adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7
26 Noyabr 2021 19:36
372
SİYASƏT
A- A+

Rusiya Prezidenti: Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə mərkəzi fəal iş aparır

Dağlıq Qarabağ məsələsinin nizamlanmasında Rusiya sülhməramlıları da müsbət rol oynayırlar.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Soçidə görüşü zamanı bildirib.

Rusiya Prezidenti deyib: “Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə mərkəzi fəal iş aparır. Təəssüf ki, problemlər, insidentlər var. Təəssüf ki, hələ də insan tələfatı olur. Biz də bundan ötrü toplaşmışıq ki, baxaq, nəinki buna oxşar heç bir hadisə baş verməməsi, əksinə, vəziyyətin sakitləşməsi və regionda insanların rahat yaşamasına, ölkələrin inkişaf etməsinə imkan verəcək şərait yaradılması üçün nə edilib və hamı nə etməlidir”.