adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 Dekabr 2021 11:47
1914
SİYASƏT
A- A+

 Rusiyadan erməniləri susduran mesaj, “Zəngəzur dəhlizi” nin açılması xəbəri və ... 


Azərbaycam Milli Məclisinin deputatı Cavid Osmanov açıqlamalarının birində söyləmişdi ki, Zəngəzur dəhlizinin açılması ilk növbədə Naxçıvanla Azərbaycanın əsas hissəsini birbaşa birləşdirən nəqliyyat dəhlizi olacaq:

“Eyni zamanda bu dəhlizin açılması Azərbaycanla qardaş Türkiyənin quru və dəmir yolu xətti ilə birbaşa birləşməsini həyata keçirəcəkdir. Digər bir tərəfdən komunikasiyaların açılması bölgədə yeni əməkdaşlıq platformalarının yaradılmasına gətirib çıxaracaq ki, bu da regionda uzunmüddətli sülhün, əminamanlığın təmin olunmasında çox mühüm rol oynayacaq”
İqtisadçı Xalid Kərimli isə mələyə belə şərh verib: “Zəngəzur dəhlizinin bərpası həm də imkan verəcək ki, həm Çindən, həm də Hindistandan, Orta Asiyadan Türkiyə və Avropaya mal hərəkət etsin. Bu zaman İpək yolu xətti yenidən bərpa olunacaq. Eyni zamanda Azərbaycanın İran üzərindən Naxçıvanla əlaqəsini sıfıra endirmiş olacaq. Hazırda ölkəmiz Naxçıvana qaz vermək üçün İrana 15 faiz əlavə xərc edir”.

 


Adalet.az xəbər verir ki, Azərbaycana üçün həddindən artıq əhəmiyyətli olan Zəngəzur dəhlizinin açılması əlbəttə ki, yüz illərdir Azərbaycanla barışmaz düşmən olan erməniləri hiddətləndirməyə bilməz. Buna baxmayaraq Ermənistanın Baş naziri Nikol Paşinyan  23 noyabrda baş tutan onlayn konfrans zamanı erməniləri irəlidə gerçəkləşəcək plana erməniləri hazırlamağa çalışmışdı. O bildirmişdi ki, İrəvan ilk növbədə regionda kommunikasiyaların açılmasında maraqlıdır: ““Ölkə onilliklərdir ki, təcrid olunmuş vəziyyətdədir. Avropa, Rusiya və İranla dəmir yolu Ermənistan üçün böyük üstünlük olacaq… Bunun İrəvan üçün sərfəli olmadığı barədə iddialar absurddur” . 

 


 Zatən Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov Rusiyanın Ermənistana mesajını Soci görüşündən əvvəl  çatdırmışdı: Müəyyən kompromislərə getmək lazım gələcək, amma qonşuların başqa yolu yoxdur. Başqa yol müharibədir. Qərbçilərə baxanda burada ən obyektiv “hakim” Rusiyadır. Regiondakı gərginlik tez olmasa da, aradan qaldırılacaq. Bir sözlə ya Zəngəzur dəhlizi olacaq, ya da müharibə”.

 Bu mesajı  həm sülhdən, həmdə müharibədən yayınmağa çalışan bütün ermənilər eşitdi. Odur ki, Yerevanda nisbi sakitlikdir.

 Əntiqə Rəşid