İranı hədələyib, Qəzza ilə bağlı xəbərdarlıq etdi
İsrailin Baş naziri Benyamin Netanyahu İranı təhdid edib.
Adalet.az xəbər verir ki, Netanyahu İrana xəbərdarlıq edərək deyib:
"Əgər İran səhv edib bizə hücum edərsə, biz İrana əvvəllər heç vaxt rast gəlmədiyi bir güclə zərbə endirəcəyik".
Baş nazir Qəzza ilə də bağlı açıqlama verib. O bildirib ki, Qəzzada nə türk, nə də qətərli əsgərlər olacaq.
"Qəzzada prosesə nəzarət edəcək məsləhət şurası ilə bağlı amerikalılarla fikir ayrılıqlarımız var", - deyə Netanyahu qeyd edib.


Bakı -°C

