Sahibə Qafarova: Azərbaycanla İspaniya arasında fəal siyasi dialoq mövcuddur
Son dövrlərdə Azərbaycan və İspaniya arasında fəal siyasi dialoq mövcuddur.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda səfərdə olan İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias ilə brifinqdə deyib.
Spikerin sözlərinə görə, bu da ikitərəfli əlaqələrin mövcud vəziyyətinin və gələcək perspektivlərinin ətraflı müzakirəsinə imkan yaradır:
"Bir sıra istiqamətlər üzrə uğurlu əməkdaşlıq var və bunun daha da genişləndirilməsi, yeni istiqamətləri də əhatə etməsi üçün yaxşı fürsət mövcuddur. Eyni zamanda müqavilə-hüquq bazasının genişləndirilməsi üzərində iş aparılır".
S.Qafarova bildirib ki, elm, təhsil və mədəniyyət sahələrindəki əməkdaşlıq da olduqca vacibdir:
"Bu sahələrdə əlaqələrin gücləndirilməsi iki xalqın xüsusən gənclərin bir-birini daha da yaxından tanımasına və yaxınlaşmasına imkan yaradacaq".
O, həmçinin parlamentlər arasındakı əlaqələri daha da genişləndirmək üçün yaxşı imkanlar olduğunu da diqqət çəkib:
"Konqres sədrinin bu dəfəki səfəri həmin imkanlardan istifadə etmək niyyətimizi bir daha təsdiq ed
Digər Xəbərlər
19 Fevral 2026 13:11
ABŞ-Azərbaycan əməkdaşlığının yeni mərhələsi postmünaqişə dövründə etimadı artırır - ŞƏRH
19 Fevral 2026 11:41
Trampın İrandan üç tələbi var – Politoloq
19 Fevral 2026 11:13
“Manevrli müharibə strategiyası siyasi idarəetməmizlə həyata keçirildi...”
19 Fevral 2026 09:55


Bakı -°C

