adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
04 Dekabr 2021 09:42
1025
SAĞLAMLIQ
A- A+

Dünyada koronavirusa yoluxanların sayı 265 milyona çatır

Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 264 milyon 833 min 984-ə çatıb.

Koronavirusun yayılmağa başlamasından indiyədək dünyada 5 254 min 610 nəfər təhlükəli infeksiyadan dünyasını dəyişib.

Pandemiya ərzində koronavirusa ən çox yoluxma və ölüm ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda COVID-19-a 49 milyon 735 min 54 yoluxma aşkarlanlb, virusun aşkarlandığı 806 570 xəstə ölüb.

Virusa ən çox yoluxma hallarının aşkarlandığı Hindistanda COVID-19-a yoluxanların sayı 34 milyon 615 min 757 nəfərə çatıb, 470 115 nəfər ölüb. Dünyada koronavirusdan ən çox əziyyət çəkən ölkələr siyahısında üçüncü yerdə Braziliya qərarlaşıb. Amerikanın bu ölkəsində pandemiya zamanı 22 milyon 118 min 782 yoluxma və 615 225 ölüm qeydə alınıb.

Avropada pandemiyanın fəsadlarınan ən çox əziyyət çəkən ölkə Böyük Britaniyadır. Birləşmiş Krallıqda koronavirusa ümumilikdə 10 milyon 379 647 yoluxma aşkarlanıb, virusa yoluxmuş 145 424 nəfər dünyasını dəyişib.

Siyahıda sonrakı yerlərdə Rusiya, Türkiyə, Fransa, İran, Almaniya, Argentina, İspaniya, İtaliya və digər ölkələr qərarlaşıb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.