SON DƏQİQƏ:

"TALELƏR DÜNYASI"

  11858   |  
Şriftin ölçüsü  

Camal Zeynaloğlununkitabı barəsində biri neçə söz

İki aya yaxındır ki, yazı masamın üzərində bir çanta var. Bu çantada mənə çox dəyərli hədiyyə göndərilib. Həmin hədiyyələr bir neçə kitabdı. Bu kitabların müəllifi də şəxsiyyətini və qələmini çox böyük sayğı ilə özümə doğma bilib qiymətləndirdiyim Camal Zeynaloğludu. Etiraf edim ki, bu gün mən öz kitab rəfimi daha çox dostların aftoqraflarla, bağışladıqları kitablarla zənginləşdirirəm. Bax, həmin dostların və kitabların sırasında Camal Zeynaloğlunun da ayırca yeri var. Burda onu da etiraf edim ki, mən Camal dostumun dövrü mətbuatda çap olunmuş yazılarını daha çox oxumuşdum. Və onun mənim kitab rəfimdə aftoqrafla heç bir əsəri yox idi. Birdən-birə dostumun mənim arzumu nəzərə alıb göndərdiyi kitablar mənə doğurdan da böyük hədiyyə oldu. Elə həmin o gündən də vaxt tapdıqca Camalın kitablarını gözdən keçirməyə, oxumağa başladım...

Öncə demək olar ki, əlimin alıtnda olan kitabın dördünü də vərəqlədim. Amma sonra adətim üzrə diqqətimi daha çox çəkən kitabdan başladım. Çünki bu kitabın adındakı "tale" sözü mənim üçün müəyyən nüanslarla bağlıdı və mən həmişə yazı-pozumda talelə üz-üzə dayanmağı, talelə haqq-hesab çəkməyi daxilən istəmişəm və buna da çalışmışam. Amma neyləyim ki, tale həmişə güclü olubdu. Çünki onun kürəyində Tanrının əlim var. Yazan, söz sahibi Tanrıdı...

Bax, bu dediyim məqama söykənib talelər dünyası kitabını oxumağa başladım. Bəri başdan deyim ki, kitabda verilmiş hekayə və esselər ilk baxışdan bir-birinə çox bənzəyir. Çünki bu kitabdakı qəhrəmanların hamısı, eləcə də həmin qəhrəmanların yaşadıqları, şahidi olduqları, iştirak etdikləri hadisələr, mənzərələr demək olar ki, hər gün görüb eşitdiyimiz hadisələrin az qala təkrarıdı. Yəni müəllifin özünün də vurğuladığı kimi, bu həyat hekayələri demək olar ki, hər kəsin başına gələ bilən bir gerçəklikdi. İstər nakam məhəbbət olsun, istər quru böhtana düşmək, istər ailə xəyanəti, istər kiminsə evini yıxmaq, haqqını tapdamaq üçün atılan addımlar, gösitərilən cəhdlər… Bütün bunlar yenə də deyirəm, həyatımızın özüdü. Ona görə də bu kitabdakı hekayələri mən nağıldan çox söhbətə bənzətdim. Mənə elə gəldi ki, müəllif bu hekayələri mənimlə çay süfrəsi arxasında üzbəüz əyləşib mənə danışır. Və mən də onun söhbətinin qanadlarında az qala eşitdiklərimin iştirakçısına çevrilirəm. Və gözümün qarşısına orta məktəb, kənd həyatı, ilk görüşlər, tələbəlik illəri, daha nələr, daha nələr gəlir...

Hətta hərdən mənə elə gəlir ki, Camal Zeynaloğlunun yazaçı qələmiylə mənə söylədiklərinin hardasa şahidi də olmuşam. Odur ki, mən hərdən hekayənin müəyyən bir yerində, kitabın müəyyən bir səhifəsində dayanıb bir anlıq düşünürəm, bu söhbət, bu epizod tanıdığım, bildiyim adamlardan kimlərin başına gəlib? Kimlərin həyat hekayələri ilə oxşarlıq, eynilik təşkil edir?..

Düşünürəm ki, yazıçının uğuru təkcə təsvirdə yox, həm də təqdimatdadı. Çünki istənilən mənzərəni rəssam fırçasıyla təsvir etmək olar. Ancaq onun hər kəsin qəbul edə biləcəyi, hər kəsin dinləmək istəyəcəyi dildə danışmaq artıq peşəkrlıqdı, oxucunun qəbinə yol tapmaqdı. Təbii ki, indi barəsində danışdığım kitabda məhz bu məqam, bu üslub üstünlük təşkil edir. Yəni həyat hekayələrinin hər birində aydınca hiss olunur ki, müəllif öz hekayələrini, yəni özünün həyatdan götürdüyü hekayələri bu həyatın adamlarına həm səmimi, həm də inandırıcı bir şəkildə danışır. Və biz də onu oxuyub söylənilən hekayənin həqiqətini qəbul edirik. Çünki bu hekayə əvvəldə də deymildiyi kimi, həyatımızın "şinelindən" çıxır, ordan boy göstərir. Mən böyük maraqla oxuduğum "Talelər dünyası" adlı kitabın birinci hisəsində qəhrəmanların adlarını da çəkmək istəyirdim. Ədaləti, Solmazı, həmçinin Sevinci, Rəmanı, Vaqif müəllimi, Rəşidi, eləcə də digərlərini. Amma fikirləşdim ki, qəhrəmanların adlarını çəkib onların həyat hekayələrini bir-bir təhlil etməmək hardasa günah ola bilər. Ona görə də bu kitabın qəhrəmanları ilə, ordakı həyat hekayələri ilə oxucuların baş-başa qalmasını daha doğru seçim saydım. Düşündüm ki, bu daha ədalətli qərar olar. Ən azından mənim bu hekayələri oxuyarkən yaşadıqlarımı, düşündüklərimi digər oxucular da bu və ya digər formada yaşayar və düşünər...

O ki, qaldı esselərə… Bu esselərin hər birində şeirlən, poeziyadan gələn bir hava var, bir ritm var. Ona görə də həmin esselərin hər birində insanın içini dilləndirən duyğular şəxsən bir oxucu kimi məni öz aurasına alır. Və elə bilirəm ki, mən də "Sən gedəni", "Həsrət"in yaxasından tutub "Sənsizəm" deyə-deyə "Yuxularına gələcəyəm". Onda "Şəhid anası" barəsində də danışarıq. Yəqin ki, esselərin adları sizə mənim demək istədiklərimi də, müəllifin qələmə aldıqlarını da az-çox anlatdı. O ki, qaldı onları bütünlüklə duymağa, onda Camal Zeynaloğlunun "Talelər dünyası" adlı kitabını alıb oxuyun.



Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 21, 19, 17, 14, 12, 11, 07 05, 03,
October: 31,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK