Parlamentin növbəti iclasının tarixi - NƏLƏR MÜZAKİRƏ OLUNACAQ?
Milli Məclisin növbəti plenar iclası noyabrın 24-də keçiriləcək, 10 məsələ müzakirə olunacaq.
Adalet.az xəbər verir ki, iclasın gündəliyinə daxil olan məsələlər aşağıdakılardır:
1. "Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "TotalEnergies EP Absheron B.V.", "SOCAR Absheron" və "ADNOC İnternational ProjectCo 1 RSC Limited" şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
2. "Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya"ya qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi.
3. "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
4. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). 5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
6. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
7. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
8. "Maraqlar toqquşması haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
9. "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
10. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
Digər Xəbərlər
20 Noyabr 2026 09:21
İlham Əliyev Vyetnamın Baş naziri ilə görüşdü - FOTO
20 Noyabr 2026 08:42
“Ağdam şəhər gününün təsis olunması Zəfərin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”
19 Noyabr 2026 21:45
Tiflisdə baş verən faciə ilə bağlı XİN-dən bəyanat...
19 Noyabr 2026 21:00
Prezidentin Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşıldı
19 Noyabr 2026 20:40
Milli Məclisin sədri MDB PA-nın Şura iclasında iştirak edib - FOTOLAR
19 Noyabr 2026 20:02
Prezidentlə xanımı Vyetnamda belə qarşılandılar - VİDEO
19 Noyabr 2026 18:35
Sahibə Qafarova Valentina Matviyenko ilə görüşdü
19 Noyabr 2026 17:11


Bakı -°C

