“Qarabağ” bir gecəyə neçə milyon qazandı?
Xəbər verdiyimiz kimi, “Qarabağ” ötən gecə UEFA Çempionlar Liqasının əsas mərhələsində “Ayntraxt”ı 3:2 hesabı ilə məğlub edib.
Adalet.az-ın məlumatına görə, bu qələbə təmsilçimizə 2.1 milyon avro (təxmini 4.2 milyon manat) qazanc gətirib.
Belə ki, UEFA liqa mərhələsində hər qələbə üçün 2,1 milyon avro mükafat ayırır.
“Qarabağ” liqa mərhələsinə düşdüyünə görə ümumilikdə 23 milyon 700 min avro (47 milyon 735 min manat) qazanmışdı.
Daha sonra keçirilən oyunlarda “Benfika”nı 3:2, “Kopenhagen”i isə 2:0 hesabı ilə məğlub edən “Qarabağ” bu nəticələr sayəsində əlavə olaraq 4,2 milyon avro (8 milyon 300 min manat) qazanaraq ümumi gəlirini 27 milyon 970 min avroya (55,8 milyon manat) çatdırmışdı.
Bu rəqəmin üzərinə Ağdam təmsilçisinin liqa mərhələsində “Çelsi” ilə heç-heçəsini (700 min avro) və “Ayntraxt” üzərindəki qələbəsini də gəlsək (2,1 milyon avro), klubumuzun liqa çərçivəsində indiyədək qazandığı ümumi məbləğ 30 milyon 770 min avroya, yəni təxminən 61,4 milyon manata yüksəlib.
Digər Xəbərlər
19 Fevral 2026 00:23
Bu qola görə məyus olduq - "Nyukasl"ın baş məşqçisi
19 Fevral 2026 00:07
Qurban Qurbanovdan İLK AÇIQLAMA - VİDEO
19 Fevral 2026 00:03
Elvin Cəfərquliyev Çempionlar Liqasının tarixinə düşdü
18 Fevral 2026 23:41
"Qarabağ" Bakıda "Nyukasl"a böyük hesabla uduzdu
18 Fevral 2026 15:07
“Qarabağ”ın futbolçuları Çempionlar Liqasının ən sürətliləri sırasında
18 Fevral 2026 14:48
Üç klub azarkeşlərinə görə cərimələndi
18 Fevral 2026 13:36
ABŞ səfirliyi Nəriman Axundzadəni təbrik etdi
18 Fevral 2026 12:10


Bakı -°C

