Özbəkistan və Türkiyə hərbi əməkdaşlıq müqaviləsi imzaladı
Özbəkistan müdafiə naziri Şuxrat Xalmuxamedov və Türkiyə müdafiə naziri Yaşar Gülər Ankarada 2026-cı il üçün hərbi əməkdaşlıq müqaviləsi imzalayıblar.
Adalet.az xəbər verir ki, bu barədə Özbəkistan KİV məlumat yayıb.
Tərəflər məhdud formatda görüşərək regional təhlükəsizlik, müdafiə sənayesinin inkişafı və iki ölkənin Silahlı Qüvvələri arasında fəaliyyətlərin əlaqələndirilməsi məsələlərini müzakirə ediblər.
2026-cı il üçün əməkdaşlıq müqaviləsinə hərbi hissələr arasında birgə təlimlərin təşkili, təcrübə mübadiləsi, eləcə də hərbi tibbin inkişaf etdirilməsi planları daxildir.
Xatırladaq ki, Özbəkistan hakimiyyəti ölkənin Müdafiə Doktrinasında dəyişikliklər etmək niyyətindədir. Hökumət həmçinin Milli Təhlükəsizlik Konsepsiyasını da yenidən nəzərdən keçirməyi planlaşdırır.
Digər Xəbərlər
19 Fevral 2026 09:45
"NATO-ya qoşulmaq üçün hər şeyi etmişik" - Zelenski
18 Fevral 2026 20:31
ABŞ İrana böyük hücuma başlayacaqmı? - Ehtimallar
18 Fevral 2026 20:02
Ermənistanda atışma: ölən və yaralananlar var - VİDEO
18 Fevral 2026 15:10
Türkiyəsiz mümkün deyil - Ərdoğan
18 Fevral 2026 14:33
Cenevrədə Ukrayna üzrə üçtərəfli danışıqlar başa çatdı - YENİLƏNİB
18 Fevral 2026 14:30
Zelenski: Rusiya danışıqlar prosesini uzatmağa çalışır
18 Fevral 2026 13:44
Zelenski Lukaşenkoya qarşı sansiyalar paketi tədbiq etdi
18 Fevral 2026 10:59


Bakı -°C

