İlham Əliyev Davosda "Carlsberg Group" şirkətinin Baş icraçı direktoru ilə görüşüb - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda "Carlsberg Group" şirkətinin Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşüb.
Adalet.az xəbər verir ki, söhbət zamanı tam yerli xammal əsaslı məhsulun buraxılması istiqamətində artıq bir sıra layihələrin həyata keçirildiyi qeyd edildi.
Bu xüsusda İmişlidə pivə istehsalında əsas xammal hesab olunan arpanın emalı müəssisəsinin fəaliyyətinə toxunuldu. Gələcəkdə isə qablaşdırma materiallarının istehsalının da tam lokallaşdırılacağı bildirildi.
Yakob Aarup-Andersen "Carlsberg Group"un Azərbaycanda istehsal etdiyi məhsulun ixracının 2025-ci ildə əhəmiyyətli dərəcədə artdığını vurğuladı.
Görüşdə Azərbaycanda xarici investorlar üçün yaradılmış şəraitdən məmnunluq ifadə olundu.
Digər Xəbərlər
20 Sentyabr 2026 13:38
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
20 Sentyabr 2026 11:14
Ceyhun Bayramov ABŞ-a getdi
19 Sentyabr 2026 11:47
“Rusiya seçkilərdən sonra yeni hərbi kampaniya başlaya bilər”
19 Sentyabr 2026 11:47


Bakı -°C

