Saatlıda 6 kq narkotik vasitə aşkarlandı - VİDEO
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 34 yaşlı Alxan Ağarəhimov və 35 yaşlı Elvin Mehdiyev saxlanılıblar.
Adalet.az xəbər verir ki, onlardan 6 kiloqrama yaxın narkotik vasitə olan həşiş və marixuana aşkarlanıb. Alxan Ağarəhimov və Elvin Mehdiyev sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanıb, onlar barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlər nəticəsində bir nəfər rayon sakini qanunsuz olaraq saxladığı avtomatı polisə təhvil verib.
Digər Xəbərlər
22 Yanvar 2026 10:07
Xankəndidə avtoxuliqanlıq edən şəxs həbs olundu - VİDEO
21 Yanvar 2026 17:02
Ağcabədidə əməliyyat - Bir nəfər həbs edildi - VİDEO
21 Yanvar 2026 12:32
“Range Rover”lə təhlükəli manevr edən sürücü həbs olundu - VİDEO
21 Yanvar 2026 11:53


Bakı -°C

