“Çin və Rusiya üçün İranı itirmək daha ağır nəticələrə səbəb olacaq”
“Ağır vəziyyətdə olan İran tərəfdaş ölkələrin Tehrana dəstəyini artırmasını istəyir. Məsələ burasındadır ki, İran rejimi yürütdüyü siyasətlə yanlız Qərb ölkələri ilə münasibətlərdə gərginlik yaşamır, qonşu ölkələrlə münasibətləri də normal deyil. Buna baxmayaraq, Tehran iki tərəfdaşı – Rusiya və Çindən daha fəal dəstək arzulayır”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, bildirib ki, İranın xarici işlər naziri Abbas Əraqçının çinli həmkarı Van Yi ilə telefon danışığı məhz bu məqsəd daşıyırdı:
“Əraqçi çinli həmkarına İranda baş verən son hadisələr barədə məlumat verib. Əraqçının sözlərinə görə, İranda sabitlik bərpa edilib və dialoq üçün qapı açıqdır. Əraqçi Çindən regionda sülh və stabilliyin təmin olunmasında daha fəal rol oynamağı gözlədiklərini qeyd edib. Van Yi cavab olaraq bildirib ki, Çin BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinə sadiqdir, beynəlxalq münasibətlərdə zor tətbiqinə qarşıdır. O əlavə edib ki, Çin bütün tərəflərin təmkinli olmasını və fikir ayrılıqlarını dialoq yolu ilə həll etməsini arzulayır. Çinli nazir vurğulayıb ki, ölkəsi bu prosesdə konstruktiv rol oynamağa hazırdır”.
Politoloqun sözlərinə göeə, bu arada, Pekin ABŞ-nin İranın daxili işlərinə müdaxiləsinə qarşı olduğunu bir daha bəyan edib:
“Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin deyib ki, Pekin ardıcıl olaraq digər ölkələrin daxili siyasətinə müdaxiləyə qarşıdır və Tehranın milli sabitliyin təmin olunması səylərini dəstəkləyir. Oxşar açıqlamalar Kremldən də səsləndirilib. ABŞ Venesuellanı nəzarətə götürdükdə Rusiya və Çin buna qarşı çıxsalar da, prosesə mane ola bilmədilər. İrandakı rejim Moskva və Pekinin İrana münasibətdə də eyni siyasətdən çıxış edəcəyindən narahatdır. Doğrudur, Çin və Rusiya üçün İranı itirmək daha ağır nəticələrə səbəb olacaq. Ancaq Venesuelladan fərqli olaraq İranda dəyişikliklər daxildən başlayarsa və buna ABŞ də dəstək verərsə, Moskva və Pekinin prosesə müdaxilə imkanları çox olmayacaq. Bunu Tehranda da anlayırlar. Təsadüfi deyil ki, İsrail və ABŞ İranın hərbi mərkəzlərini raket atəşinə tutduqda prezident Məsud Pezeşkian ölkəsinin müttəfiqlərindən kifayət qədər dəstək almadığını söyləmişdi. İran prezidenti ölkə adı çəkməsə də Rusiya və Çinə işarə edirdi”.
O, bildirib ki, Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb, müxtəlif bölgələrdə baş verənlərə reaksiya üçün resursları kifayət deyil:
“Çin isə Venesuella və İrana görə ABŞ ilə münasibətləri indikindən daha da çətin vəziyyətə salmaq istəmir. ABŞ Prezidenti Donald Trampın İranla ticarət aparan ölkələrə qarşı əlavə 25 faizlik gömrük tariflərini tətbiq etməsini açıqlaması Çin iqtisadiyyatına əlavə problemlər yarada bilər. Çin lideri Si Cinpin ötən ilin oktyabr ayında Cənubi Koreyada görüşdüyü ABŞ Prezidenti Donald Trampla ticarət barışığı əldə edib. Si Cinpin həmin barışığı İrana görə pozmayacaq”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
19 Yanvar 2026 12:38
20 Yanvar xalqın yaddaşına yazılmış əbədi qürur
19 Yanvar 2026 12:13
“Suriyada YPG-PKK terror təşkilatının varlığına son qoyulur...”
19 Yanvar 2026 11:35
“Bakı regional rasionalizmin ana qaydalarını tapa bildi”
19 Yanvar 2026 10:51
XİN İspaniyaya başsağlığı verdi
18 Yanvar 2026 11:29
Millət vəkili Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib - FOTOLAR
17 Yanvar 2026 14:37
Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib - FOTOLAR
17 Yanvar 2026 11:01
“Ermənistan “Tramp yolu”nu reallaşdırmaqla...”
16 Yanvar 2026 17:41


Bakı -°C

