adalet.az header logo
  • Bakı -°C
11 Sentyabr 2026 11:17
50
İDMAN
A- A+

Harri Keyndən nadir rekord

Almaniyanın “Bavariya” klubunun hücumçusu Harri Keyn nadir rekordu təkrarlayıb.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, o buna UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Norveçin “Budyo-Qlimt” komandası ilə matçda (5:0) fərqlənməklə müvəffəq olub.

Belə ki, ingiltərəli forvard turnirdə ardıcıl 8-ci matçda qol vurub.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında buna qədər ardıcıl 8 və daha çox oyunda yalnız Kriştianu Ronaldu, Robert Levandovski  və Rud van Nistelroy qol vurublar.