SON DƏQİQƏ:

BU DA iLiN SONU

  33010   |  
Şriftin ölçüsü  
Hər şeyin sonu olduğu kimi, ilin də sonu qaçılmazdır. Bunu bilə-bilə biz bu qaçılmaz olan həqiqəti hərdən elə bir formada, elə bir təmtəraqda təqdim edirik ki, guya ilin sonu həyatımızda bircə dəfə olur. Guya elə bu ilin sonu ilə hər şey bitib qurtarır. Ammag
   
   Mən ilin son yazısını yazmamışdan öncə xeyli götür-qoy etdim. Əvvəlcə fikirləşdim ki, il ərzində yazdığım bütün yazıların sadəcə adlarını öz səhifəmdə oxuculara yenidən xatırladım. Guya bu oxucuya nəsə verəcək. Amma əslində oxucu onsuz da nəyi oxuyub, nəyi yadında saxlayıbsa, özü məndən yaxşı bilir. Sadəcə mən bu məqamlara toxunmaqla oxucunun könlünə bir az da yaxınlaşmaq, onu gələn ilə xoş ovqatla yola salmaq istəyinə düşdüm. Lakin unutdum ki, mənim ovqatımla oxucunun ovqatı heç vaxt bütün parametrlərlə üst-üstə düşə bilməz, mümkün də deyil. Çünki oxucu da, mən də bütün parametrlərlə fərqli dünyalarıq. O dünyaların sadəcə olaraq uyğun gələn, oxşar olan məqamları bizi birləşdirir. Nə isəg
   
   Deməli, ilin son günündə oturub 12 ayı, 365 günü anbaan vərəqləmək, sətirbəsətir gözdən keçirmək bir az ağır yükdü, hətta bir az da cəzadı. Çünki o yük xatırlandıqca daha da ağırlaşır və arxada qalıb tarixləşən o anlar səni min bir sualla qarşı-qarşıya qoyur. Orda ən vacib sual isə - sən bu bir ildə nə etdin?
   
   Bəli, doğrudan da bu bir ildə nə etdim ki? Hamı kimi çörək yedim, su içdim, ailə-uşağın problemləri ilə məşğul oldum, xeyir-şər məclislərinə qatıldım vəg Və mən bütün bunlarla sadəcə olaraq bütün insanların gördüyü işi gördüm.
   
   Yazdığım yazılar, şeirlərin arxasında bir ömür əritdim, düz bir illik ömür. Və o əridikcə də mən fərqinə varmadım. Bilmədim ki, bu əriyən ömür Allahın mənə bir insan ömründən başqa, həm də insanlara yanası, insanları duyası, insanları yaşadası paydı. Onu sözümlə, qələmimlə ümidləndirmək boynumun haqqıdır.
   
   Həmin o məqama gəlib çatanda birdən-birə mənə elə gəldi ki, danışmaq, yazmaq, təqdim etmək bəlkə də hardasa bir rahatlıqdı. Amma oradakı rahatlığın arxasında döyünən, parçalanan, bəzən də ayaqlar altında tapdalanan ürək varsa, onda deməli, rahatlıq da sadəcə olaraq bir xəyaldı, bir ilğımdı ötüb gedəcək, yalanı üzə çıxacaq.
   
   
   
   İndi nə danışmağa,
   
   nə yazmağa söz qalıb
   
   nə gizli alışmağa,
   
   kül olmağa köz qalıb.
   
   
   
   indi nə əllər əsmir,
   
   nə dodaqlar titrəmirg
   
   cibdə yarımçıq məktub -
   
   yazıb bitirə bilmir.
   
   
   
   indi duyğular çılpaq,
   
   ürəklər oyuncaqdır
   
   bir günü yola salmaq
   
   bir ruhu soyuncaqdı.
   
   
   
   budur günün sevgisi
   
   şimşək tək çaxıb gedir
   
   sanki bir atəşpərəst
   
   atəşə baxıb gedir.
   
   
   
   ***
   
   İlin sonunda adamın içərisindən bir sorğu, bir hesabat tələbi də baş qaldırır. O tələbat əslində kimlərəsə, hansısa idarəyə, təşkilata deyil, sadəcə özündən özünə ünvanlanır. Yəni il ərzində gördüklərini, götürdüklərini, itirdiklərini sapa düzürsən, ələyib ələkdən keçirirsən, büküb bələkləyirsən, əlindən tutub yeridirsən. İstəyirsən ki, səninlə gələn ilə keçsin. O ilin də qonağı, sakini olsun. lakin suallara cavab tapmaq, ələyin gözündən düşməmək o qədər də asan deyil.
   
