SON DƏQİQƏ:

MAŞININIZ OĞURLANIRSA

  57854   |  
Şriftin ölçüsü  
Sürücülər yaxşı bilirlər ki, avtomobil oğurlanırsa bundan sonra onlar bir çox çətin anlar yaşayırlar. Yəni nəqliyyat vasitəsini tapmaq üçün ilk növbdə polis şöbələrinə müraciət olunur. Əlbəttə, maşını qaçırılmış və oğurlanmış insanların narahatlığını, həyəcanını başa düşmək o qədər də çətin deyil. Çətini odur ki, axtarışda olan maşınlar tapılsın və sahiblərinə qaytarılsın. Bu işləri də həll etmək o qədər də yüngül məsələ deyil.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin axtarış şöbəsi bir qayda olaraq nəqliyyat vasitələrinin oğurlandığı və qaçırıldığı zaman onun izinə düşür və avtomobili tapmaq üçün maksimum qüvvə ilə çalışır. Çoxları elə fikirləşir ki, polis şöbələrinə ərizə yazan kimi elə həmin an avtomobil tapılmalı və geri qaytarılmalıdır. Amma işin mürəkkəb və görünməyən tərəfləri də mövcuddur. Belə ki, oğurlanmış avtomobillərin tapılması üçün axtarış şöbəsinin əməkdaşları günlərlə, həftələrlə vaxt itirərək həmin nəqliyyat vasitəsini qısa zaman kəsiyində üzə çıxmasına nail olurlar.
Əlbəttə, əgər bir nəqliyyat vasitəsi oğurlanırsa, ilk növbədə burda sürücünün də məsuliyyəti nəzərə alınmalıdır. Yəni gözdən uzaq, könüldən iraq olan yerlərdə saxlanılan avtomobil oğruların diqqətini cəlb edir və onlar fürsətdən istifadə edərək həmin maşını qaçırırlar. Bəzən sürücülər düşünürlər ki, onun maşınına heç kim toxunmaz. Amma əlverişli şəraiti diqqətdən qaçırmayan oğrular ya maşının müəyyən hissələrini sökürlər, ya da avtomobili oğurlayırlar.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin axtarış şöbəsinin rəisi, polis polkovniki Rəsul Əliyev bildirir ki, əgər bu cür hadisələr baş verirsə, deməli, burda həmin nəqliyyat vasitələrinin tapılıb üzə çıxarılması üçün tərəfimizdən ciddi addımlar atılır. Oğurlanmış, qaçırılmış və eyni zamanda hən hansı qəza törədib piyadanı vuran sürücülər təbii ki, tərəfimizdən mütəmadi olaraq nəzarətdə saxlanılır. Çünki həmin avtomobillərin tapılması birmənalı olaraq hər bir əməkdaşımıza çatdırılır və onların fəaliyyəti diqqətdə saxlanılır. Bəzən görürsən ki, isti izlərlə oğurlanmış maşınlar daha tez müəyyənləşir. Əgər biri piyadanı vurub qaçırsa və bu zaman həmin nəqliyyat vasitəsinin xırda bir detalı yerə düşürsə, onu tapmaq daha asan olur. Bir sözlə, axtarışda olan avtomobillərin tapılması üçün yüksək peşəkarlıq və xüsusi qabiliyyət tələb edilir. Əgər axtarış şöbəsinin əməkdaşları bu keyfiyyətləri özlərinə birləşdirə bilirsə, deməli, nəqliyyat vasitəsinin tapılması bir o qədər də çətin problemə çevrilməyəcək.
Bir faktı da qeyd edək ki, bəzi sürücülər piyadanı vurarkən ona kömək etmək, yardım göstərmək və xəstəxanaya aparmaq əvəzinə zərərçəkmiş şəxsi küçənin ortasına qoyub aradan çıxır. Bu isə həmin sürücünün ikinci bir cinayəti törətməsi deməkdir. Əgər birinci anda piyada vurulursa və sürücü ona kömək göstərib xəstəxanaya aparırsa, bu yol-nəqliyyat hadisəsi kimi qeydə alınır və sürücünün cəzası yüngülləşir. Ancaq piyadanı sürücü vurub qaçırsa bu hadisəyə görə onun haqqında ikinci cinayət işi qaldırılır və hadisə yerindən yayınmaq kimi qiymətləndirilir. Belə hallarda sürücüləri daha ağır cəzalar gözləyir.
Axtarış şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı Əli Abbasov təcrübəli bir zabitdir. Axtarışda olan maşınların tapılması istiqamətində üzərinə düşən vəzifənin öhdəsindən məsuliyyətlə gəlir. Əli Abbasov bildirir ki, oğurlanmış və axtarışda olan maşınların tapılması üçün hər şey isti izlərlə araşdırılmalıdır. Elə ki, isti izlərlə həmin avtomobilləri axtarmağa başlayırıq, bax onda maşınların tapılması bir qədər asanlaşır. Ümumiyyətlə, bizim şöbəmiz hər bir əməkdaşdan daha çevik və operativ işləməyi tələb edir. Biz də bu tələbi imkanımız daxilində vaxtında və peşəkarlıqla yerinə yetirməyə çalışırıq.

Bir məsələni də qeyd edək ki, maşın təmiri stansiyalarında ayrı-ayrı şəxslərin günahı üzündən deformasiyaya uğramış və hadisə törətmiş bəzi avtomobillər təmirə götürülür. Ona görə də bizimlə söhbətində şöbənin rəisi, polis polkovniki Rəsul Əliyev dedi ki, hər hansı texniki təmir stansiyası polisin arayışı olmadan deformasiyaya uğramış avtomobilləri təmirə götürməməlildirlər. Çünki törətdiyi cinayəti bəzən gizlətmək üçün sürücülər gözdən yayınaraq texniki təmir stansiyalarına daxil olur və izi itirmək üçün maşını təmir elətdirmək istəyir. Bu isə birmənalı olaraq cinayətkara kömək etmək və izi itirmək deməkdir. Ona görə də texniki təmir stansiyasının əməkdaşları və sahibləri də hər hansı maşın deformasiyaya uğrayan zaman təmirə gəlirsə həmin sürücüdən mütləq arayış tələb etməlidir. Əgər yol polisinin verdiyi bu arayış yoxdursa, həmin texniki-təmir stansiyasında avtomobilin təmirindən imtina edilməlidir.
Göründüyü kimi, maşınlar oğurlanırsa, kimsə hadisə törədib aradan çıxırsa həmin sürücü və yaxud cinayəti törətmiş şəxs gec-tez axtarış şöbəsinin əməkdaşları tərəfindən tapılaraq məsuliyyətə cəlb edilirlər.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK