ANA SƏHİFƏ / YAZARLAR

Millət vəkilinin Qarabağ istəyi

204769    |   2016-06-17 00:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Vüqar Tofiqli

21 iyun tarixi II Dünya Müharibəsinin dəhşətli və faciəli bir dövrünün başlanğıcı kimi yaddaşımızda dərin izlər buraxıb. 700 min nəfər vətəndaşımızı itirsəkdə, sonda neftimizin hesabına bu müharibədə qalib çıxa bildik.

Bu gün 21 iyun bir qədər kədərli notlarla xatırlansada, bu tarix həmdə Azərbaycana dahi şəxsiyyətlər bəxş etdiyi gün kimi də yaddaşlarda qalacaqdır.  

Əvvəllcədən deyim ki, haqqında danışdığım şəxs on il ərzində rəhbərim olub. Məhz bu şəxsin rəhbərliyi ilə bu müddət ərzində Qarabağla bağlı layihələr istisna olmaqla onlarca layihənin icrasında iştirak etmişəm. Artıq bir yerdə çalışmıram. İki ilə yaxındır ki, ixtisara düşdüyümdən həyatımın yeni mərhələsi başlayıb.  Odur ki, bu gün bu yazını daha ürəklə yaza bilərəm. Bir daha təkrar edim ki, yazını yazmaqda əsas məqsədim tam başqadır. Etiraf etməliyəm ki, iki dəfə  şəxsi  xahişimi yerinə yetirdiyinə görə də yazmıram.  Açığı qəhrəmanımın buna heç ehtiyacı da yoxdur. Çünkü onun üçün bu yaxşlılıqların edilməsi adi bir hala çevrilib...

Qəhrəmanımın Qarabağı özündən də artıq sevməsi, 25 illik dövrdə ilk dəfə olaraq məhz onun təşəbbüsüylə ASPA kimi mürəkkəb bir siyasi orqanda Azərbaycanın xeyrinə qərarın çıxarılmasına nail olduğu üçün özümə borc bildim ki, yubileyi münasibətiylə təbrikimi məhz bu yazıyla bildirim.   

Söhbət Elxan Süleymanovdan gedir. O şəxsdən ki, bu gün AVCİYA təşkilatının rəhbəri, həmdə millət vəkilidir.

On il müddətində dəfələrlə görüşdüyümdən, müxtəlif səpgili tapşırıqlar aldığımdan  Elxan Süleymanov xarakterinin  bəzi məqamlarına toxunmaq istərdim.

Elxan Süleymanov daim qurub yaratmaq eşqiylə yaşayır. Qarşısına qoyduğu məqsədə çatanadək çalışır. Azsaylı kollektiviylə, deyərdim nazirlik qədər iş görmək və idarəetmək bacarığına sahibdir.

"Sərsəng” layihəsi, Xocalı soyqırımının tanıdılması istiqamətində atılan addımlar, hətta ilkin fəaliyyət dövründə Bakının qəhrəman şəhər kimi tanıdılması ən yadda qalan layihələrdəndir. Xüsusiylə qeyd etməliyəm ki, bütün layihələrin mövzusu və keçirilmə  təşəbbüsü məhz özünə məxsusdur. Sərsəng su ambarıyla bağlı ardıcıl olaraq  Avropa tribunasından qaldırdığı məsələlər nəhayət ki bəhrəsini verdi...

Görüşlərdə hər söhbət düşəndə özünün ağır günlər yaşadığını  kövrək notlarla danışması, valideynlərinin erkən itirməsi, çətin məktəb illəri, pedməktəbdə oxuması zamanı üzləşdiyi hadisələri gənclərə həvəslə danışır. Danışır ki, ibrət götürsünlər, nəticə çıxarsınlar. Deyərdim ki, bəlkə də həyatının hər bir dövrü  cildlərlə kitabların mövzusu ola bilər.

Hələ  ürəklənib Nikata Xruşşova məktub yazmasının isə maraqlı tarxişəsi var. 

Görüşlərin birində danışır ki, məktəbi bitirib iş axtarıram, amma heç yerdə iş vermirlər. Kirəkeş qaldığım yerdən isə  pulum qurtardığımdan çıxmaq məcburiyyətindəydim.  Belə bir məqamda Nikita Xruşova allı-yaşıllı məktub yazdım. Ozüdə rus dilində. Heç bir həftə keçmədi ki, məni komsomolun mərkəzi komitəsinə çağırdılar. Sorğu-suala tutdular, gördülər ki, heç bir qərəz-filan yoxdu. Elə həmin gündə yeddi saylı məktəbə pioner baş dəstə rəhbəri təyin etdilər.