   Mən başa çatan ildə elə zərbələrə tuş gəldim ki, onları əslində heç kimə arzu etmirəm. Onlar mənim həyatımın ölçüsü, dəyəri, müəyyənləşmək imkanı tapılmayan ağır zərbələr, ağır itkilərdi. Yəqin oxucularımız da xatırlayar. "Ədalət" qəzetinin köşə yazarı, Azərbaycanın çox böyük şair-publisisti, vətənpərvər övladı, qaçqın taleyini dərd dağı kölgəsində qızlarını böyüdən, qələmində insanlığı bütövlüyə, haqqa, ədalətə çağıran Vahid Əlifoğlu məni yolun yarısında qoydu. Ağrılara, sorğulara, tələblərə, tələbatlara, bir sözlə, həyatın təlxəkliyinə dözmədi Vahid Əlifoğlu. Hər şeyi yarımçıq buraxıb özüylə kitab-kitab şeirləri, məqalələri, esseləri, publisist yazıları götürüb, çıxıb getdi. Və heç kimə də demədi ki, apardıqlarının icazəsini veririk, yoxsa yox. Eləcə, özünəməxsus bir şəkildə günün birində yır-yığış elədi və çıxıb getdi... Qaldım bu boyda dünyada Vahidsiz. Özü də qardaşdan, dostdan, şairdən, yazıçıdan, jurnalistdən başqa, həm də ilahi bir varlıq olan Vahidsiz. Onun mənim üçün kim olduğunu təsəvvür etmək bir hünər istəyir. Mən isə o hünərin sahibi deyiləm.
   
   
   
   Hələ yaşayıram, hələ ki, varam
   
   Hələ daşıyıram min illik qəmi
   
   Mən elə həminki köhnə adamam-
   
   Nə dərya dəyişib, nə də ki, gəmi?!..
   
   
   
   Hələ sabahlara neçə sabah var
   
   Hələ neçə gecə dan olmalıdır.
   
   Hələ neçə günah, neçə savab var-
   
   Yaşanıb bir ürək can olmalıdıg
   
   
   
   Hələ bilmirəm ki, neçə hələ var
   
   Neçəsi oyundur, neçəsi gerçək
   
   Bizi də gözləyən neçə tələ var-
   
   Allahım, kömək ol, sovuşub keçək!..
   
   
   
   
   
   ***
   
   Vahid yarası ürəyimdə qaysaq bağlamamış, ikinci bir zərbə də gəldi. Bu, Qoşqar İsmayıl oğlu Qarayev idi. O Qoşqar ki, həyatımda özünəməxsus yeri, izi olub həmişəg O, həm bütöv dost idi, həm sözünün sahibi kişi, həm də bacarıqlı naşir. Ağrılarına, problemlərinə baxmayaraq, Qoşqar özünü hər yerə çatdıra bilirdi. Onun özünəməxsus təbəssümünü görməmək, ona bürünməmək mümkün deyildi.
   
   Qoşqar öz vaxtsız ölümüylə çox işləri yarımçıq qoydu, çox arzuların çiçəklənməsinə çəpər çəkdi. Amma bu namərd dünyadan bir nigarançılıq da apardı özüylə - o da Güvənc balasının kiçik yaşlı olması idi. Görünür, özü vaxtsız ata nisgili yaşadığından, oğlunun da taleyinə bu acı yazıldı...
   
   Hə, deməli bu il əlimdən iki dostumu, iki güvənc yerimi aldı. Məni vaxtından əvvəl onların həsrətiylə yüklədi. Amma insan dözümlüdü. Mən də dözdüm, çünki üzü soyuq olan torpaq adamı razılaşmağa məcbur edir. Taleyimdəki bu kədərli səhifələrin işıqlı məqamları da var. Onları xatırlamasam, onda naşükür bəndə olaram. Mən isə Allahdan başqa Allah tanımıram, onun yolundan çıxmaq gücündə deyiləm və heç olmaq da istəmirəm.
   
   Bu ilin əvvəlində "Yanan məktub" və "Ürəyimdəki sənsən" kitablarım gəldi dünyaya. Təqvimin sonuncu vərəqi qopan gün isə "Üfüqdə görünən adam" doğuldu. Həyatıma əlamətdar bir fərman da iz saldı. Ölkə prezidentinin sərəncamıyla "Əməkdar jurnalist" adına layiq görüldüm. Çoxlu şadlıq - şadyanalıq məclislərində iştirak etdim. Azərbaycanın Gədəbəyini, Gəncəsini, Şəkisini, Şamaxısını, Bərdəsini gəzdim. Dostlarım Fikrətlə Gəncədə, Mərdanla Bərdədə, Zərinə xanımla Şəkidə çinar kölgəsində bu dünyanın yaxşı məqamlarından danışıb, ailəmlə birlikdə xoş anlar yaşadımg
   
   Bu da bir il... Qarşıda neçə illər var, onu bilmirəm. Sadəcə, bildiyim odur ki, arxada qalan illər ömrün xatirələşən hissələridi. Bütün xatirələrimin qəhrəmanı isə Böyük Sevgi və Sənsən! Sən yaşamağa çağırırsan!.. Sən yaşadırsan!.. Elə Sənin pıçıltılarını kağıza köçürdükcə də mən sənləşirəm, sənə qovuşuram!...
   
   
   
   Ovub qoydun ortaya
   
   Dərdini sünbül kimi!
   
   Fırlanıram başına -
   
   Havalı bülbül kimi!...
   
   
   
   Dilim çat-çat, dodağım -
   
   Od püskürən
   
   oddağım!...
   
   Məhəbbət can ortağım -
   
   Soluxşuyur gül kimig
   
   
   
   Hər bir yolun kəsdiyim,
   
   Ürəyini kəs - dilimg
   
   Ver, özümlə gəzdirim -
   
   Ağzımda dilim kimi!..
   
   
   
   Bütün illərə ümidlərlə, sevgilərlə qovuşaq, Amin!
   
   

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK