Putin Trampa zəng etdi
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp telefonla danışıblar.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
"Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin bu gün telefonla ABŞ Prezidentini 80 illik yubileyi münasibətilə təbrik edib", - deyə o bildirib.
Uşakov qeyd edib ki, iki liderin söhbəti səmimi və açıq olub və düz 55 dəqiqə davam edib. Söhbət zamanı təbriklər qeyri-rəsmi olub və iki prezidentin şəxsi münasibətlərinin xarakterini əks etdirib.
Rusiya liderinin köməkçisinin sözlərinə görə, Putin Trampın döyüş ruhuna, zərbələrə tab gətirmək, maneələri uğurla dəf etmək və məqsədlərinə inadla çatmaq qabiliyyətinə hörmətini gizlətməyib.
Uşakov, həmçinin, bildirib ki, Tramp Putinin zəngindən təsirlənib, çünki Putin onu ad günü münasibətilə təbrik edən ilk xarici lider olub.
Söhbət Amerika liderinin 80 illik yubileyində baş tutub.
Digər Xəbərlər
14 Iyun 2026 18:14
Almaniya Avropanın ən güclü ordusunu formalaşdırmağı planlaşdırır
14 Iyun 2026 17:47
Regionun təhlükəsizliyi İransız qurula bilməz - Əraqçi
14 Iyun 2026 17:23
Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqladı
14 Iyun 2026 16:16
Ebola virusu Konqoda sürətlə yayılır
14 Iyun 2026 14:11
Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz etdi
14 Iyun 2026 12:20
İshaq Dar və Hakan Fidan müzakirə apardılar
14 Iyun 2026 01:30
“Türkiyənin hər yerində ürəklər sizinlə birgə döyünəcək” - Ərdoğan
13 Iyun 2026 16:05


Bakı -°C

