adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7
28 Noyabr 2021 17:25
264
SAĞLAMLIQ
A- A+

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26 530 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 011, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 406, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 19 113 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 486 650, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 074 275, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 559 863, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 852 512 təşkil edir.