Sevincimin həddi hüdudu yox idi.

Bu  mənim ilk qələbəm idi...

İnstituta qəbul olub oxuması isə həyatının ən maraqlı dövrü hesab etmək olar...

Hələ qəhrəmanımı qarşıda neçə neçə uğurlar gözləyirdi. Həyatında xalq artisti Mirzə Babayevin də rolu olduğunu deyir...

Maraqlı insandı. Müxtəlif xarakterli, özüdə unikal xarakterli, müxtəlif ranqlı insanları bir çətir altına  cəlb etməklə işlətməyi, deyərdim yalnız Elxan Süleymanov  bacara bilər...

Bu gün Şamaxıdan seçilən millət vəkili kimi özünü şamaxılı hesab edir. Altıncı ildir ki, bu rayonu Milli Məclisdə təmsil etməsiylə fəxr edir.

Şamaxıda da onlarca layihə icra etməkdədir. M.Ə.Sabir yaradıcılığına həsr olunan Bədii  qiraət müsabiqəsinin   keçirilməsi deyərdim  Elxan Süleymanovun ən uğurlu layihəsidir.

Seyid Əzim Şirvaninin Qəbrüstü abidəsinin yenidən götürülməsi, kəndlərə su xəttlərinin çəkilişinin  həyata keçirilməsi...

Saydıqca qurtarası deyil.

Beləliklə, ürəyi  daim gənclik eşqiylə döyünən Elxan Sülemanovun bu gün 75 yaşı tamam olur.

Nəyi arzulayardım Elxan müəllimə.

Birincisi   ağacın kökü olduğu kimi, insanında zatı kökü olmalıdır. Olmayanda belə insan həyatda özünə yer tuta bilmir və tez sıradan çıxarılır. Qəhrəmanımın babası Hacı Rəhim Əfəndi  dövrünün tanınmış şəxsiyyəti olub.

Burada haşiyə çıxım ki, Hacı Rəhim əfəndi Məhəmməd oğlu 1862-ci ildə Göyçay qəzasının Qaraman kəndində anadan olub. Hacı Rəhim Əfəndi 1889-cu ildə Türkiyəyə səfər edir. Təhsil alıb göğma kəndinə qayıtdıqda atdığı ilk addım məscid  və mədərəsənin tikintisini həyata keçirmək olur.  1891-ci ildə kənd camaatı və şəxsən onun iştirakı ilə məscidin və mədrəsəinin təntənəli açılışı keçirilir. Məqsəd kənd uşaqlarını mədrəsəyə cəlb etməklə onlara təhsil vermək idi.

Bu   gün Hacı Rəhim Əfəndinin ruhu rahat ola bilər.  Çünki  nəvəsi  Elxan Süleymanov məscid  kompleksini əsaslı təmir edərək yenidən kənd camaatının  istifadəsinə verib. Bu da bir xöşbəxtlikdir ki, Elxan müəllimə qismət olub.

Bu günlərdə Sabir Rüstəmxanlının Musa  Yaquba həsr etdiyi şeirdə belə bir məqam var:

Lap elə ucaldın Ay səhrasına,

Elə bilirsən ki, Yer əl çəkəcək?

Düz ol, müqəddəs ol, peyğəmbər kimi

Qeybət yorulacaq, Şər əl çəkəcək?...

Sozsüz ki, son on ildə bu misraların sonuncu bəndi E.Süleymanova da tuş gəlib, özü də dəfələrlə. Amma zatı kökü və hörməti olduğundan bu məqamları çox ustalıqla yola verə bilib...

Bu gün ad gününü qeyd edən ağsaqqalım Elxan Süleymanova ən böyük arzum isə onun Qarabağı azad görmək istəyinin tezliklə kerçəkləşməsini şəxsən görməsidir.

P.S. Məni Elxan Süleymanov komandasına cəlb etdyi üçün ilk növbədə Altay Zahidova təşəkkür edirəm.



İmza:

YAZARIN ARXİVİ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-12
13:27 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Rəhmətlik Surxay Əlibəyli pul xərcləyən, yeyib-içən oğlan idi. Dost-tanışa qonaqlıq verəndən sonra çıxıb oturur taksiyə, evə getmək üçün.

Taksi sürücüsü soruşur:

- Brat, hara sürüm?

- Ağdama.

Sürücü:

- Brat, Ağdam var ki?

Surxay Əlibəyli:

- Qaqa, Ağdam yoxdusa, deməli, hər yer cəhənnəmdi, sür cəhənnəmə.




digər lətifələr
ARXİV
FACEBOOK