Suriyadan gətirilən ailə sosial xidmət müəssisəsinə yerləşdirildi
Azərbaycanın Suriyadan gətirdiyi daha 5 nəfər (ana və 4 övladı) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin (SXA) sosial xidmət müəssisəsinə yerləşdirilib.
Bu barədə Adalet.az-a agentlikdən məlumat verilib.
Qeyd olunub ki, repatriasiya olunmuş şəxslərə ilkin tibbi, sosial-psixoloji dəstək göstərilib.
Növbəti mərhələdə isə SXA-nın sosial işçiləri və psixoloqları onların yaşadıqları ünvana gedərək, təfsilatlı qiymətləndirməsini aparacaq. Hər bir repatriantla bağlı fərdi inkişaf planı hazırlanaraq, həmin plan əsasında aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində onlarla bağlı dəstək tədbirləri davam etdiriləcək.
Həmçinin bildirilib ki, son illərdə Agentlik ölkəyə repatriasiya edilmiş 600-ə yaxın şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib. Onlardan hazırda 63 repatriantla sosial reabilitasiya işi davam etdirilir.
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

