SON DƏQİQƏ:

İKİ KƏLMƏ SÖZ

  49604   |  
Şriftin ölçüsü  
Dünən Nemət Veysəlli gəlmişdi. Xatırladım ki, Nemət çox səliqəli adamdı. Gəlməmişdən bir gün öncə mütləq zəng edir, vaxt müəyyənləşdirir və dediyi vaxtda da gəlir. Onun bu səliqəsinə vurulmuşam. Hər dəfə də özüylə bir qucaq Qarabağ havası, Füzuli ovqatı gətirir...

Dünən Nemət Veysəlli gəlmişdi, amma bu gəlişi əvvəlkilərdən fərqli idi. Nə qədər zarafat etməyə çalışsam da, onun bu qəribə halı nə gözümün önündən çəkilmir, nə də canımdan çıxmır. Nemət Veysəlli tamamilə fərqli bir durumda idi. Mən onu heç belə görməmişdim. Yox, deyəsən yanıldım, onu bir dəfə də "Körpü" qəzetində işlədiyi vaxt (mən onda Xankəndidən gəlmişdim - Ə.M.) məndən müsahibə götürəndə belə görmüşdüm. Çox həyəcanlı, bir az əsəbi, bir az da içindəkiləri adamın üzünə çırpmaq hikkəsi vardı Nemət Veysəllidə.

Bu dəfə də elə idi. Üstəlik bu dəfə o, həm də ürəyində, çiynində daşıdığı hansısa bir yükün bir qamqalağını masamın üstünə qoymağa gəlmişdi...

Nemət Veysəlli cəmi iki-üç dəqiqə oldu otağımda və dediyi sözlər də birər-birər qaldı yaddaşımda:
-Bir yazı gətirmişəm. Qarabağ hadisələri başlayandan bu günə qədər yaza bilmədiklərimdən bir yazı... Bax, oxu, məsləhət bilsən... Yaman çətin yazdım bu yazını. Az qala beş aya. Bilmirəm... hər nəysə, özün görəcəksən.

Sonra mövzunu dəyişdi:

-Uşaqlar, balalar nətəərdi? Özündən muğayət ol, di salamat qal....
Elə beləcə də dedi, əlimi sıxdı və çıxıb getdi. Düzünü deyim ki, dözə bilmədim. Dərhal da səksən səhifəlik yazını gözdən keçirdim. Oxumadım ha, eləcə vərəqləri gözlərimə köçürdüm. Çünki ilk cümlədən mən Nemət Veysəllinin ovqatına kökləndim, doğulduğum Tuğ kəndinə getdim, birgə yaşadığımız erməniləri, bir məktəbdə oxuduğumuz ermənu uşaqlarını, bir sözlə o illəri anbaan gözlərimin qarşısından keçirdim. Sonra işğalı, müharibəni, Xankəndini, "Azərbaycan ordusu" qəzetindəki xidmətimlə bağlı şahid olduqlarımı, daha nələri, nələri xatırladım. Və...
Hə, dünəndən kökləndiyim və unuda bilmədiyim Nemət Veysəllinin hal-əhvalı mənim yaxamı əlindən buraxmır. Mən masamın üstünə ürəyinin daşıdığı yükün bir qamqalağını qoyub getmiş Nemət Veysəllinin yazısını sizə də təqdim edirəm. Mənə elə gəlir ki, bu yazı daha çox qarabağlılar üçün, yurd-yuvasını itirənlər üçün, bir sözlə, hər birimiz üçün bir ismarışdı, onlara - Özünə qayıt! - deməkdir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 21, 19, 17, 14, 12, 11, 07 05, 03,
October: 31,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK