adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Noyabr 2021 15:12
1007
SİYASƏT
A- A+

Kiro Manoyan  deyir bizi sevmirlər, Adam Siff deyir ki, kim sevməsə də, mənim sevgim əbədidir... 

Ermənipərəstliyi ilə məşhur olan ABŞ konqresmeni Adam Şiff “erməni əsirlərlə” bağlı növbəti açıqlama verib.
O, “Daşnaksütyun” partiyasının konfransına videomüraciətində “bütün erməni əsirlərin və saxlanılan digər şəxslərin” geri qaytarılmalı olduğunu bildirib.

“ABŞ Konqresində erməni qrupunun sədr müavini kimi mən erməni əsirlərin, qaçqınların evlərinə qayıtmasına qədər sakit olmayacam”, - o deyib.

 


 Bu qədər qonşularına, dinc əhaliyə qarşı vəhşilik etmiş , 30 il Azərbaycanərazisinin böyük bir hissəsini işğal etmiş, onları yurd yuvasından didərgin salmış  amansız bir toplum olasan, həm də dünya halına yana... Paxıllığım əldə deyil... Qeyri-ixtiyarı erməninlərin dünya tərəfindən hələ də sevilməsinə dözüm göstərə bilmirəm..

 Adalet.az xəbər verir ki, Kiro Manoyan da utanmaz-utanmaz  deyib ki, dünyanın bizə münasibəti dəyişib.
 “Daşnaksutyun” Partiyasının liderlərindən biri olan Kiro Manoyan sözünün canı bu imiş: Ermənilərin öz hüquqlarını müdafiə etmədiyini görən dünyanın bizə münasibəti dəyişib”

 


Onun sözlərinə görə, “44 günlük müharibə zamanı, hətta hələ bitməmiş, Cənubi Amerika və Avropanın bir sıra ölkələrinin parlamentləri Azərbaycan və Türkiyənin Atsaxa (Qarabağa) təcavüzünü pisləyiblər: “Müharibə dünyanın qavrayışında tamamilə yeni bir vəziyyət yaratdı. Dünya Ermənistan hakimiyyətinin Ermənistanın maraqlarını müdafiə etməyə hazır olmadığını görəndə, onlar da bu məsələyə münasibətinin təzahüründə müəyyən korrektələr etdilər. Həmin yaşma isə konkret olaraq belədir: “Əgər ermənilər öz hüquqlarını müdafiə etmirlərsə, biz niyə onların hüquqlarını müdafiə edək. Ermənilər Azərbaycan və Türkiyə ilə münasibətlərimizi korlayırlar!”. 


 P.S. Murdar Stepan Şamuyanın  davamçısı olan Kiro hesab edirmiş ki, dünya əlinə qılınc alıb gəlib Azərbaycanı çapacaq kİ, bəs 30 il erməni tapdağı altında qalmış torpaqlarını niyə işğaldan azad edirsən?


Hacı Qəmbər demiş, ağlına keçə yamayım...


 Əntiqə Rəşid