliyyat stoluna götürülür. Və orda cərrahla yanaşı digər həkimlər də, köməkçilər də iştirak eləyirlər.
Mikrocərrahiyyə xəstəxanasının direktoru Azər Şəmsəddinski çox tanınmış və istedadlı cərrahdır. Onun özü də bəyan edir ki, həkim mənim yanıma gəlib xəstənin sağlam ayağını kəsdiyini deyəndə çox gərgin anlar yaşadım. Bu necə ola bilərdi? Cərrahın kifayət qədər təcrübəsi var və üstəlik də bu onun birinci əməliyyatı deyil. Sadəcə olaraq, burda onun səhlankarlığı baş verib və cərrah çox böyük səhv edib. Düzdür, həkimlər də səhv eləyə bilər. Amma bu cür səhvlər heç bir həkimə haqq qazandıra bilməz.
83 yaşlı qadının ikinci ayağını Azər Şəmsəddinski özü əməliyyat eləyib. Hər şey də uğurlu alınıb. Deyə bilərlər ki, iki ayağını itirən xəstənin hansı uğurlu əməliyyatından söhbət açmaq olar? Ancaq gəlin bir az ədalətli olaq. Vicdanlı və savadlı həkimlərin üstünə yeriməyək. Ən azından ona görə ki, mən şəxsən professor Azər Şəmsəddinskini az-çox tanıyıram və bilirəm ki, o, nə qədər ədalətli, peşəkar və vicdanlı həkimdi. Mənim həyat yoldaşımın çox pis vəziyyətdə olan iki ayağını Azər Şəmsəddinski əməliyyat eləyib. İndi şükür Allaha, 4 ildir ki, yoldaşım normal gəzir, hərəkət edir və həmişə də professor Azər Şəmsəddinskiyə duaçıdır. Bu cür həkimlərimiz barmaqla sayıla bilər və biz onları qorumalıyıq.
Məsələnin bir tərəfi məsuliyyətsiz və diqqətsiz həkimlərə yönəlib, bir neçə gün bundan əvvəl isə Sumqayıtda 81 yaşlı cərrah həkim gənc xanımın üzərində əməliyyat aparıb. Öd daşı ilə əlaqədar aparılan bu əməliyyat uğursuz alınıb. Xanımın vəziyyəti ağırlaşıb, onu reanimasiyada yerləşdiriblər. Amma burdakı köməklik xəstənin həyatını xilas edə bilməyib. Xəstə sahiblərinin dediyinə görə, cərrah əməliyyat apararkən səhvə yol verib. Təbii ki, bu səhvi isə xəstənin ölümü ilə nəticələnib. Bizi düşündürən bir məsələ var. Ola bilər 81 yaşlı cərrah çox təcrübəli olub. Amma yaş öz sözünü deyir. Aydındır ki, bu məsələdə məsuliyyət Səhiyyə Nazirliyinin və xəstəxananın baş həkiminin üzərinə düşür.
Gündə bir atestasiya keçirirlər. Kimlərisə işdən çıxarıb başqalarını onun yerinə gətirirlər. Bəs 81 yaşlı, əlləri əsən bu cərrahı belə əməliyyatlara buraxarkən baş həkim və Səhiyyə Nazirliyi görəsən dərindən düşünürmü? Bu suallara Səhiyyə Nazirliyi özü aydınlıq gətirməli və mövcud vəziyyətlə əlaqədar ictimaiyyətə məlumat verilməlidir.
Gəlin onunla razılaşaq ki, bu gün insanların çoxunun həkimlərimizə inamı azalıb. Ən azından ona görə ki, son vaxtlar xəstəxanalarda bir-birinin ardınca ölüm hadisələri baş verməkdədir. Elə bundan qorxan imkanı olan və imkanı olmayan insanlar da xarici ölkələrə üz tuturlar. Bir balaca beş-on manat pul tapan xəstəsini götürüb İrana qaçır. Niyə qaçır, nə üçün qaçır? Bu sualların cavabını əlaqədar təşkilatlar arayıb axtarmalıdılar.
Əksər baş həkimlər münasibət əsasında vəzifəyə təyin olunur. Yəni kimin yuxarılarda adamı, beş-on manat pulu varsa, belələri çox asanlıqla öz istəklərinə qovuşurlar. Amma savadlı, təmiz həkimləri çox vaxt gözüm-çıxdıya salır, baş həkimə "hörmət" eləyə bilmədiyinə görə, hətta onu işdən belə çıxarırlar. İstedadlı, savadlı adamlar bəzi hallarda vəzifəli şəxslər tərəfindən qəbul edilmir, onlar incidilirlər. Mən həkim tanıyıram ki, Bakıda ona işləməyə imkan verməyiblər, o da başını götürüb çıxıb gedib. Onun yerinə gələn həkimsə baş kəsib qan töküb. Yəni hər hansı xəstə yanına gələndə onun cibinə baxır və sonra da müalicə yazıb. Vay o gündən ki, cibində bir şey olmasın və sən də həkim yanına gedəsən. Bax, bu çox ağır və üzücü məsələdir.
Biz səhiyyəmizdə olan bəzi qaranlıq məqamları yada salırıq. Yaxşı olar ki, bu qaranlıq məqamların üzərinə Səhiyyə Nazirliyi işıq salsın, vicdanlı, peşəkar və dünya malında gözü olmayan həkimlərə meydan versin. Bax onda həkimin əlində sağlam xəstə ölməz və həkimlərdən də bu qədər giley-güzar yaranmaz...


YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-26
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu,babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK